Məhkəmə qərarları › İş №e-2-2(117)-919/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-919/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-919/2023 20.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “006-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 9455,05 manat qalıq borc məbləği və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zaqatala rayonu, Lahıc kəndi ərazisində 7 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 21 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 21000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3150 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1050 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 6045,40 manat, xx.xx.2022-ci il tarixli 910,57 manat toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə cavabdeh 1920,35 manat soya paxlası təhvil verilmişdir. Qeyd edilən toxum, gübrə və dərman vasitələrinin təhvilinə dair təhvil-təslim aktından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 21 nömrəli aktla 1050 kq “Amofos” gübrə, 700 kq “Amonium Nitrat”, 1050 kq “Nitra Amofos” gübrəsi, 500 kq toxum, xx.xx.2022-ci il tarixli 55 nömrəli təhvil təslim aktı ilə 720 kq Karbomit gübrəsi Cavabdeh təhvil verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 219,45 manat məbləğində malları cavabdehə təhvil verilməsini bildirmiş, lakin bununla bağlı təhvil-təslim aktlarını təqdim etməmişdir. İcraçı tərəfindən hazırlanaraq təhvil verilən məhsullar barədə elektron qaimələrdən müəyyən edilir ki, 1920,35 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, 4200 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 7175,40 manat məbləğində vəsait ödənilmiş, sonuncu tərəfindən 1920,35 manat dəyərində məhsul təhvil verilmiş, müqavilə ilə üzərinə düşən öhdəliklər qismən icra edilmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 9455,05 manat qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həm də pretenziya vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd edilən borcun və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək iddiaçının ona təqdim etdiyi vəsaitdən əlavə öz şəxsi vəsaitindən istifadə etmiş, ona ziyan dəymişdir. İddiaçı tərəfindən məhsul biçildikdən təxminən 1 ay sonra təhvil alması məhsuldarlığı aşağı salmışdır. Eyni zamanda, məhsulun sğortalanması vəifəsi Sifarişçinin vəzifəsidir. Ona qarşı əsassız iddia qaldırılmış, eyni zamanda iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, buna baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, elektron qaimələr, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər arasında qarışıq tipli müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən qismən soya paxlası təhvil verilərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri tam ödənilmədiyindən hazırkı mübahisə yaranmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 006-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zaqatala rayonu, Lahıc kəndi ərazisində 7 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 21 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 21000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3150 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1050 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 6045,40 manat, xx.xx.2022-ci il tarixli 910,57 manat toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 1920,35 manat soya paxlası təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Qeyd edilən toxum, gübrə və dərman vasitələrinin təhvilinə dair təhvil-təslim aktından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 21 nömrəli aktla 1050 kq “Amofos” gübrə, 700 kq “Amonium Nitrat”, 1050 kq “Nitra Amofos” gübrəsi, 500 kq toxum, xx.xx.2022-ci il tarixli 55 nömrəli təhvil təslim aktı ilə 720 kq Karbomit gübrəsi Cavabdeh təhvil verilmişdir. İcraçı tərəfindən hazırlanaraq təhvil verilən məhsullar barədə elektron qaimələrdən müəyyən edilir ki, 6,955.97 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 219,45 manat məbləğində malları cavabdehə təhvil verilməsini bildirmiş, lakin bununla bağlı təhvil-təslim aktlarını təqdim etməmişdir. Cavabdeh etirazında məhsulun biçildikdən xeyli müddət təhvil alınması və məhsuldarlığın aşağı düşməsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə yə təqdim edilən sənədlərdə 2070 kq məhsul cavabdeh tərəfinən xx.xx.2022-ci il tarixdə təhvil alınmış və hər iki tərəfin nümayəndəsinin imzaları vardır. Cavabdehin təhvil verdiyi məhsul isə 1910 kq olmuşdur. 1 kq qiyməti isə 1 manat 0051 qəpik müəyyən edilir. Cavabdeh irəli sürdüyü arqumentlərlə bağlı yazılı, məsələ ilə bağlı qarşı tərəfə rəsmi məlumat verilməsi təsdiq edilən sübutlar təqdim etdiyi təqdirdə onun bu dəlilləri sübut olaraq qəbul edilə bilər. Bundan əlavə əkin sahələrinin təbii fəlakət nəticəsində zay və xarab olması ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci maddəsində Sifarişçi tərəfindən sığorta haqqı ödənilir. Belə müəyyən edilir ki, bu sahələr İcraçı tərəfindən sığortalanmalı idi. Bununla bağlı da sübut təqdim edilməmişdir. Cavabdeh etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhsulun nə zaman aldığını, iddiaçının təqsiri ucbatından məhsulun keyfiyyətinin aşağı düşməsini və məhv olmasını əsaslandıra bilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən təhvil verilən məhsulun dəyərinin aşağı qiymətlə qəbulu tərəflər arasında bağlanmış müqavilələrin əlavəsində qeyd edilən yağlılıq, rütubətlilik, protein miqdarının normadan az və ya çox olması olmuşdur ki, bu da məhsulun dəyərinə qismən aşağı düşməsinə təsir göstərmişdir. Bununla bağlı cavabdeh laboratoriya analizləri təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Bundan əlavə cavabdeh tərəf müvafiq sübutlar təqdim edilmədən məhkəmə iddia icraatı qaydasında araşdırılmasını məqsdəuyğun hesab etməmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 219,45 manat məbləğində malları cavabdehə təhvil verilməsinə dair təhvil-təslim aktlarını təqdim etmədiyindən məhkəmə tələbi bu hissədə əsassız hesab edir. Yuxarıda qeyd edilən Qərarın tələbini əsas tutularaq qeyd edilən qaimənin təsdiqi üçün müvafiq sübutların təqdim edilməməklə həmin arqumentin iddiaçı tərəfindən sübut edilmədiyi qənaətinə gəlinmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına (1050+3150) 4200 manat köçürülmüş, toxum, gübrə və dərman olaraq (6045.40+910.57) 6,955.97 manat məbləğində malları vermiş, cavabdeh isə 1920.35 manat məbləğində soya məhsulunu təhvil vermişdir. Beləlliklə sadə hesablama yolu ilə (4200+69xx.xx-1920.35) 9,235.62 manat həddində tələb öz təsdiqini tapdığından həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddia qismən təmin edildiyindən ödənilməli dövlət rüsumu olaraq 2.65 manat iddiaçıdan, 111.35 manat cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən tələbə münasib 97.67 manat meidasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9235.62 manat borc və 97.67 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 114 manat dövlət rüsumunun 2.65 manat İddiaçı MMC-dən, 111.35 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar