Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-94/2024 28.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “24 may 2023-cü il tarixli 07/02732 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 4048 manat dəymiş maddi ziyanın və 110 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07\02732 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət SR-2045 taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürmüş, sonuncu isə texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq 2 ay müddətinə texnikadan istifadəyə görə 4000 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli iltizamla müqavilə müddəti bitdikdən sonra texnikanı saz vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüş və xx.xx.2023-cü il tarixli aktla kombayn saz vəziyyətdə (şinlər 40 % olmaqla) cavabdehə təhvil verilmişdir. Biçin mövsümü başa çatdıqdan sonra texnikanın təhvil verilməsi zamanı nasazlıqlar və çatışmazlıqlar aşkar olunmuş və buna dair xx.xx.2023-cü il tarixli Qüsur aktı tərtib edilmiş, həmin aktı imzalamaqdan cavabdeh imtina etmişdir. xx.xx.2023-cü il tarixli aktla texnika geri alınmış və texnikanın nasaz olması müəyyən edilmişdir. Arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin 4048 manat (mühərrikin əsaslı təmiri ilə əlaqədar xərclər) olması müəyyən edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə tərtib edilmiş maliyyə arayışından da göründüyü kimi cavabdeh lizinq müqaviləsi üzrə istifadəyə götürdüyü texnikaya görə ödəməli olduğu 4000 manat ödənişdən 1000 manat pul ödəmiş, lakin qalıq 3000 manat pulu ödəməmişdir. Cavabdeh müqavilə ilə texnikadan istifadəyə görə 4000 manat pul ödəməyi, xx.xx.2023-cü il tarixli iltizamla müqavilə müddəti bitdikdən sonra texnikanı saz vəziyyətdə təhvil verməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000,00 manat öhdəlikdən 1000 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda lizinq alanın 2023cü il 24 may tarixli 07/02732 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 4048 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün cəmi 4048 manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 9/2232 nömrəli ekspert rəyinə əsasən Sampo Rosenlew SR-2045 markalı, 561372 şassi nömrəli taxılyığan kombaynın təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti 3055 manat, təmir-bərpa işlərinin qiyməti 550 manat olmaqla təxminən 3605 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bir ədəd konbayn lizinqə verilmiş, 4000 manat lizinq haqqından 1000 manat ödənilmiş, 3000 manat borcu qalmışdır. Kombayn saz vəziyyətdə təhvil verilmiş, lakin geri alınarkən mühərrikində nasazlıq olduğundan təmir xərci 4048 manat təşkil etmişdir. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Maliyyə arayışı, İltizamlar, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə tələbin lizinq müqaviləsi üzrə 3000 manat borcun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçının tələbi bu hissədə əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Belə ki, kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən iddiaçı cəmiyyət tərəfindən SR-2045 taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə Cavabdeh istifadəsinə verilmiş, sonuncu isə texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq 2 ay müddətinə texnikadan istifadəyə görə 4000 manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürsə də, təqdim edilmiş maliyyə arayışı, xx.xx.2023-cü il tarixli iltizamdan da göründüyü kimi 1000 manat ödəniş etmiş, qalan 3000 manat texnikadan istifadəyə görə pulu iddiaçıya ödəməmişdir ki, cavabdehin iddiaçıya 3000 manat borcu qalmışdır. Bu səbəbdən 3000 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa tələbin 4048 manat dəymiş ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb 3605 manat hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı texnikaya dəymiş ziyanın 4048 manat olduğunu və bunun ödənilməsini tələb etmişdir ki, bunda da haqlı deyildir. Texnika cavabdehin istifadəsinə verilərkən xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktdan da göründüyü kimi texnikanın texniki vəziyyəti şinlər 40 % olmaqla saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh isə 24.05.223-cü il tarixli iltizamla biçin mövsümü başa çatdıqdan sonra həmin texnikanı saz vəziyyətdə qaytaracağına dair vəd versə də, qüsur aktından və 07/02732 nömrəli aktdan da göründüyü kimi texnika nasaz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Göründüyü kimi cavabdeh SR-2045 markalı taxılyığan kombaynı lizinq müqaviləsinə əsasən istifadə üçün saz vəziyyətdə təhvil almış, saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, texnikaları nasaz vəziyyətdə saxlanca təhvil vermiş və bununla bağlı tərtib edilmiş aktlara imza etmişdir ki, hazırki vəziyyətdə lizinq predmetinə cavabdeh tərəfindən ziyan vurulması təsdiq olunur. Lakin məhkəmə araşdırması zamanı texnikanın saz vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcin məbləği ilə bağlı ekspert araşdırması aparılmış və təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/2232 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Sampo Rosenlew SR-2045 markalı, 561372 şassi nömrəli taxılyığan kombaynın təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti 3055 manat, təmir-bərpa işlərinin qiyməti 550 manat olmaqla təxminən 3605 manat müəyyən etmişdir ki, iddiaçı dəymiş ziyan kimi 4048 manat pul məbləği tələb etmiş və göründüyü kimi bunda da haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş 3605 manat həddində dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 3000 manat lizinq müqaviləsi üzrə borc, 3605 manat dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 100 manat xərc tərəflər arasında bərabər qaydada bölünməklə 50 manat iddiaçıdan, 50 manat cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 90,48 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 90,48 manat dövlət rüsumunun 5.69 manat hissəsi iddiaçıdan, 84.79 manat hissəsi isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 110 manat mediasiya xərci ödəmiş və həmin vəsaiti cavabdehdən tələb etmişdir ki, 110 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 110 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 84.79 manat dövlət büdcəsinə və iddiaçıdan 5.69 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 110 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 5.69 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci çıxılmaqla 54.31 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 5.69 manat və 50 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 84.79 manat dövlət rüsumuna və 50 manat ekspertiza xərcinə əlavə edilməklə cəmi 90.48 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24 may 2023-cü il tarixli 07/02732 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3000 manat borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 3605 manat dəymiş maddi ziyan və 54.31 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 90.48 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-94/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-94/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver