Məhkəmə qərarları › İş №e-2-2(117)-96/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-96/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-96/2024 22.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğıunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 25870,7 manat əsas borcun və 200 manat rüsum xərcinin Azəriqaz İB-nin xeyrinə ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Qax rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə AMX-2383/23 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 25870,7 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Tərəflərin iştirakı ilə tərtib edilmiş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixə 25870,7 manat ödənilməmiş borcu mövcuddur. Həmçinin abonentin saldosuna əsasən cavabdeh müəyyən ödənişlər etdikdən sonra onun hazırda tələb olunan məbləğdə borcunun olması öz təsdiqini tapır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən və Rüfət oğlunun istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00010 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixli AMX-2383/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00010 saylı saylı qaz hesabında 35661 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc qeyri yaşayış sahəsində istismarda olan G-250 markalı 903260 nömrəli sayğacın 355331 m mexaniki və 357869 m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan 35661 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Bundan əlavə tərəflər arasında xx.xx.2023-cü il tarixdə imzalanmış debitor borcun ödənilməsi haqqında Razılaşma protokoluna əsasən Cavabdeh tələb olunan borcun üç ay müddətində ödənilməsi ilə bağlı əlavə öhdəlik götürsə də yenə də borc ödənilməmişdir. Cavabdeh borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılamsı barədə ərizə ilə məhkməyə müraciət edərək bildirmişdir ki, keçən müddət ərzində cavabdeh tərəf qismən ödəniş etdiyindən hazırda onun iddia tələbi üzrə qalıq borc məbləği 25870.70 manat təşkil etmişdir. Sözügedən borc məbləği abonent saldosunda və tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə də təsdiq olunur. Ona görə də həmin hissədə iddia tələbi azaldılmalıdır. Odur ki, iddia tələbinin azaldılmasına dair ərizənin icraata götürülməsini, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 25870.70 manat borcun, 200 manat ödənilmiş rüsum xərclərinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, üzləşmə aktı, razılaşdırma protokolu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi tərəflər arasında Qax rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə AMX- 2383/23 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 25870,7 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Tərəflərin iştirakı ilə tərtib edilmiş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixə 25870,7 manat ödənilməmiş borcu mövcuddur. Həmçinin abonentin saldosuna əsasən cavabdeh müəyyən ödənişlər etdikdən sonra onun hazırda tələb olunan məbləğdə borcunun olması öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə 25870,7 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq (25870,7 manat) ödənilməli dövlət rüsumu 167,61 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 167,61 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödəilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı ödədiyi mediasiya xərcini cavabdehdən tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 25870,7 manat borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı İB-yə ödənilsin. Ödənilməmiş 167,61 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar