Məhkəmə qərarları › İş №e-2-2(117)-883/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-883/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-883/2024 13.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, iddiaçi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 19201,38 manat əsas borc və 148 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 100/23 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcı tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəklində olan qaimə-fakturalarda qeyd olunan malları alıcıya satmağı, sonuncu isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. 2-ci bəndinə əsasən satıcı sifarişi aldıqdan sonra 3 gün ərzində qaimə-fakturada qeyd edilən malları alıcının təyinat yerinə çatdırır və alıcı qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. xx.xx.2023-cü il tarixli 969163 nömrəli elektron qaimə-fakturadan görünür ki, cavabdehə verilməli malın ümumi dəyəri 23551.38 manat təşkil etmişdir. Eyni zamanda təqdim edilmiş kassa mədaxil orderlərindən və xx.xx.2024-cü il tarixə Xalq Bank ASC-də olan iddiaçının şəxsi hesabından çıxarışla müəyyən edilmişdir ki, 969163 nömrəli qaimə-fakturadan əsasən xx.xx.2024-cü il tarixdə 1567,8 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat və xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmişdir. İddiaçı ödənilməmiş 19201,38 manat pulun qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən bugünə kimi 4350 manat ödəniş həyata keçirilmişdir. Qalan 19201,38 məbləğ isə bugünə kimi ödənilməmişdir. Cavabdehin VÖEN hesabına rəsmi qaydada Pretenziya göndərilməsinə və pulun ödənilməsi üçün 3 gün müddət qoyulmasına baxmayaraq heç bir nəticə verməmişdir Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 100/23 nömrəli “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 23551,38 manat olan mallar satılmışdır. Cavabdeh tərəfindən bu günə kimi 4350 manat ödəniş həyata keçirilmişdir. Qalan 19201,38 məbləğ isə bu günə kimi ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Hesabdan çıxarış, Elektron qaimə-faktura, Kassa mədaxil orderləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600-cı maddəsinin 1-ci və 3-cü bəndləri). İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflər üçün həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflər arasında alğı-satqıdan irəli gələn münasibətlər mövcdu olmuş, iddiaçı satılmış malları cavabdehə təhvil vermiş və cavabdeh alınan malların dəyərindən qismən ödəniş etmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 100/23 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcı tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəklində olan qaiməfakturalarda qeyd olunan malları alıcıya satmağı, sonuncu isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. 2-ci bəndinə əsasən satıcı sifarişi aldıqdan sonra 3 gün ərzində qaimə-fakturada qeyd edilən malları alıcının təyinat yerinə çatdırır və alıcı qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. Məhkəmə araşdırmasnı predmetini təşkil etmiş kassa mədaxil orderlərindən və xx.xx.2024-cü il tarixə Xalq Bank ASC-də olan iddiaçının şəxsi hesabından çıxarışla müəyyən edilmişdir ki, 969163 nömrəli qaimə-fakturadan əsasən xx.xx.2024-cü il tarixdə 1567,8 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat və xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmişdir. İş üzrə ididaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 969163 nömrəli elektron qaiməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni kassa mədaxil orderləri, bank hesabından çıxarış ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən ümumi dəyəri 23551.38 manat dəyərində mallar cavabdehə təhvil verilmişdir. Belə ki, təqdim edilmiş kassa mədaxil orderlərindən və bank hesabdan çıxarışdan da göründüyü kimi 969163 nömrəli qaimə-faktura əsasında 2500 və 1567,8 manat məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir. Bu hal xx.xx.2023-cü il tarixli 969163 nömrəli elektron qaimə-fakturada qeyd edilmiş ümumi dəyəri 23551.38 manat olan malların cavabdehə təhvil verildiyini və cavabdeh tərəfindən qəbulunu təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 23551.38 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyini lazımınca icra etməmiş, 2500 + 1567.8 = 4067.8 manat ödəniş nəzərə alındıqda qalıq borc 23551.38 - 4067.8 = 19483,58 manat təşkil etsə də, iddia tərəfi cavabdeh tərəfindən 4350 manat ödəniş edildiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı təhvil verilmiş mallların qarşılığında ödənilməmiş 19201,38 manat qalıq borcu tələb edir ki, cavabdeh bunun əksini sübut edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən 19201,38 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 147.6 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 147.6 manat dövlət rüsumu cavabdehdən tutulmaldır. Belə ki, iddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun 147.6 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.40 mantat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19201,38 manat əsas borc, 147.6 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Artıq ödənilmiş 0.40 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar