Məhkəmə qərarları › İş №e-2-2(117)-876/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-876/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-876/2022 24.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “ ”Lumex” lazer cihazının alınması üçün ödənilmiş 8000 manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, lazer cihazının cavabdeh tərəfindən qanunsuz olaraq götürüldüyü 4 ay üçün iddiaçının real qazancından məhrum olmasına görə 1000 (bir min) manat məbləğində maddi ziyanın, həmçinin iddia verilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9112 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “”Lumex” lazer cihazının alınması üçün ödənilmiş 8000 manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, lazer cihazının cavabdeh tərəfindən qanunsuz olaraq götürüldüyü 4 ay üçün iddiaçının real qazancından məhrum olmasına görə 1000 (bir min) manat məbləğində maddi ziyanın, həmçinin iddia verilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9112 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının ərizəsində Cavabdeh MMC-nin ünvanı olaraq ünvan 1 qeyd edilmişdir. Ona görə də hazırkı iş Şəki Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Bundan əlavə Cavabdeh MMC-nin hüquqi ünvanı Şəki Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olsa belə, iddia ərizəsinin forma və məzmununa iddiaçı tərəfindən riayət edilməmişdir. MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: … iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)….. MPM-in: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ ”Lumex” lazer cihazının alınması üçün ödənilmiş 8000 manat pul məbləğinin Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə qaytarılması, lazer cihazının cavabdeh tərəfindən qanunsuz olaraq götürüldüyü 4 ay üçün iddiaçının real qazancından məhrum olmasına görə 1000 (bir min) manat məbləğində maddi ziyanın, həmçinin iddia verilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9112 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar