Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-873/2021 12.10.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 qarşı “13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 10959 manat gecikdirilmiş əsas borc və 5108,67 cərimə məbləği, 25.06.2017-cü il tarixli 870-GL/14 nömrəli müqavilə üzrə 4041 manat gecikdirilmiş əsas borc və 814,20 manat cərimə məbləği, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 11875 manat gecikdirilmiş əsas borc və 4975,63 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmş 350 manat olmaqla, cəmi 38123,5 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X1 qarşı “13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 10959 manat gecikdirilmiş əsas borc və 5108,67 cərimə məbləği, 25.06.2017-cü il tarixli 870-GL/14 nömrəli müqavilə üzrə 4041 manat gecikdirilmiş əsas borc və 814,20 manat cərimə məbləği, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 11875 manat gecikdirilmiş əsas borc və 4975,63 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmş 350 manat olmaqla, cəmi 38123,5 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmiş və qanunvericiliyin həmin tələbinə riayət edilməsinə dair məlumatı ərizədə göstərməmişdir. Eyni zamanda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumunu ödəməkdən azaddırlar. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, kreditlər, qrantlar, ianələr və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət rüsumundan azad edilən təşkilatlar o təşkilatlardır ki, bilvasitə dövlət büdcəsindən maliyyələşşdirilir və kənar mənbələrdən hər hansı bir vəsaiti daxil olmur və qazanc əldə etmək üçün hər hansı bir sahibkarlıq və digər fəaliyyətlə məşğul olmur. Lakin hazırki iş üzrə iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi yalnız dövlət büdcəsindən maliyyələşdirilmədiyindən, mülki müqavilələr üzrə tərəf qismində çıxış etdiyindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olsa da, tərəflər arasındakı mübahisə lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi nəticəsində yarandığından bu da sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Odur ki, hazırki iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməlidir. MPM-in: 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X1 qarşı “13.05.2014-cü il tarixli 713-L/14 nömrəli müqavilə üzrə 10959 manat gecikdirilmiş əsas borc və 5108,67 cərimə məbləği, 25.06.2017-cü il tarixli 870-GL/14 nömrəli müqavilə üzrə 4041 manat gecikdirilmiş əsas borc və 814,20 manat cərimə məbləği, 06.05.2015-ci il tarixli 859-L/15 nömrəli müqavilə üzrə 11875 manat gecikdirilmiş əsas borc və 4975,63 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmş 350 manat olmaqla, cəmi 38123,5 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-873/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-873/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver