Məhkəmə qərarları › İş №e-2-2(117)-853/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-853/2025

09.09.2025 · Sair işlər - Mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-853/2025 09.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1, iş üzrə icraata cəlb edilməmiş “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2, vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh MMC-yə qarşı “Qaz İxrac” İdarəsi, X3 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2)) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2)) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Tircan kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaiti hesabına çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh MMC-yə qarşı ““Qaz İxrac” İdarəsi, X3 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2)) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2)) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Tircan kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaiti hesabına çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması və təşkili Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, Cavabdeh MMC-yə məxsus olan İsmayıllı rayonu Tircan kəndi ərazisində qeydiyyata alınmış daşınmaz əmlak (torpaq sahəsi) aşkar edilməmişdir. Eyni zamanda Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından və müvafiq baxışa şərait yaradılmaması səbəbindən müvafiq rəyin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əsl tərəf olan “X7” MMC ilə əvəz edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, “X7” MMC-nin nümayəndələri və vəkili iştirak etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İddaçının nümayəndəsi bildirmişdir ki, ilkin olaraq ərizə təqdim edilən zaman cavabdeh olaraq seçilən şəxs hazırkı iş üzrə cavabdeh deyildir, cavabdehin adında yanlışlığa yol verildiyindən cavabdehin əvəz edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin mümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən cavabdehin başqa şəxslə əvəz edilməsinə münasibətini öyrənmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi mümkün olmamışdır. Bundan əlavə bildirilmişdir ki, kommersiya mübahisələrində cavabdeh tərəfin əvəz edilməsi nəticəsində əsl cavabdehə iddia ərizəsi və pretenziya təqdim edilmədiyindən məhkəmə tərəfindən proseduraya əvvəldən başlamalı, qeyd edilən sənədlər təqdim edilmədiyindən iddia ərizəsi və sənədər geri qaytarılmalı və ya iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə icraatına cəlb edilməmiş “X7” MMC-nin vəkili Nümayəndə2 bildirmişdir ki, qeyd edilən mübahisəli torpaq sahələri tamamilə başqa fiziki şəxslərin mülkiyyətindədir. İddiaçı qanunvericiliyin tələbinə riayət etməyərək qanunsuzluğa yol vermiş, cavabdehi düzgün müəyyən etməmişdir. Bundan əlavə cavabdeh başqa cavabdehlə əvəz edilsə belə qanunvericiliyin tələbinə görə müvafiq iddia ərizəsi və sənədlər, həmçinin pretenziya cavabdehə təqdim edilməlidir. Bu səbəbdən ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında əsl cavabdehin hansı hüquqi şəxs olması müəyyən edilə bilmədiyindən, təqdim edilmiş sübutlar əsasında cavabdehə məxsus həmin ərazidə torpaq sahəsinin olmaması müəyyən edildiyindən, həmçinin məhkəmə icraatna cəlb edilməmiş şəxsin vəkilinin təqdim etdiyi arqumentlərə əsasən həmin torpaq sahələrinin başqa-başqa fiziki şəxslərə məxsus olduğundan məhkəmə hazırkı vəziyyətdə qeyd edilən halları nəzərə almalıdır. İddiaçının nümayəndəsi də qeyd edilən nöqsanların aradan qaldırılması üçün ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. İddiaçı ilkin olaraq ərizə təqdim edərkən cavabdehi düzgün qeyd etmədiyindən və hazırkı mərhələdə cavabdehin əvəz edilməsi qanunvericiliyin tələbinə əsasən mümkün olmadığından və iddiaçı tərəfindən bu hal vaxtında aradan qaldırılmadığından ərizə baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzlə X4 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh MMC-yə qarşı “Qaz İxrac” İdarəsi, X3 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2)) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm2)) “Qazıməmməd-Qazax İİ xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, İsmayıllı rayonu, Tircan kəndinin yaxınlığında Cavabdeh MMC tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaiti hesabına çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X4nda və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar