Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-935/2024 24.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 2016,71 manat əsas borc, 380 manat dəbbə pulu olmaqla, ümumilikdə 2396,71 manat pul vəsaitinin və 44 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 2016,71 manat əsas borc, 380 manat dəbbə pulu olmaqla, ümumilikdə 2396,71 manat pul vəsaitinin və 44 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 46219 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 2396,71 manat borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixli 46219 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimenttə alıcıya təhvil verəcək. Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alaraq malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir. 7.10-cu bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. 8.8-ci bəndinə əsasən, alıcı satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsilə həyata keçirir. 10.3-cü bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozan tərəfə 10 gün əvvəlcədən bildiriş verməklə digər tərəf bu müqaviləyə xitam verə bilər. Bu müqavilənin digər şərtlərinə xələl gətirmədən, tərəflərdən biri digər tərəfə 60 gün əvvəlcədən yazılı bildiriş verməklə müqaviləyə xitam verə bilər. 12.2-ci bəndinə əsasən, hər iki tərəf bu müqavilə ilə bağlı yaranan mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üçün səy göstərəcəklərini öhdələrinə götürürlər. Əgər tərəflər mübahisələrin həllində mübahisənin yarandığı gündən 30 gün ərzində qarşılıqlı razılıq əldə edə bilməzlərsə, belə mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəməsində öz yekun həllini tapmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə 2016,71 manat əsas borcu, 380 manat dəbbə pulu olmaqla, ümumilikdə 2396,71 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İş materiallarına əlavə edilmiş 20 ədəd, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri aralığına aid olan “Malların təhvil-qəbul aktı”na əsasən, müxtəlif tarixlərdə Cavabdeh məxsus obyektə ümumilikdə 3193,74 manat məbləğində malların təhvili həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrlə sübut olunur ki, xx.xx.2021-ci il tarixdə 1127,38 manat, xx.xx.2021-ci il tarixdə 1096,55 manat məbləğində olmaqla, ümumilikdə 2223,93 manat məbləğində məhsul təhvil verilmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il və xx.xx.2022-ci tarixləri aralığına aid olan elektron qaiməfakturaların siyahısından da görünür ki, cavabdehə müxtəlif məbləğlərdə məhsul təhvil verilmişdir. Həmçinin, təqdim edilən məlumatdan görünür ki, cavabdeh ən son xx.xx.2022ci il tarixində 1000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020ci il tarixdə 46219 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 2.1-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimenttə alıcıya təhvil verəcək. Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alaraq malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir. Həmçinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə 2016,71 manat əsas borcu, 380 manat dəbbə pulu olmaqla, ümumilikdə 2396,71 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Bundan əlavə 20 ədəd, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri aralığına aid olan “Malların təhvil-qəbul aktı”na əsasən, müxtəlif tarixlərdə Cavabdeh məxsus obyektə ümumilikdə 3193,74 manat məbləğində malların təhvili həyata keçirilmişdir. Eyni zamanda elektron qaimələrlə sübut olunur ki, xx.xx.2021-ci il tarixdə 1127,38 manat, xx.xx.2021-ci il tarixdə 1096,55 manat məbləğində olmaqla, ümumilikdə 2223,93 manat məbləğində məhsul təhvil verilmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il və xx.xx.2022-ci tarixləri aralığına aid olan elektron qaimə-fakturaların siyahısından da görünür ki, cavabdehə müxtəlif məbləğlərdə məhsul təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçının tələbinə uyğun olaraq ödənilməmiş 2016,71 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “380 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.10-cu bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 44 manat dövlət rüsumu ödənildiyindən və iddia əsas məbləğə nisbətən tam təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2016,71 manat borc, 50 manat cərimə borcu və 44 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov