Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-915/2024 05.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “9136,65 manat əsas borcun və 112 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 08 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC bu müqavilə əsasında sement, beton və s. adda malları ticarət fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonra ödəmə şərtində alıcı alıdğı malların dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 6.1.4-cü bəndinə əsasən alınan malın dəyəri satıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı yaranmış borc məbləğinin qaytarılması məqsədilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarına aid edilmişdir. Malların adları və qiymətləri müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli, 7 nömrəli Əlavələrdə qeyd olunmuşdur. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə tərtib olunmuş üzləşdirmə aktında cavabdehin mal satışından 9716 manat borcunun qaldığı və palet satışından 30 ədəd təşkil etdiyi qeyd edilmişdir. İddiaçı tərəfindən malların cavabdehə verilməsi ilə əlaqədar elektron qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini qismən ödəmiş və nəticədə ödənilməmiş 9136,65 manat borcu qalmışdır. İşdə olan iddiaçı hüquqi şəxsin nizamnaməsinə dəyişiklik edilməsi barədə sənəddən müəyyən olunur ki, "xxxx" MMC-nin adı dəyişdirilərək Qafqazsement” MMC adlandırılmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, satıcı müqavilə ilə müəyyən olunmuş qaydada xx.xx.2021-ci ildən üzərinə düşən öhdəlikləri yerinə yetirərək alıcıya sement satmış və xidmətlər göstərmişdir. Alıcı isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 9136,65 manat pulu ödəməmişdir. Məhz buna görə də iddiaçı qanunla müyyən olunmuş qaydalara riayət etməklə, elektron qaydada göndərilmiş pretenziya məktubu ilə qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə şəxsən ünvanı üzrə çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli, 7 nömrəli Əlavələr, Üzləşmə aktı, Elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə əvvəlcə tərəflər arasında bağlanmış müqavilənin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonra ödəmə şərtində alıcı alıdğı malların dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 6.1.4-cü bəndinə əsasən alınan malın dəyəri satıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı yaranmış borc məbləğinin qaytarılması məqsədilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarına aid edilmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 08 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC bu müqavilə əsasında sement, beton və s. adda malları ticarət fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların adları və qiymətləri müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli, 6 nömrəli, 7 nömrəli Əlavələrdə qeyd olunmuşdur. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini qismən ödəmiş və nəticədə ödənilməmiş 9136,65 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə tərtib olunmuş üzləşdirmə aktında cavabdehin mal satışından 9716 manat borcunun qaldığı və palet satışından 30 ədəd təşkil etdiyi qeyd edilmişdir. Həmin akt hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Bundan sonra borcun məbləğində azalma olmuş, sonuncunun 9136,65 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı və müqavilə şərti ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göstərilənlər əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən 9136,65 manat məbləğində borcu qaldığından həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 111,37 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 111,37 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı 112 manat dövlət rüsumu ödəmiş və həmin dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsini tələb etsə də, iddianın qiymətinə uyğun hesablannmış 111,37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,63 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9136,65 manat borc və 111,37 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 0,63 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-915/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-915/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver