Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-894/2024 21.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq predmeti olan 1 ədəd presbağlayan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 4252.72 manat gecikdirilmiş əsas borcun, 1011.20 manat cərimə borcunun, 72.64 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq predmeti olan 1 ədəd presbağlayan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 4252.72 manat gecikdirilmiş əsas borcun, 1011.20 manat cərimə borcunun, 72.64 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. Hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 çatdırılması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəyə əlavə etmiş olduğu sənədlərdə Cavabdeh1 qarşı yönələn tələbini təsdiq edən sübutlar öz əksini tapmamışdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş üzrə hər iki cavabdehi iş üzrə icraata cəlb etmə əsaslarını məhkəməyə təqdim etməmiş, hər iki cavabdehə verildiyindən onların hər birinə qarşı yönələn tələb göstərilməmiş və buna aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə sənədlər əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Yuxarıda şərh olunan hallara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə lazımi qaydada çatdırılmamış, MPM-in 150.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Eyni zamanda, hər iki cavabdehə verildiyindən onların hər birinə qarşı yönələn tələb göstərilməmiş, buna aydınlıq gətirilməmiş və sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərlə yanaşı MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Təqdim edilmiş bank sənədindən müəyyən edilir ki, dövlət rüsumu bank vasitəsilə ödənilsə də, hansı məhkəməninin hesabına ödəniməsi, eyni zamanda iddia ərizəsinin imzalanması hissəsində ödəniş nömrə və tarixi qeyd edilməli olduğu halda bu göstərilməmişdir. Bu mənada qeyd edilən qəbzin etibarlı sənəd olaraq qəbul eilməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və MPM-də bununla bağlı hallar sadalanmışdır. Bütün bunları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1 qarşı “lizinq predmeti olan 1 ədəd presbağlayan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 4252.72 manat gecikdirilmiş əsas borcun, 1011.20 manat cərimə borcunun, 72.64 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-894/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-894/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver