Məhkəmə qərarları › İş №e-2-2(117)-952/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-952/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-952/2024 05.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2023-cü il tarixli GL1193 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Frez mala marka köylü seriya N1205833 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 212.63 manat gecikdirilmiş əsas borcu, 8.89 manat gecikdirilmiş borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən- X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2023-cü il tarixli GL1193 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Frez mala marka köylü seriya N1205833 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 212.63 manat gecikdirilmiş əsas borcu, 8.89 manat gecikdirilmiş borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən-X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Hazırki iş üzrə cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2 göstərilsə də, elektron imzalanmış iddia ərizəsinin məzmunundan və cavabdehə qarşı yönəlməli olan tələbdən görünür ki, tələb başqa cavabdehə X2 qarşı yönəlmişdir. Bu isə mülki prosessual qanunvericliyin iddia ərizəsinin formasına və məzmununa dair tələbləriə uyğun deyildir. Bundan başqa iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı təqdim edilmiş sənədə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin borcun ödənilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq 30 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsinə 73,04 manat dövlət rüsumunun ödənilməsinə dair Kapital Bank ASC-yə ödənilmiş qəbz təqdim edilmişdir. Həmin qəbzin yoxlanılması zamanı həmin məbləğdə dövlət rüsumunun Şəki Kommersiya Məhkəməsinə ödənilməsi ilə bağlı hər hansısa sübut müəyyən olunmamışdır. Eyni zamanda ödəniş qəbzinin “ödənişin təyinatı və əsas” bölməsindən göründüyü kimi həmin bölmədə “məhkəmələr” qeyd olunmuşdur. Göründüyü kimi iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumuu ödənilməli olduğu halda iddiaçı hazırki işə aid olmayan 73,04 manat dövlət rüsumunun ödəniş qəbzindən istifadə etmişdir. İddiaçı elektron imzalanmış iddia ərizəsinin sonunda “bu ödəniş rüsumdan azaddır – itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizələr üzrə” bölməsini seçərək dövlət rüsumu ödəmədən və yoxlanılması mümkün olmayan qəbzi məhkəməyə təqdim etməklə məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. İddiaçının təqdim etdiyi qəbzin yoxlanılması mümkün olmadığından iddiaçı həmin qəbzdən dəfələrlə istifadə etmək imkanı əldə etmiş olur. Halbu ki, iddia ərizəsinin elektron qaydada imzalanmasından öncə Elektron Məhkəmə informasıya sistemi vasitəsi ilə müraciət olunacaq məhkəmənin hesabına ödəniş etmək mümkündür ki, iş yekunlaşdıqdan sonra istifadə olunmuş dövlət rüsumu qəbzindən təkrar istifadə etmək mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə təqdim edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz kimi qəbul etmir və iddiaçının diqqətinə çatdırılmasını zəruri hesab edir ki, yenidən məhkəməyə müraciət edilərsə, “Asan Pay” və ya Hökümət ödəniş portallarından istifadə edilməklə dövlət rüsumunun hazırki məhkəməyə ödənilməsinə dair qəbzi elektron imzalanmış iddia ərizəsində qeyd etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin iddia ərizəsinin formasına və məzmununa dair tələblərinə riayət edilmədiyindən, habelə iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə qeyd edilən hallara diqqət yetirilməsi zəruridir. Əks halda yenidən eyni qaydada qeyd edilmiş halları aradan qaldırmadan məhkəməyə müraciət edilməsi məhkəmənin vaxtının əsassız alınmasına gətirib çıxaracaq ki, bu da qanunla yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “xx.xx.2023-cü il tarixli GL1193 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən lizinq predmeti olan 1 ədəd Frez mala marka köylü seriya N1205833 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 212.63 manat gecikdirilmiş əsas borcu, 8.89 manat gecikdirilmiş borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən- X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar