Məhkəmə qərarları › İş №e-2-2(117)-918/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-918/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-918/2024 17.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “26100,03 manat əsas borcun, 8091 manat cərimə borcunun və 193 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 29 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC bu müqavilə əsasında sement, beton və s. adda malları ticarət fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonra ödəmə şərtində alıcı aldığı malların dəyərini malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 6.1.3-cü bəndinə əsasən alınan malın dəyəri satıcı tərəfindən ödənilmədiyi təqdirdə satıcı yaranmış borc məbləğinin qaytarılması məqsədilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarına aid edilmişdir. Malların adları və qiymətləri müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli Əlavələrdə qeyd olunmuşdur. İddiaçı tərəfindən malların cavabdehə verilməsi ilə əlaqədar əmtəə nəqliyyat qaimələri və elektron qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə əmtəə nəqliyyat qaimələri ilə müqaviləyə əlavələrdə qeyd olunmuş müxtəlif adda və çəkidə olan malları alıcıya vermiş, alıcı tərəfindən mallar qeyd edilən əmtəə nəqliyyat qaimələri imza etməklə təhvil alınmışdır. Eyni zamanda satıcı malların təqdim edilməsinin sübutu olaraq xx.xx.2022-ci il tarixli 729620 nömrəli, xx.xx.2022-ci il tarixli 777556 nömrəli, xx.xx.2022-ci il tarixli 117051 nömrəli, xx.xx.2022-ci il tarixli 498450 nömrəli, xx.xx.2022-ci il tarixli 781470 nömrəli, xx.xx.2022-ci il tarixli 629639 nömrəli, xx.xx.2022-ci il tarixli 104481 nömrəli, xx.xx.2022-ci il tarixli 770640 nömrəli, xx.xx.2022-ci il tarixli 449613 nömrəli, xx.xx.2022-ci il tarixli 293278 nömrəli,xx.xx.2022-ci il tarixli 890169 nömrəli, xx.xx.2022-ci il tarixli 514551 nömrəli, xx.xx.2022-ci il tarixli 856806 nömrəli, xx.xx.2022-ci il tarixli 673339 nömrəli, xx.xx.2022-ci il tarixli 519145 nömrəli, xx.xx.2022-ci il tarixli 020095 nömrəli, xx.xx.2022-ci il tarixli 554660 nömrəli, xx.xx.2022-ci il tarixli 148711 nömrəli, xx.xx.2022-ci il tarixli 920146 nömrəli, xx.xx.2022-ci il tarixli 721875 nömrəli, xx.xx.2022-ci il tarixli 529972 nömrəli, xx.xx.2022-ci il tarixli 460417 nömrəli,xx.xx.2022-ci il tarixli 510968 nömrəli, xx.xx.2022-ci il tarixli 162527 nömrəli, xx.xx.2022-ci il tarixli 146821 nömrəli, xx.xx.2022-ci il tarixli 496303 nömrəli, xx.xx.2022-ci il tarixli 835402 nömrəli, xx.xx.2022-ci il tarixli 940626 nömrəli, xx.xx.2022-ci il tarixli 631473 nömrəli elektron qaimələri məhkəməyə təqdim etmiş və həmin elekton qaimələrlə ümumilikdə 124368 manat dəyərində mal cavabdehə təqdim edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 26100,03 manat borcu qalmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş əmtəə-nəliyyat qaimələri ilə təsdiq olunur. İşdə olan iddiaçı hüquqi şəxsin nizamnaməsinə dəyişiklik edilməsi barədə sənəddən müəyyən olunur ki, "xxxx" MMC-nin adı dəyişdirilərək Qafqazsement” MMC adlandırılmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, satıcı müqavilə ilə müəyyən olunmuş qaydada xx.xx.2022-ci ildən üzərinə düşən öhdəlikləri yerinə yetirərək alıcıya sement satmış və xidmətlər göstərmişdir. Alıcı isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 26100,03 manat pulu ödəməmişdir. Məhz buna görə də iddiaçı qanunla müyyən olunmuş qaydalara riayət etməklə, elektron qaydada göndərilmiş pretenziya məktubu ilə qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılması ilə bağlı məhkəməyə müraciət etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli Əlavələr, Elektron qaimə-fakturalar, Əmtəə-nəqliyyat qaimələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə əvvəlcə tərəflər arasında bağlanmış müqavilənin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 29 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC bu müqavilə əsasında sement, beton və s. adda malları ticarət fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonra ödəmə şərtində alıcı aldığı malların dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Malların adları və qiymətləri müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli Əlavələrdə qeyd olunmuşdur. İddiaçı tərəfindən malların cavabdehə verilməsi ilə əlaqədar əmtəə-nəliyyat qaimələri və elektron qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə əmtəə-nəliyyat qaimələri ilə müxtəlif adda və çəkidə olan malları alıcıya vermiş, alıcı tərəfindən mallar qeyd edilən əmtəə-nəliyyat qaimələrinə imza edilməklə təhvil alınmış və müvafiq sayda palet təhvil verildiyi qeyd edilmişdir. Eyni zamanda satıcı malların təqdim edilməsinin sübutu olaraq xx.xx.2022-ci il tarixli 729620 nömrəli, xx.xx.2022-ci il tarixli 777556 nömrəli, xx.xx.2022-ci il tarixli 117051 nömrəli, xx.xx.2022-ci il tarixli 498450 nömrəli, xx.xx.2022-ci il tarixli 781470 nömrəli, xx.xx.2022-ci il tarixli 629639 nömrəli, xx.xx.2022-ci il tarixli 104481 nömrəli, xx.xx.2022-ci il tarixli 770640 nömrəli, xx.xx.2022-ci il tarixli 449613 nömrəli, xx.xx.2022-ci il tarixli 293278 nömrəli, xx.xx.2022-ci il tarixli 890169 nömrəli, xx.xx.2022-ci il tarixli 514551 nömrəli, xx.xx.2022-ci il tarixli 856806 nömrəli, xx.xx.2022-ci il tarixli 673339 nömrəli, xx.xx.2022-ci il tarixli 519145 nömrəli, xx.xx.2022-ci il tarixli 020095 nömrəli, xx.xx.2022-ci il tarixli 554660 nömrəli, xx.xx.2022-ci il tarixli 148711 nömrəli, xx.xx.2022-ci il tarixli 920146 nömrəli, xx.xx.2022-ci il tarixli 721875 nömrəli, xx.xx.2022-ci il tarixli 529972 nömrəli, xx.xx.2022-ci il tarixli 460417 nömrəli, xx.xx.2022-ci il tarixli 510968 nömrəli, xx.xx.2022-ci il tarixli 162527 nömrəli, xx.xx.2022-ci il tarixli 146821 nömrəli, xx.xx.2022-ci il tarixli 496303 nömrəli, xx.xx.2022-ci il tarixli 835402 nömrəli, xx.xx.2022-ci il tarixli 940626 nömrəli, xx.xx.2022-ci il tarixli 631473 nömrəli elektron qaimələri məhkəməyə təqdim etmiş və həmin elekton qaimələrlə ümumilikdə 124368 manat dəyərində mal cavabdehə təqdim edilmişdir. İddiaçının tələbindən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 26100,03 manat borcu qalmışdır. Qeyd edilən elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni əmtəə-nəqliyyat qaiməsi, müqaviləyə əlavələr və müqavilə şərti ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən 26100,03 manat məbləğində borcu qaldığından həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə 8091 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 192,57 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. İddiaçı 193 manat dövlət rüsumu ödəsə və həmin dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iddianın qiymətinə uyğun hesablannmış 192,57 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,43 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26100,03 manat borc, 500 manat cərimə və 192.57 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 0,43 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar