Məhkəmə qərarları › İş №e-2-2(117)-923/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-923/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-923/2023 20.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “007-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2150,11 manat qalıq borc məbləği və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Muxas kəndi ərazisində 10 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 30 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 30000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 26 nömrəli malların təhvil qəbul aktı ilə 700 kq toxum, GP seriyalı 6 nömrəli malların təhvil qəbul aktı ilə 1500 kq Nitra Amofos, 1500 kq Amofos, 1000 kq Karbomit, 1000 kq Amonium Nitrat gübrələri təhvil verilmişdir. Qeyd edilən təhvil aktları ilə təqdim edilən gübrələrlə bağlı xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən təqdim edilən elektron qaimədən müəyyən edilir ki, 480.02 manat dəyərində Karbamit, 1947 manat dəyərində Nitra Amofska, 2775 manat dəyərində Amofos, 1200 manat dəyərində Amonium Nitrat, eyni zamanda xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 700 kq toxum dəyəri 2660 manat, cəmi 9062,01 manat dəyərində gübrə və toxum Cavabdeh təhvil verilmişdir. Eyn zamanda işdə olan bank sənədlərinə əsasən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə 7000 manat məbləğində avans Cavabdeh verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 751363 və 750872 nömrəli, xx.xx.2023-cü il tarixli 996767 nömrəli elektron qaimələrdən müəyyən edilir ki, 95 manat, 629,6 manat və 13187,29 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini tam yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə mallar təhvil verilməsi malların təhvil qəbul aktları və ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, avans qismində ilkin ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 12700 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən təhvil verilmiş məhsulun dəyəri 2204,64 manat təşkil etmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 34987,41 manat qalıq borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlandığı etiraz ərizəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixində əkini aparmış, güclü leysan yağış yağmasına baxmayaraq, məhsul bitişi yaxşı olmuşdur. 10 ha soya əkdiyi sahə hər ay 2-3 dəfə suvarılmışdır. Müqavilə bağlanmamışdan əvvəl bitkinin susuzluğa davamlı olduğu bildirilmişdir, buna baxmayaraq 8 dəfə suvarılma aparılmışdır. xx.xx.2022-ci il tarixində məhsul biçiminə başlanılmış, 900 kq-dək biçilmiş məhsulu yararsız kimi özünə qaytarmışlar. 15 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixində yenidən sahənin biçilməsi barədə tapşırıq verilmiş, həmin gün günortadan sonra bir maşın (4950 kq), xx.xx.2022-ci il tarixində iki maşın (5450 kq və 3450 kq cəmi 8900 kq) məhsulu təhvil vermişdir. Lakin həmin məhsulun yekun cavabları xx.xx.2023-ci ildə təhvil verildi, analiz cavabları isə ümumiyyətlə təhvil verilmədi. Bu iş üzrə iddiaçı ziyan çəkibsə o da çəkib. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi cavabdehin etiraz ərizəsinə xx.xx.2023-cü il tarixdə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehdən alınan məhsulun miqdarı 3 ədəd yük avtomobilində müvafiq olaraq 4950 kq, 5450 kq və 3450 kq olmuşdur. Mallar təhvil verilmiş miqdarda qəbul edilmiş və təhvil alındıqdan sonra geri qaytarma faktı mövcud olmamışdır. Cavabdehin təqdim etdiyi mədaxil aktlarında məhsulun qeyd olunmuş keyfiyyət göstəriciləri ilə iddiaçının Qax qəbul məntəqəsində aparılmış və əl aparatı ilə müəyyən edilmiş ilkin göstəricilərdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, məhsul qəbul məntəqəsində çəkildikdən sonra hər yük avtomobilindən 1 nümunə götürülmüş və laborator analizə göndərilmişdir. Yekun analiz göstəriciləri əsasında məhsulun qiyməti müəyyən edilmişdir. Odur ki, cavabdehin etirazları əsassızdır. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında qarışıq tipli müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, təhvil verilmiş paxlanın dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəməmiş və bu səbəbdən mübahisə yaranmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Muxas kəndi ərazisində 10 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 30 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 30000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 26 nömrəli malların təhvil qəbul aktı ilə 700 kq toxum, GP seriyalı 6 nömrəli malların təhvil qəbul aktı ilə 1500 kq Nitra Amofos, 1500 kq Amofos, 1000 kq Karbomit, 1000 kq Amonium Nitrat gübrələri təhvil verilmişdir. Qeyd edilən təhvil aktları ilə təqdim edilən gübrələrlə bağlı xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən təqdim edilən elektron qaimədən müəyyən edilir ki, 480.02 manat dəyərində Karbamit, 1947 manat dəyərində Nitra Amofska, 2775 manat dəyərində Amofos, 1200 manat dəyərində Amonium Nitrat, eyni zamanda xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 700 kq toxum dəyəri 2660 manat, cəmi 9062,01 manat dəyərində gübrə və toxum Cavabdeh təhvil verilmişdir. Eyni zamanda işdə olan bank sənədlərinə əsasən xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə 7000 manat məbləğində avans Cavabdeh verilmişdir. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 751363 və 750872 nömrəli, xx.xx.2023-cü il tarixli 996767 nömrəli elektron qaimələrdən müəyyən edilir ki, 95 manat, 629,6 manat və 13187,29 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. Müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 9602 təşkil edən gübrə, toxum təhvil vermiş, 7000 manat isə bank hesabına avans ödənişi etmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilməli olan 16 062,01 manat məbləğ müqabilində cəmi, 13 911,89 manat (95+629.60+13187.29=13911,89) borcdan təhvil verdiyi məhsulun dəyəri çıxılmaqla (16062,01-13911,89) ümumilikdə 2150,11 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh etirazında 900 kq-dək biçilmiş məhsulu yararsız kimi özünə qaytarmışlar. 15 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixində yenidən sahənin biçilməsi barədə tapşırıq verilmiş, həmin gün günortadan sonra bir maşın (4950 kq), xx.xx.2022-ci il tarixində iki maşın (5450 kq və 3450 kq cəmi 8900 kq) məhsulu təhvil vermişdir. Cavabdeh irəli sürdüyü arqumentlərlə bağlı yazılı, məsələ ilə bağlı qarşı tərəfə rəsmi məlumat verilməsi təsdiq edilən sübutlar təqdim etdiyi təqdirdə onun bu dəlilləri sübut olaraq qəbul edilə bilər. Məsələn 900 kq məhsulun biçilməsi və yararsızlığı səbəbindən cavabdehə qaytarılması ilə bağlı həmin dövrdə qarşı tərəfə rəsmi müraciət edilməli idi və bununla bağlı sübut təqdim edilməli idi. Bundan əlavə əkin sahələrinin təbii fəlakət nəticəsində zay və xarab olması ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5ci maddəsində Sifarişçi tərəfindən sığorta haqqı ödənilir. Belə müəyyən edilir ki, bu sahələr İcraçı tərəfindən sığortalanmalı idi. Bununla bağlı da sübut təqdim edilməmişdir. Cavabdeh etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhsulun nə zaman aldığını, iddiaçının təqsiri ucbatından məhsulun keyfiyyətinin aşağı düşməsini və batmasını əsaslandıra bilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən təhvil verilən məhsulun dəyərinin aşağı qiymətlə qəbulu tərəflər arasında bağlanmış müqavilələrin əlavəsində qeyd edilən yağlılıq, rütubətlilik, protein miqdarının normadan az və ya çox olması olmuşdur ki, bu da məhsulun dəyərinə qismən aşağı düşməsinə təsir göstərmişdir. Bununla bağlı cavabdeh laboratoriya analizləri təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 41,50 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2150,11 manat borc və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 41,50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar