Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-927/2025 29.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixindən başlayaraq yaranmış 14537 manat borc, 135 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 350 manat olmaqla, cəmi 15 022 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən xx.xx.2024-cü il tarixindən başlayaraq yaranmış 14537 manat borc, 135 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 350 manat olmaqla, cəmi 15 022 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış müqavilələrə əsasən, Cavabdehnə müxtəlif çeşidli mallar satılmışdır. Hal-hazırda cavabdeh müəssisənin borcu 14537 manat təşkil edir. Bununla bağlı tərəfə dəfələrlə müraciətlər edilsə də, tərəflərindən yalnız açıq-aşkar saxtalaşdırılmış bank göndərişi bildirişləri təqdim edilmişdir. Qeyd olunanlara əsasən, qeyd edir ki, cavabdehin iddiaçıya olan 14537 manat borcu hələ də açıq olaraq qalmaqdadır. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcələsinin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-927/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək əlavə sübut və dəlillərinin olmadığını, ödəniş tapşırığı qismində təqdim edilmiş sənədlərin saxta olduğunu, cavabdehin borcundan bu günə qədər heç bir ödəniş etmədiyini bildirərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol qərarına əsasən X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Vəkil 23 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şirkət ölkədə 3-cü böyük dərman şirkətidir. Cavabdeh şirkətlə iddiaçı şirkət arasında bağlanmış müqavilələrə əsasən, Cavabdeh MMC-yə müxtəlif çeşidli mallar satılmışdır. Hal-hazırda cavabdeh müəssisənin borcu 14537 manat təşkil edir. Bununla bağlı tərəfə dəfələrlə müraciət edilsə də, tərəflərindən yalnız açıq-aşkar saxtalaşdırılmış bank göndərişi bildirişləri təqdim edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçıya olan borcu hələ də açıq olaraq qalmaqdadır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Cavabdeh direktorudur. Həmin MMC-ni 2025-ci ilin mart ayında almışdır. Hazırkı iş üzrə borclar isə ondan əvvəlki direktorun vaxtında baş verib. Həmin şəxs hazırda buradadır. Onun bu borclardan məlumatı olmayıb. Bütün bu işlərlə əvvəlki direktor Arzu xanım məşğul olub. Həmin şəxsində işə cəlb edilib, dindirilməsini xahiş edir. O, apteki alarkən aptekin vergi borcu olub, həmin borcu da o ödəyib. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir.
8. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borc onun dövründə yaranmış, təhvil-təslim aktlarını özü imzalamışdır. Borc təxminən 14 000 manat olmalıdır. O, borcları ödəmək istəmiş, buna dair bank qəbzləri də var. Lakin onun vergi borcları olduğundan həmin ödənişlərə vergi orqanı tərəfindən qadağa qoyulmuş və hesabında olan pul vergi borcuna hesablanmışdır. O, apteki satdığı dövrdə iddiaçı şirkətlə razılığa gəlmişdilər ki, borcu hissə-hissə hər ay 200 manat olmaqla ödəsin, onlar da razılaşmışdılar. Apteki satdıqdan sonra isə onlar Zirinc MMC-ni məhkəməyə vermişlər. Ona məhsulları versələr də, sonradan o apteki satanda iddiaçı tərəfə həmin malları təhvil almalarını təklif etsə də, razılaşmamışlar. Hazırda həmin məhsulların istifadə müddəti bitmişdir. Hazırkı mübahisə üzrə məsuliyyət onun üzərindədir. Rəşad bəy hazırkı direktor olaraq həmin borca görə məsuliyyət daşımır. Ona görə də borcun Rəşad bəydən deyil, ondan tutulmasını xahiş edir.
9. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında başqa məhkəmə iclasları olduğundan iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. 06.04.2024-cü il tarixli Eİ-5773 nömrəli, Eİ-5774 nömrəli, Eİ-5776 nömrəli, Eİ-5777 nömrəli, Eİ-5779 nömrəli, Eİ-5780 nömrəli, Eİ-5781 nömrəli, xx.xx.2024-cü il tarixli Eİ-5855 nömrəli, xx.xx.2024-cü il tarixli Eİ-5938 nömrəli, xx.xx.2024-cü il tarixli Eİ-6197 nömrəli, Eİ- 6176 nömrəli, Eİ-6174 nömrəli, xx.xx.2024-cü il tarixli Eİ-6747 nömrəli, Eİ-6728 nömrəli, xx.xx.2024-cü il tarixli Eİ-7115 nömrəli, xx.xx.2024-cü il tarixli Eİ-7203 nömrəli qaimələrdən göründüyü kimi ümumilikdə 14 536.94 manat məbləğində mal “Alıcı: ZİRİNC QAX MMC” aptek tərəfindən təhvil alınmış və nümayəndəsi tərəfindən imzalanmışdır.
16. xx.xx.2024-cü il tarixli EBEH 593828 nömrəli (1096.20 manat), 593827 nömrəli (672.19 manat), 593830 nömrəli (654.71 manat), 593826 nömrəli (646.36 manat), 593829 nömrəli (1371.84 manat), 593831 nömrəli (984.36 manat), 593832 nömrəli (952.39 manat), 593839 nömrəli (939.47 manat), 593837 nömrəli (992.18 manat), 593835 nömrəli (2374.65 manat), 593836 nömrəli (1144.32 manat), 593834 nömrəli (98.36 manat), 593840 nömrəli (478.82 manat), 593833 nömrəli (812.77 manat), 593842 nömrəli (611.01 manat), 593841 nömrəli (708.24 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ümumilikdə 14537.87 manat məbləğində məhsul verilmişdir.
17. İşdə olan notarial qaydada təsdiqlənmiş 10 mart 2025-ci il tarixli Təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, X2 (satıcı) Cavabdehndə olan nizamnamə kapitalındakı məbləği 10 manat 00 qəpik olan, nizamnamə kapitalındakı payı 1 pay, nizamnamə kapitalındakı faizi 100 % olan payını Nümayəndə (alıcı) mülkiyyətinə verir. Alıcı isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği 10.000 manatı satıcıya ödəyir.
Vİ. Məhkəmənin mövqeyi:
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
21. İşin müəyyən olunmuş halları və iş materialları ilə, həmçinin tərəflərin izahatları ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı MMC və Cavabdeh MMC arasında alqı-satqı münasibətlərinin olmasından, iddiaçı tərəfindən cavabdehə müvafiq malların satılmasından ibarətdir.
22. İşin mübahisələndirilən halına isə həmin alqı-satqı münasibətləri əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
23. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 14 536.94 manat məbləğində malın təhvil verildiyi (cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq təhvl alınmışdır), eyni zamanda həmin qaimələrə müvafiq olaraq elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə cavabdehə göndərilmişdir (ümumilikdə 14537.87 manat məbləğində malın verilməsi ilə bağlı). Düzdür elektron qaimə-fakturalar sadəcə öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir, lakin iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim qaimələri ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya tələb edilən məbləğdə borcunun yaranması öz təsdiqini tapır.
24. Eyni zamanda cavabdeh hüquqi şəxsin nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında verdikləri izahatlarında borcun mövcudluğunu qəbul etmiş, lakin borcun hüquqi şəxsin əvvəlki təsisçisinin, yəni hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 təsisçi olduğu dövrdə yarandığını bildirərək iddia tələbi üzrə borcun Cavabdehndən deyil, həmin hüquqi şəxsin əvvəlki təsisçisindən tutulmasını xahiş etmişlər.
25. İş materiallarına əlavə edilmiş 10 mart 2025-ci il tarixli Təsis payının alqı-satqısı müqaviləsindən göründüyü kimi X2 nizamnamə kapitalındakı payını Nümayəndə satmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin əsasını təşkil edən alqısatqı münasibətləri iddiaçı hüquqi şəxs İddiaçı MMC və cavabdeh hüquqi şəxs Cavabdeh MMC arasında yarandığından və hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşımadığından iddiaçı yaranmış borc məbləğini Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır.
26. Belə ki, Mülki Məcəllənin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
27. Bundan əlavə olaraq iddiaçı cavabdeh tərəfindən ödəniş tapşırıqlarının (xx.xx.2024-cü il tarixli 1 nömrəli, 2 nömrəli, xx.xx.2024-cü il tarixli 3 nömrəli ödəniş tapşırıqları) saxtalaşdırıldığı bildirmişdir ki, məhkəmə tərəfindən qeyd edilən halın aydınlaşdırılması üçün ilkin olaraq Xalq Bank ASC-yə sorğu ünvanlanmış, müvafiq məhkəmə qərarı təqdim edilmədiyindən qeyd edilən sorğu cavablanmadan məhkəməyə geri qaytarılmışdır. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qeyd edilən ödənişlər icra hissəsində təsdiqlənməmiş, vergi borcları olduğundan həmin ödənişlərə vergi orqanı tərəfindən qadağa qoyulmuş və hesabında olan pul vergi borcuna hesablanmış, iddiaçıya olan borcdan hər hansı ödəniş aparılmamış, tələb edilən borc mövcuddur.
28. Göründüyü kimi cavabdeh aldığı malların dəyərini ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 14537 manat əsas borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş təhvil-təslim qaimələri və elektron qaimələrlə öz təsdiqini tapır.
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
31. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
32. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
33. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinin əksini sübut edəcək və cavabdeh hüquqi şəxsin borcunun olmaması barədə hər hansısa dəlil təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Qeyd edilən səbəblərdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
34. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdehndən 14537 manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
35. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 133.61 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 133.61 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməli, artıq ödənilmiş 1.39 manat rüsum isə iddiaçıya aid edilməlidir.
36. Vəkil xidmətinə görə ödənilmiş 320 manat (müqaviləyə əsasən) pulun vəkilin məhkəmə iclasında iştirakı və fəallığı halları, təqdim etdiyi müqavilə və vəkil orderi nəzərə alınmaqla 300 manat hissəsi cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməlidir.
Vİİİ Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 14537 manat əsas borc, 300 manat hüquqi yardım üçün ödənilmiş pul və 133.61 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov