Məhkəmə qərarları › İş №e-2-2(117)-955/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-955/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-955/2024 29.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 5859.92 manat əsas borc, 1171.98 manat dəbbə pulu və 91 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən 5859.92 manat əsas borc, 1171.98 manat dəbbə pulu və 91 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli 4435/23M nömrəli müqavilə imzalanmış və həmin müqavilə əsasında cavabdehə 45818.12 manat dəyərində mallar satılmışdır. İddiaçı üzrəinə düşən öhdəliyini tam yerinə yetirmiş lakin cavabdeh tərəf öhdəliklərini yerinə yetirməmiş bu səbəbdən də ödənilməmiş 5859.92 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, hazırki vaxtadək borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli 4435/23M nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı alıcıya bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənildikdən sonra malı qəbul etmək alıcının vəzifəsidir. 4.2-ci bəndinə əsasən çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlvə №1-də göstərilir. 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100% əvvəlcədən avans şəklində manatla həyata keçirilir. 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında cərimə ödəməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanır. İş materialları kimi məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2024cü il tarixli elektron qaimə-fakturalardan görünür ki, 44554.37 manat və 1263.78 manat olmaqla ümumilikdə 45818.15 manat dəyərində mal satılmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Şveller 6.5, Polad künclük 50x50x4.0 və Polad künclük 40x40x4.0 adlı məhsullar 45818.15 manat dəyərində müəyyən olunmaqla cavabdeh tərəfindən təhvil alınmış və imza ilə təsdiq edilmişdir. Məhkəməyə təqdim olunmuş bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəf müvafiq olaraq xx.xx.2023-cü il tarixdə 16777.94 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 3950 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1630 manat, xx.xx.2023-cü il tarixdə isə 5000 manat ödənişlər etmişdir. Əlavə olaraq Vergilər Nazirliyinin elektron sistemindən ödənişlərə dair çıxarışdan da görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 810 manat, 720 manat. 290 manat, 900 manat, 360.43 manat və 3019.86 manat ödənişlər etmişdir. Cavabdeh tərəf üzrəinə düşən öhdəlikləri tam yerinı yetirməmiş və nəticədə onun ödənilməmiş 5859.92 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, təhvil-təslim aktları, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixli 4435/23M nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı alıcıya bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənildikdən sonra malı qəbul etmək alıcının vəzifəsidir. 4.2-ci bəndinə əsasən çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlvə №1-də göstərilir. 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100% əvvəlcədən avans şəklində manatla həyata keçirilir. 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında cərimə ödəməlidir. 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturalarla 44554.37 manat və 1263.78 manat olmaqla ümumilikdə 45818.15 manat dəyərində mal satılmış, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları ilə Şveller 6.5, Polad künclük 50x50x4.0 və Polad künclük 40x40x4.0 adlı məhsullar 45818.15 manat dəyərində müəyyən olunmaqla cavabdeh tərəfindən təhvil alınmış və imza ilə təsdiq edilmişdir. Həmçinin bank hesabından çıxarışı ilə cavabdeh tərəf müvafiq olaraq xx.xx.2023-cü il tarixdə 16777.94 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 3950 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1630 manat, xx.xx.2023-cü il tarixdə isə 5000 manat ödənişlər etmişdir. Həmçinin Vergilər Nazirliyinin elektron sistemindən çıxarışdan da görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 810 manat, 720 manat. 290 manat, 900 manat, 360.43 manat və 3019.86 manat ödənişlər etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə yaranmış 5859.92 manat borc cavabdehdən tutulmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş bank hesabından çıxarışdan görə bilərik ki, cavabdeh müxtəlif tarixlərdə iddiaçıya aldığı mallara görə (16777.94 + 4500 + 3950 + 2000 + 1630 + 5000 = 33857.94) 33857.94 manat ödəniş etmişdir.Həmçinin Vergilər Xidmətinin elektron ödəniş sistemindən çıxarışa nəzər yetirsək görə bilərik ki, cavabdeh müxtəlif tarixlərdə (810 + 720 + 290 + 900 + 360.43 + 3019.86 = 6100.29) aldığı məhsulların dəyəri olaraq 6100.29 manat ödəniş etmişdir. Cavabdehin ümumilikdə ödədiyi məbləği ümumiləşdirsək görə bilərik ki, Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə malların dəyəri olaraq 39958.23 manat ödəniş etmiş və onun təhvil verilmiş mallar üzrə ödənilməmiş (33857.94 + 6100.29 = 39958.23) (45818.12 - 39958.23 = 5859.92) 5859.92 manat borcu qalmışdır. İddia tələbinin “1171.98 manat məbləğində cərimə borcunun tutulması”-na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında cərimə ödəməlidir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 58.60 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 91 manat dövlət rüsumu ödənildiyindən və iddia qismən təmin edildiyi üçün cavabdehdən iddiaçının xeyrinə 76,60 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, dövlət rüsumunun 14,40 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 5859.92 manat borc, 58.60 manat cərimə borcu və 76,60 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar