Məhkəmə qərarları › İş №e-2-2(117)-922/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-922/2025

18.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-922/2025 18.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, X1 Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs2 qarşı dövlət büdcəsinə olan 25053,83 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,01 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair işə baxaraq, müəyyən etdi: X1 Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs2 qarşı dövlət büdcəsinə olan 25053,83 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,01 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizəçi ərizənin forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən, eyni zamanda elektron iddia ərizəsindən göründüyü kimi X1 Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi hazırkı işdə ərizəçi qismində çıxış etməsinə baxmayaraq, məhkəməyə müraciət edərkən elektron sistemə “maraqlı şəxs” kimi əlavə olunmuşdur. Göründüyü kimi ərizəçi qanunvericiliyin forma və məzmunla bağlı tələblərinə riayət etməmişdir. Qeyd edilən halla bağlı qanunvericilikdə norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs2 qarşı dövlət büdcəsinə olan 25053,83 manat, İşsizlikdən Sığorta Fonduna olan 0,01 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs2 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar