Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-967/2024 09.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 1495.50 manat əsas borcun, 34.96 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, AMX-4754/21 nömrəli müqavilə bağlanmış və cavabdeh Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyinin ödəyicisi olduğu Qax rayon H.X1 binası müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00048 nömrəli abonent kodu verilmişdir. Tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akt tərtib edilən tarixə qalıq borc 1682,36 manat təşkil etmişdir. Abonentin saldosundan və iddiaçının tələbindən görünür ki, cavabdeh üzləşmə aktında nəzərdə tutulan borcun müvafiq hissəsini ödəmiş və hazırki tarixdə 1495,50 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 1495,50 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Cavabdehin 1495,50 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 1495,50 manat əsas borcun, 34,96 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən və Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyinin ödəyicisi olduğu Qax rayon H.X1 binası müvafiq qaydada qazlaşdırılmaqla **********00048 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyi arasında sonuncu dəfə xx.xx.2021-ci il tarixli AMX-4754/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyinin istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00048 saylı saylı qaz hesabında 1495,50 manat həcmində olmuşdur. Belə ki, **********00048 saylı saylı qaz hesabı üzrə göstərilən borc Elster G-40 markalı 75160902 nömrəli sayğacın 18627 m mexaniki və 22577 m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında tələb olunan borc xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyinə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə ünvanı üzrə (Hacıyeva Bahar) təqdim edilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, üzləşmə aktı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, AMX-4754/21 nömrəli müqavilə üzrə cavabdeh Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyinin ödəyicisi olduğu Qax rayon H.X1 binası müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00048 nömrəli abonent kodu verilmişdir. Tərəflər arasında onların imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və həmin akt tərtib edilən tarixə qalıq borc 1682,36 manat təşkil etmişdir. Abonentin saldosundan və iddiaçının tələbindən görünür ki, cavabdeh üzləşmə aktında nəzərdə tutulan borcun müvafiq hissəsini ödəmiş və hazırki tarixdə 1495,50 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 1495,50 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Cavabdehin 1495,50 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə 1495,50 manat borc cavabdehdən tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 34,96 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 34,96 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 0,40 qəpik bank xidmət haqqının tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğ məhkəmə xərclərinə aid deyildir və hazırki vəziyyətdə cavabdehdən məhkəmə xərci olaraq 34,96 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər İƏD üzrə Nümayəndəliyindən təbii qazdan istifadəyə görə yaranmış 1495.50 manat borc və 34.96 dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-967/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-967/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver