Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-881/2025 15.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 01 aprel 2025-ci il tarixli, 01/25 saylı müqavilə əsasında yaranmış 92900 manat və ödənilmiş 370 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 01 aprel 2025-ci il tarixli, 01/25 saylı müqavilə əsasında yaranmış 92900 manat və ödənilmiş 370 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılan məlumatdan görünür ki, cavabdehin qeydiyyat ünvanı Saatlı Rayonu, Qıraqlı, Qiraqlı kəndidir. Bu səbəbdən də hazırkı ərizəyə sonuncunun qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarına görə düzgün vermədiyindən və hazırkı ərizəyə cavabdehlərin qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçı Şirvan Kommersiya Məhkəməsinin hesabına dövlət rüsumu ödədiyindən həmin rüsumu qaytarmaqla bağlı qərarı həmin məhkəmə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məh kəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 01 aprel 2025-ci il tarixli, 01/25 saylı müqavilə əsasında yaranmış 92900 manat və ödənilmiş 370 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-881/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-881/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver