Məhkəmə qərarları › İş №e-2-2(117)-95/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-95/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-95/2025 01.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı “pul və lizinq predmenti təşkil edən əmlakın qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 24 avqust 2022-ci il tarixli, ML/4142 nömrəli X3 üzrə əsas borcun məbləği 6550,82 manat, lizinq üzrə faiz borcunun məbləği 2.174,28 manat, lizinq üzrə hesablanmış cərimə məbləği 88 manat olmaqla, cəmi 8813,10 manat, iddiaçı tərəfindən ödənilmiş 109 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, lizinq predmetini təşkil edən “KiaOptima” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqi) lə cavabdeh - Cavabdeh arasında 24 avqust 2022-ci il tarixli, ML/4142 nömrəli X3 bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 1 (bir) ədəd 2013-cü il buraxılışı olan “KİA Optima” minik markalı, 5XXGR4A65DG190655 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 (iyirmi üç) % dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə lizinqə verilmişdir. Cavabdeh uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh 24 avqust 2022-ci il tarixli, ML/4142 nömrəli X1 lizinq borcu - lizinq üzrə əsas borcun məbləği 6.550,82 (altmış min beş yüz əlli manat səksən iki qəpik) manat, lizinq üzrə faiz borcunun məbləği 2.174,28 (iki min yüz yetmiş dörd manat iyirmi səkkiz qəpik) manat, lizinq üzrə hesablanmış cərimə məbləği 88 (səksən səkkiz manat) manat olmaqla, cəmi 8813,10 (səkkiz min səkkiz yüz on üç manat on qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq bölməsi vasitəsilə pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

5. Məhkəmə qeyd edir ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin əvvəlcə adı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti olmuş, daha sonra dəyişdirilərək İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə əvəzlənmişdir. Bu əvəzlənmə İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış və bunula bağlı xx.xx.2024-cü ildə müvafiq çıxarış verilmişdir.

6. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (iddiaçının əvvəlki adı) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ML/4142 nömrəli "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə məxsus minik avtomobilinin lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2013-cü il buraxılışlı KİA Optima minik markalı, 5XXGR4A65DG190655 ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektinin bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 3.1.4-cü bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3 faiz həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 4.1-ci bəndinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz tərkib hissəsinin təşkil edən bütün ləvazimat və sənədlərin satıcı tərəfindən lizinq verənə və lizinq alana təhvil-təslimi alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi təhvil təslim aktı ilə müəyyənləşir. 7.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. Təyinatına uyğun olaraq lizinq obyektinə sahiblik və istifadə hüququnu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alana məxsusdur. 13.1-ci bəndinə əsasən maliyyə lizinqinin müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün lizinq alan maliyyə lizinqi müddətinin bitməsinə azı bir ay qalmış və ya öhdəliyi tam icra etdikdən sonra lizinq verənə lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olmasını yazılı qaydada təsdiq etməlidir. Yuxarıda göstərilmiş şərtlərin yerinə yetirilməsi şərti ilə lizinq verən əlavə ödəniş olmadan müqavilənin icra olunması haqqında akt imzalamaqla lizinq alana lizinq obyektinə mülkiyyət hüququnu verməyi öhdəsinə götürür.

7. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ML/4142 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikinə əsasən lizinq alan xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 874, 63 manat olmaqla ümumilkdə 20991,22 manat məbləğində pul ödəməlidir.

8. xx.xx.2022-ci il tarixli, ML/4142 nömrəli lizinq müqaviləsi ürzə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında görünür ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən lizinq müqaviləsinin predmentinin təşkil edən 2013-cü il buraxılışlı KİA Optima minik markalı, 5XXGR4A65DG190655 ban nömrəli, **-PV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.

9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2013-cü il buraxılışlı KİA Optima minik markalı, 5XXGR4A65DG190655 ban nömrəli, **-PV-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin mülkiyyətindədir.

10. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin 1554/24 nömrəli xx.xx.2024- cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə 24 avqust 2022-ci il tarixli, ML/4142 nömrəli X3 üzrə 6550,82 manat əsas borcu, 2174,28 manat faiz borcu və 88 manat cərimə borcu olmaqla, cəmi 8813,10 manat borcu vardır.

11. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən göndərilmiş 444/24 nömrəli xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq predmentinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər X3ndə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

V. Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (iddiaçının əvvəlki adı) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ML/4142 nömrəli "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə məxsus minik avtomobilinin lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan avtomobil cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas və faiz borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən 24 avqust 2022-ci il tarixli, ML/4142 nömrəli X3 üzrə 6550,82 manat əsas borcu, 2174,28 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 3.1.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0,3 faiz həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə borcu ağlabatan məbləğdə olduğundan iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilməli və 88 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Bundan başqa məhkəmə iddia tələbinin “lizinq predmetini təşkil edən “Kia Optima” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ML/4142 nömrəli X3nin 13.1-ci bəndinə əsasən maliyyə lizinqinin müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər və həmin lizinq predmentinin lizinq alanın mülkiyyətinə qeyd olunan şərtlər altında verilməsi öhdəliyini lizinq verən öz üzərinə götürmüşdür. Lakin iş materiallarında olan sənədlərdən də göründüyü kimi, lizinq alan yəni cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə lizinq verənə ödənilməmiş borcu qalmışdır. Lizinq alan müqavilənin şərtlərini pozduğundan lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaqda və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan lizinq predmeti 2013-cü il buraxılışlı, “Kia Optima” minik markalı, 5XXGR4A65DG190655 ban nömrəli, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq iddiaçı "X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır.

19. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia tələbinin qiymətləndirilən hissəsinə uyğun olaraq ödənilmiş 109 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia tələbinin qiymətləndirilməyən hissəsinə uyğun olaraq ödənilməmiş 100 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

20. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 24 avqust 2022-ci il tarixli, ML/4142 nömrəli X3 üzrə 6550,82 manat əsas borc, 2174,28 manat faiz borcu, 88 manat cərimə borcu olmaqla, cəmi 8813,10 manat pul və ödənilmiş 109 manat dövlət rüsumu tutularaq iddiaçı "X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Lizinq predmetini təşkil edən 2013-cü il buraxılışlı, “Kia Optima” minik markalı, 5XXGR4A65DG190655 ban nömrəli, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq iddiaçı "X4 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar