Məhkəmə qərarları › İş №e-2-2(117)-891/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-891/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-891/2023 25.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “17125 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 1695.6 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutlaraq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17125 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 1695.6 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutlaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla arasında bağlanmış xx.xx.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib razılaşdırılmış qiymətdə və müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşdirmə aktı”na əsasən Cavabdeh müəssisəyə 17970 manat borcunun olduğu müəyyən edilmiş, lakin 17125 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşdirmə aktı”na əsasən Cavabdeh müəssisəyə 17125 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən Ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma (ödəniş) yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərində Alıcı tərəfindən həyata keçirilir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, 17125 manat borc üçün əldən çıxmış faydaya görə 1 il üçün 5%-i 856.25 manat, 1 ay üçün 5%-i 71.35 manat, 1 gün üçün 5 %-i 2,37 manat təşkil edir. xx.xx.2021-ci il tarixən xx.xx.2023-cü il tarixədək əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 1695.6 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM)185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cəmiyyətin nizamnaməsi, xx.xx.2017-ci il tarixli üzləşdirmə aktı, xx.xx.2022-ci il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2,445.7, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdehla arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib razılaşdırılmış qiymətdə və müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşdirmə aktı”na əsasən Cavabdeh müəssisəyə 17970 manat borcunun olduğu müəyyən edilmiş, lakin 17125 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Odur ki, iddiaçı həmin məbləğin tutulmasını tələb etməkdə haqlıdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, 17125 manat borc üçün əldən çıxmış faydaya görə 1 il üçün 5%-i 856.25 manat, 1 ay üçün 5%-i 71.35 manat, 1 gün üçün 5%-i 2,37 manat təşkil edir. xx.xx.2021-ci il tarixən xx.xx.2023-cü il tarixədək əldən çıxmış faydaya görə borc məbləğinin ümumi miqdarı 1695.6 manat təşkil edir. Məhkəmə iş materiallarının araşdırılması zamanı müəyyən edir ki, alqı-satqı predmeti olan məhsulların cavabdehə təhvil verilməsi ilə bağlı ayrıca bir sənəd yoxdur. Lakin, məhkəmə xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşdirmə aktı”nın imzalanması tarixinə qeyd edilən məhsulların təhvil verilməsi faktının mövcud olmasının məcburiliyini nəzərə alsaq, qeyd edilən məhsulların cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilməsini qəbul edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən Ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma (ödəniş) yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərində Alıcı tərəfindən həyata keçirilir. Ona görə də, iddiaçının tələbinə görə gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək illik 5 % məbləğində əldən çıxmış fayda hesablanmışdır. İddiaçı tələbini Mülki Məcəllənin 449.1-ci maddəsinə və 447.5-ci maddəsinə əsaslanmışdır. Məhkəmə hazırkı tələbə münasibətdə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən iddiaçının qeyd edilən əldən çıxmış fayda tələb etmə hüququnu tanıyır. Beləliklə tərəflər arasında alqı-satqı müqaviləsinin tələbinə əsasən 17125 manat dəyərində olan məhsulların xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verildiyini qəbul etsək, cavabdehin həmin tarixdən 30 gün sonra yəni xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək ödənilməyən məbləğə münasibətdə illik 5 % əldən çıxmış faydanı tələb etmək hüququnun olduğu müəyyən edilir. İddia ərizəsinin xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğu nəzərə alınsa, məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından 1 il 10 ay 28 gün müddət üçün hesablamaqla (17125x5/100=856,25; 856,25/12=71,35; 71,35/30=2.37 manat; 22 ay 28 gün x 71,35= 1 636,3) 1636,3 manat məbləğində iddiaçı əldən çıxmış faydanı tələb etmək hüququ qazanır. Məhkəmə iddiaçının tələbini əsaslandıran işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatın tərəfləri üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin isə etirazlarının əsaslarını sübut etmək vəzifələri müəyyən etmiş, məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Eyni zamanda 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələbi təmin edildiyindən ödənilməli olan 147 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 17125 manat əsas borc, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 1636,3 manat pul, 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməli dövlət rüsumunun 147 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar