Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-936/2024 08.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 5173.12 manat əsas borcun və ödənilmiş 202.46 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli AMX-2897/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanılmış və Cavabdeh Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yerləşən tabeçiliyindəki müxtəlif adda baxça, məktəb, təhsil şöbəsi və Cavabdeh özünün inzibati binaları müvafiq qaydada qazlaşdırılmaqla müvafiq qaz hesabları açılmışdır. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 37487.95 manat borcu yaranmışdır. Sonradan cavabdeh tərəfindən 32314,83 manat borc məbləğindən ödəniş edilmiş, qalıq borc 5173,12 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Cavabdeh tabeçiliyindəki müəssisələrdə uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının ümumilikdə 37487.95 manat həcmində olmuşdur. Borclunun qaz hesabında tələb olunan borc qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmişdir. X1 İdarəsiborcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, keçən müddət ərzində cavabdeh tərəf tələb olunan 37487.95 manat əsas borc məbləğinin 32314.83 manat hissəsini ödədiyindən qalıq borc məbləği 5173.12 manat təşkil edir və həmin hissədə iddia tələbi azaldılmalıdır. Odur ki, iddia tələbinin azaldılmasına dair ərizənin icraata götürülməsini, iddia tələbi azaldılmaqla Cavabdehndən 5173.12 manat əsas borc məbləğinin və dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, büdcə təşkilatı olduqlarından borcu vaxtında ödəyə bilməmişlər. 5173,12 manat borcları vardır. Tezliklə ödəməyi öhdələrinə götürürlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldoları, protokollar, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında borcu etiraf etdiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 37487.95 manat borcu yaranmışdır. Sonradan cavabdeh tərəfindən 32314,83 manat borc məbləğindən ödəniş edilmiş, qalıq borc 5173,12 manat təşkil etmişdir ki, hazırki vəziyyətdə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 5173,12 manat borcunun olmasını etiraf etdiyindən qeyd edilən borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının məhkəməyə iddia tələbi ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 202.46 manat təşkil etmişdir. Bundan sora iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmiş və borcun bir qismi cavabdeh tərəfindən ödənildiyindən qalıq borc olan 5173,72 manatın ödənilməsini tələb etmişdir. Dövlət rüsumu iddiaçının ilkin tələbinin qiymətinə uyğun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işin gedişatı iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonrakı müddət ərzində dəyişmişdir. Bu səbəbdən iddiaçı ilkin tələbi irəli sürən zaman 202.46 manat ödədiyindən və həmin məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən 202.46 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 5173,12 manat əsas borc, 202.46 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-936/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-936/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver