Məhkəmə qərarları › İş №e-2-2(117)-925/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-925/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-925/2023 03.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “23301 manat əsas borcun, 3495 manat dəbbə pulunun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Satıcı mülkiyyətində müxtəlif növ məhsulları Alıcıya satmaqla onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı və alıcı arasında hesablaşma nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Köçürmə yolu ilə aparılan ödəniş pul vəsaiti satıcının bank hesabına köçürüldüyü andan, nağd ödəniş isə Satıcı tərəfindən imzalanmış ödəniş qəbzi verildiyi halda ödənilmiş hesab olunur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, hər bir halda ödəniş malın təhvil verildiyi ayın sonundan gec ola bilməz. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5% həddində dəbbə pulu hesablanacaqdır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə hesab olunur. xx.xx.2022-ci il tarixli “X1”ndan görünür ki, həmin tarixə Cavabdeh 23966 manat məbləğində borcu mövcuddur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh (cavabdehin Elektron Məhkəmə İnformasiya Sitemində elektron kabinetinə və SMS məlumatlandırma təqdim edilmişdir) isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. İş üzrə sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli “X1” və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Satıcı mülkiyyətində müxtəlif növ məhsulları Alıcıya satmaqla onun mülkiyyətinə verməyi, Alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı və alıcı arasında hesablaşma nağd və ya köçürmə yolu ilə həyata keçirilir. Köçürmə yolu ilə aparılan ödəniş pul vəsaiti satıcının bank hesabına köçürüldüyü andan, nağd ödəniş isə Satıcı tərəfindən imzalanmış ödəniş qəbzi verildiyi halda ödənilmiş hesab olunur. Müqavilənin 2.4-cü bəndinə əsasən, hər bir halda ödəniş malın təhvil verildiyi ayın sonundan gec ola bilməz. Müqavilənin 2.5-ci bəndinə əsasən, ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5% həddində dəbbə pulu hesablanacaqdır. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə hesab olunur. xx.xx.2022-ci il tarixli “X1”ndan görünür ki, həmin tarixə Cavabdeh 23966 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. İş üzrə cavabdeh əsas borca münasibətdə hər hansı bir münasibət bildirməmiş, etiraz və ya dəlilər təqdim etməmişdir. Belə olan vəziyyətdə məhkəmə öz təşəbbüsü ilə əlavə araşdırma aparılmasını, ekspertiza təyin edilməsini və digər prosessual tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab etmir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 23966 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğindən az məbləğin ödənilməsini tələb etdiyindən, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iddia tələbinin “3495 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5% həddində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, həmçinin qanunveiciliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 350 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdurQətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 88, 217.3, 217.4-cü maddələri). 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, 171 manat dövlət rüsumunun 21,08 manatı iddiaçıdan, 149,92 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 175,35 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23301 manat borc, 350 manat dəbbə pulu və 175,35 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Ödənilməmiş 171 manat dövlət rüsumunun 21,08 manatı iddiaçıdan, 149,92 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar