Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-944/2025 09.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 19 fevral 2024-cü il tarixli MAS-6197 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 yanvar 2025-ci il tarixə 250.46 manat əsas borc, 150.67 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 390.13 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı **xx*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1377.58 manat olmaqla, cəmi 2168.84 manat borc və ödənilmiş 41.69 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “cavabdehdən 19 fevral 2024-cü il tarixli MAS-6197 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 yanvar 2025-ci il tarixə 250.46 manat əsas borc, 150.67 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 390.13 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı **xx*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1377.58 manat olmaqla, cəmi 2168.84 manat borc və ödənilmiş 41.69 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 19 fevral 2024-cü il tarixli MAS-6197 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 40 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.81 manat, ümumilikdə isə 16312 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16312 manatın 12200 manatı əsas məbləğ təşkil edir. 08 mart 2024-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS- 6197 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 19 fevral 2024-cü tarixli MAS-6197 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 yanvar 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1377.58 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6197 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 yanvar 2025-ci il tarixə ümumilikdə 791.26 manat məbləğində gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 462.1-ci, 462.3-cü, 522.1-ci, 522.2-ci, 747.1-ci, 748-1.8-ci, 748-1.9-cu, 748-1.12-ci, 748-7.1-ci, 748-7.11-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 149 və 150-ci maddələri göstərilmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-864/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir
5. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-944/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasından sonra o, iddiaçı şirkətə müraciət etmişdir. Razılığa gəlmək üçün çalışsa da, razılıq əldə edə bilmədilər. Həmin maşın üçün o ancaq 1500 manat pul ödəyə bilər. Maşının bazar qiyməti həmin məbləğə bərabərdir. Şirkət əməkdaşları ona yeni qrafik açmağı təklif etsələr də, onlara cavab verə bilməmişdir. Çünki maaşını ayın sonu alır, həmin vaxt fikirləşib onlara zəng edəcəkdi. Maşını ona qaytarsalar işlədib borcunu ödəyə bilər. İddiaçı tərəf maşının təmir xərcini çox tələb edir. Cərimə borcunun silinməsini məhkəmədən xahiş edir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
V. Sübutların tədqiqi:
15. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi **xx*** qeydiyyat nişanlı, Khazar LX minik markalı, Sedan tipli, 2021-ci il buraxılışlı, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir.
16. İddiaçı MMC (Lizinq Verən) ilə X3 (Lizinq Alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6197 nömrəli X4 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən lizinq obyekti lizinq alan tərəfindən seçilib. 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 12200 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 40 ay müddətində illik 18% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. 2.4-cü bəndinə əsasən bu müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verənədn tələb edilə bilməz. 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 1% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
17. İşdə olan 19 fevral 2024-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi “Khazar LX” markalı, **xx*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən X2 təhvil verilmişdir.
18. İddiaçı MMC (şirkət), X3 (öhdəlikləri ötürən) və Cavabdeh (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6197 nömrəli Öhdəliklərin ötürülməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən, xx.xx.2024-cü il tarixli MAS-6197 nömrəli Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikəri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.
19. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından göründüyü kimi İddiaçı MMC-nin mülkiyyətində olan və X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan “Khazar LX” markalı, **xx*** dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən Cavabdeh təhvil verilmişdir.
20. 16.02.2025-ci il tarixdə tərtib edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan göründüyü kimi İddiaçı MMC-nin nümayəndəsi tərəfindən “Khazar LX” markalı, **xx*** dövlət qeydiyyat nişanlı avtomobil X5 təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsi duracağa evakuatorla gətirilmiş və “arxa, qabaq bufer sınıq, maşının açarı yoxdur. 2 ədəd. nömrələri yoxdur” qeydləri akta əlavə edilmişdir.
21. İddiaçı Avto Servis MMC tərəfindən tərtib edilmiş qüsur aktından göründüyü kimi servis mərkəzində ilkin texniki baxış zamanı avtomobilin ehtiyat hissələrində (ön bufer, arxa oturacaq aşağı hissə, podqolovnik, dummanı (sağ, sol), 2 ədəd sol oturacağı idarə edən mexanizmin qolu, 2 ədəd qapı kalonka setka, 4 ədəd şam, orta bar, sol təhlükəsizlik kəməri, malyar material xərci) ümumilikdə 1377.58 manat məbləğində qüsur müəyyən edilmişdir.
22. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 689 nömrəli arayışdan göründüyü kimi cavabdehin xx.xx.2025-ci il tarixə 250.46 manat əsas borcu, 150.67 manat mükafat borcu, 390.13 mant cərimə borcu mövcuddur.
Vİ. Məhkəmənin mövqeyi:
23. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
24. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
25. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
26. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən cavabdeh tərəfin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları İddiaçı MMC (Lizinq Verən) ilə X3 (Lizinq Alan) arasında xx.xx.2024-cü il tarixli MAS-6197 nömrəli X4 və İddiaçı MMC (şirkət), X3 (öhdəlikləri ötürən) və Cavabdeh (öhdəlikləri qəbul edən) arasında xx.xx.2024cü il tarixli, MAS-6197 nömrəli Öhdəliklərin ötürülməsi müqaviləsinin bağlanmasından, həmin avtomobilin cavabdehə təhvil verilməsindən, son olaraq iddiaçıya geri qaytarılmasından ibarətdir.
27. İşin mübahisələndirilən halı isə cavabdehin iddiaçıya müqavilə üzrə olan və avtomobilin təmir-bərpası üçün borcunun nə qədər məbləğ təşkil etməsidir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
28. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan, eyni zamanda cavabdehin izahatından da göründüyü kimi iddiaçı tərəfindən X2 müvəqqəti sahiblik və istifadə üçün yuxarıda adı qeyd edilən avtomobil 40 ay müddətinə lizinqə verilmiş, bundan sonra İddiaçı MMC, X3 və Cavabdeh arasında müqavilə bağlanaraq X3 tərəfindən lizinq müqaviləsi üzrə bütün öhdəlikləri cavabdehə ötürülmüş, nəqliyyat vasitəsi cavabdehə təhvil verilmiş və cavabdeh ödəniş qrafikinə uyğun olaraq lizinq ödənişlərini ödəməyi öz üzərinə götürmüşdür. Lakin sonradan cavabdeh tərəfindən ödənişlərdə gecikmələr olmuş, iddiaçı tərəfindən avtomobil geri qaytarılmış və müəyyən qüsurlar aşkar edilmişdir. Cavabdeh məhkəmə baxış iclasında verdiyi izahatında iddiaçı tərəfindən maşının təmiri üçün çox pul tələb edildiyini, iddiaçıya 1500 manat ödəniş edə biləcəyini bildirərək məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir.
29. Cavabdeh tərəf qeyd edilən borcun məbləğinin daha az olması ilə bağlı hər hansı bir arqument irəli sürməmiş, bir sübutun əldə edilməsi və ya ekspertiza təyin edilməsi ilə bağlı məhkəmə qarşısında vəsatətlə çıxış etməmişdir. Məhkəməyə təqdim edilən sübutların əsassızlığı və ya tələb edilən məbləğin daha az məbləğ təşkil etməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı bir uyğunsuzluq aşkar edilmədiyindən məhkəmə işin yekunlaşdırılması qənaətinə gəlmişdir.
30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 250.46 manat əsas borc, 150.67 manat gecikdirilmiş mükafat (lizinq müqaviləsinin 1.3-cü bəndinə əsasən), həmin günə hesablanmış 12.5 manat (əsas borcun 5%-i həddində) dəbbə pulu və avtomobilin təmir-bərpası üçün tələb edilən 1377.58 manat pul olmaqla, cəmi 1791.21 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
32. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
33. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
34. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
35. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf məhkəməyə qeyd edilən halların əksini sübut edən dəlillər təqdim etməmiş, belə ki, avtomobilin təmir xərclərinin daha az olduğunu iddia etsə də, bununla bağlı heç bir dəlil təqdim etməmiş, öz sübutetmə vəzifəsini icra etməmişdir.
36. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, cavabdehdən 250.46 manat əsas borc, 150.67 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 12.5 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı **xx*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1377.58 manat pul olmaqla, cəmi 1791.21 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
37. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 41.69 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş, bu səbəbdən və iddia qismən təmin edildiyindən 34.43 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, digər hissəsi isə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 250.46 manat əsas borc, 150.67 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 12.5 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı **xx*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1377.58 manat pul olmaqla, cəmi 1791.21 manat pul və 34.43 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov