Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-90/2020 13.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həkimzadə Röya Rəhman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “1890 manat əsas borc, 1298,25 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3218,25 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1890 manat əsas borc, 1298,25 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3218,25 manat pulun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-90/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC məhkəmənin e-2-2(117)-90/2020 nömrəli qərardadından şikayət vermiş, lakin şikayətin xahiş edirik hissəsində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(117)-99/2020 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə şikayətə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı apelyasiya şikayətində göstərilməlidir. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki şikayətin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASCnin Cavabdeh qarşı “1890 manat əsas borc, 1298,25 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3218,25 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair e-2-2(117)-90/2020 nömrəli iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edilməsinə baxmayaraq, İddiaçı ASC məhkəmənin şikayətin xahiş edirik hissəsində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(117)-99/2020 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan iş üzrə mövcud olmayan məhkəmə qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanunvericilikdə qərardaddan şikayətin geri qaytarılması nəzərdə tutulmadığından MPM-in 363.1.3-cü maddəsi 13.4-cü maddəsinə uyğun hazırkı münasibətlərə şamil edilməli və qərardaddan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “1890 manat əsas borc, 1298,25 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3218,25 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair e-2-2(117)-90/2020 nömrəli iş üzrə İddiaçı ASC tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-90/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-90/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver