Məhkəmə qərarları › İş №e-2-2(117)-863/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-863/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-863/2023 18.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyev Mələk Rafail qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “17504,07 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin və 142,52 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “17504,07 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin və 142,52 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə razılığa gəlmişlər. Əgər cavabdeh ümumi borc məbləği olan 17846,59 manat məbləği 9000 manat hissəsini xx.xx.2023-cü il tarixədək, qalan 8846,59 manat məbləği isə xx.xx.2024-cü il tarixə kimi qaytararsa iddia tələbindən imtina edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, göstərilən vaxt ərzində borcunu ödəyə bilər və iddiaçının nümayəndəsi ilə bu barədə razılığa gəlmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə iclasında tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin nümayəndəsi X2 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: Cavabdeh MMC xx.xx.2022-ci il tarixli AVR-ELPHR saylı alqı-satqı müqaviləsi üzrə ümumi borc məbləği olan 17846,59 manatın 9000 manat hissəsini xx.xx.2023-cü il tarixədək, qalıq qalan 8846,59 manat məbləği isə12 ay müddətinə hər ay 737,22 manat olmaqla xx.xx.2024-cü il tarixə kimi İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürür. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “17504,07 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin və 142,52 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar