Məhkəmə qərarları › İş №e-2-2(117)-916/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-916/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-916/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 6359.99 manat əsas və 84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 6359.99 manat əsas və 84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 195 nömrəli alqı-satqı barədə müqavilə bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya olan 6359.99 manat borcunu indiyədək ödəməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 195 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilədə göstərilmiş həcmdə və qiymətdə malları satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı məhsulun dəyərini Malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən satıcıdan malı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ina təhvil verilməsini tələb etmək alıcının hüququdur. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədədir. İş materialları kimi təqdim olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, müqavilə üzrə Cavabdeh 8670 manat borcu mövcuddur. Cavabdeh üzləşmə aktını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş əlavə №1, əlavə №2, əlavə №3 və əlavə №4 saylı sənədlərdən də görünür ki, satıcı tərəfindən alıcıya veriləcək malların qiyməti tərəflərin imzaları ilə təsdiq edilərək razılaşdırılmışdır. Əlavə olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli çıxış aktlarından göründüyü kimi müəyyən miqdarda sement məhsulu alıcıya təhvil verilmiş və alıcı həmin çıxış aktlarını öz imzası ilə təsdiq etmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə 195 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə bağlı İddiaçı MMC Cavabdeh təqdim etdiyi xx.xx.2021-ci il tarixli 709312 nömrəli elektron qaimə ilə 4200 manat, xx.xx.2021-ci il tarixli 406923 nömrəli elektron qaimə ilə 4210 manat məbləğində malların təqdim edilməsi müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, Cavabdeh iddiaçıya ümumilikdə xx.xx.2021-ci il tarixli 195 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12610 manat dəyərində mal verilmiş, iddiaçı isə həmin puldan cəmi 6250 manat ödəniş etmişdir. Nəticədə cavabdehin hazırki tarixə ödənilməmiş 6360 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə 195 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müqavilədə göstərilmiş həcmdə və qiymətdə malları satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Müqavilənin 7.1.2-ci bəndinə əsasən satıcıdan malı bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ina təhvil verilməsini tələb etmək alıcının hüququdur. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədədir. İş materialları kimi təqdim olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, müqavilə üzrə Cavabdeh 8670 manat borcu mövcuddur. Cavabdeh üzləşmə aktını öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə 195 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə bağlı İddiaçı MMC Cavabdeh təqdim etdiyi xx.xx.2021-ci il tarixli 709312 nömrəli elektron qaimə ilə 4200 manat, xx.xx.2021-ci il tarixli 406923 nömrəli elektron qaimə ilə 4210 manat məbləğində malların təqdim edilməsi müəyyən edilir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı məhsulun dəyərini Malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, Cavabdeh iddiaçıya ümumilikdə xx.xx.2021-ci il tarixli 195 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12610 manat dəyərində mal verilmiş, iddiaçı isə həmin puldan cəmi 6250 manat ödəniş etmişdir. Nəticədə cavabdehin hazırki tarixə ödənilməmiş 6360 manat borcu qalmışdır. Cavabdeh tərəf məhkəmə sənədlərini qəbul etsə də, iddia tələbinə hər hansı etiraz və ya digər formada münasibət bildirməmiş, borcun mövcudluğunu təkzib etməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 6359.99 manat borcu yaranmışdır ki, iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 6359.99 manat borc tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 84 manat dövlət rüsumu ödənildiyindən və iddia əsas məbləğə nisbətən tam təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh 6359.99 manat borc pul və 84 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar