Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-87/2024 14.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğıunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X3 Müəssisəsi” MMC-yə (üçüncü şəxs "xxxx" MMC) qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 206284,32 manat əsas borcun və 496,88 manat rüsum xərcinin Azəriqaz İB-nin xeyrinə ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə "xxxx" MMC arasında Balakən rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə AMX-4602/20 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və sonuncuya **********00000 nömrəli və **********00001 nömrəli abonent kodları verilmişdir. "xxxx" MMC ilə “X3 Müəssisəsi” MMC arasında bağlanmış icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra “X3 Müəssisəsi” MMC xx.xx.2024cü il tarixdə təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolu ilə "xxxx" MMC-nin iddiaçı qarşısında yaranmış qaz borcunun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə “X3 Müəssisəsi” MMC ilə İddiaçı İB arasında AMX-0308/24 nömrəli və AMX-0307/24 nömrəli qazın alqı-satqısı barədə müqavilələr bağlanmış və **********00000 nömrəli və **********00001 nömrəli abonent kodları “X3 Müəssisəsi” MMC-yə verilmişdir. Cavabdeh “X3 Müəssisəsi” MMC tərəfindən istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən təbii qazdan istifadəyə görə hesabında 206284,32 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Bu hal **********00001 və **********00000 nömrəli abonentin saldoları ilə təsdiq edilir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Balakən rayonunda yerləşən və REDSTONE MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00001 və **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə REDSTONE MMC arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli AMX-4602/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh REDSTONE MMC istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00001 saylı saylı qaz hesabında 102993,89 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc qeyri yaşayış sahəsində istismarda olan G- 1000 markalı 83045276 nömrəli sayğacın 18448486 m mexaniki və 40478134 m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan 102 993.89 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Qeyd etmişdir ki, tərəflər arasında borcun ödənilməsi ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət edərkən cavabdeh REDSTONE MMC-dən tələb olunan borc məbləği 232993.89 manat təşkil etmişdir. Həmin borcun 232801.89 manat hissəsi **********00001 saylı qaz hesabında G-1000 markalı 83045276 nömrəli sayğacın 18448486 m mexaniki və 40478134 m elektron göstəricisi, 192.50 manat hissəsi isə **********00000 saylı qaz hesabında G-10 markalı 75142035 nömrəli sayğacın 65686 m mexaniki və 868.77 m elektron göstəricisi ilə xx.xx.2023-cü il tarixə yaranmışdır. Keçən müddət ərzində isə cavabdeh REDSTONE MMC**********00001 saylı qaz hesabı üzrə 129807.50 manat, **********00000 saylı qaz hesabı üzrə 192,50 manat olmaqla cəmi 130000 manat ödədiyindən hazırda iddia ərizəsində tələb olunan borc məbləği 102993.89 manat (232801.89 m – 130000 m = 102993.89 man) təşkil edir. REDSTONE MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, keçən müddət ərzində cavabdeh təşkilat istehlak etdiyi təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən iddia tələbində olan borc əlavə 103290.43 manat artaraq xx.xx.2024-cü il tarixə ümumilikdə 206284.32 manat olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə artırılmalıdır və əlavə tələb olunan rüsum hazırda məhkəməyə təqdim edilir. Odur ki, iddia tələbinin artırılmasına dair ərizənin icraata götürülməsini, Cavabdeh REDSTONE Məhdud Məsuliyyətli Cəmiyyətdən təbii qazdan istifadəyə görə yaranmış 206284,32 məbləğində əsas borcun, 496,88 manat ödənilmiş rüsum xərclərinin məcburi qaydada tutularaq İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə icraatı zamanı cavabdeh Redstone MMC ilə X2 Müəssisəsi MMC arasında bağlanılmış icarə müqaviləsi xx.xx.2024cü ildən xitam verilmişdir. Bundan sonra X2 Müəssisəsi MMC-nin xx.xx.2024-cü il tarixli müraciəti əsasında "Azəriqaz" İB arasında yeni xx.xx.2024-cü il tarixli AMX-0307/2024 və AMX-0308/2024 saylı qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Bundan əlavə isə tərəflər arasında olan xx.xx.2024-cü il tarixli razılaşma protokoluna əsasən X2 Müəssisəsi MMC təbii qazdan istifadəyə görə yaranmış Redstone MMC-nun iddia tələbində göstərilən borcun ödənilməsini öz üzərinə götürmüşdür. Beləliklə də faktiki olaraq Redstone MMC cavabdeh qismində prossesual tərəf kimi öz mövqeyini itirmiş və yeni cavabdeh kimi X2 Müəssisəsi MMC daxil olmuşdur. Ona görə də cavabdeh əsl cavabdehlə əvəz edilməlidir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsində göstərilən cavabdeh Redstone MMC-nin əsl cavabdeh olan X2 Müəssisəsi MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü i tarixdə keçirilən məhkəmə iclasının protokol qərardadına əsasən cavabdeh Redstone MMC əsl cavabdeh X3 Müəssisəsi MMC ilə əvəz edilmiş və Redstone MMC iş üzrə icraata üçüncü şəxs qismindən cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilələr, abonentin saldoları, razılaşdırma protokolu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi iddiaçı ilə "xxxx" MMC arasında Balakən rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı xx.xx.2020ci il tarixdə AMX-4602/20 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və sonuncuya **********00001 nömrəli və **********00000 nömrəli abonent kodları verilmişdir. "xxxx" MMC ilə “X3 Müəssisəsi” MMC arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra “X3 Müəssisəsi” MMC xx.xx.2024-cü il tarixdə təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında razılaşma protokolu ilə "xxxx" MMC-nin iddiaçı qarşısında yaranmış qaz borcunun ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" MMC-nin iddiaçı qarşısındakı öhdəliyi “X3 Müəssisəsi” MMC-yə ötürüldükdən sonra xx.xx.2024-cü il tarixdə “X3 Müəssisəsi” MMC ilə İddiaçı İB arasında AMX-0308/24 nömrəli və AMX-0307/24 nömrəli qazın alqı-satqısı barədə müqavilələr bağlanmış və **********00001 nömrəli və **********00000 nömrəli abonent kodları “X3 Müəssisəsi” MMCyə verilmişdir. Cavabdeh “X3 Müəssisəsi” MMC tərəfindən istehlak edilmiş və razlaşmaya əsasən üzərinə götürdüyü qazın dəyərini qismən ödədiyindən təbii qazdan istifadəyə görə hesabında 206284,32 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Bu hal **********00001 və **********00000 nömrəli abonentin saldoları ilə təsdiq edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə 206284,32 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq (206284,32 manat) ödənilməli dövlət rüsumu 496,28 manat təşkil edir. İddiaçı tərəfindən 96,88 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən ödənilməmiş qalan 399,4 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödəilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı ödədiyi mediasiya xərcini və 96,88 manat rüsumu cavabdehdən tələb etdiyindən ödənilmiş cəmi 496,88 manat məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “X3 Müəssisəsi” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 206284,32 manat borc, 400 manat mediasiya xərci və 96,88 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Ödənilməmiş 399,4 manat dövlət rüsumu cavabdeh “X3 Müəssisəsi” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-87/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-87/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver