Məhkəmə qərarları › İş №e-2-2(117)-97/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-97/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-97/2024 11.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh X3 qarşı “İddiaçı1 MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-nin direktrou X2 şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ünvan 1 ünvanında quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın, ödənilmiş mediasiya xərcinin tutulub onlara verilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı1 MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-nin direktrou X2 şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ünvan 1 ünvanında quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın, ödənilmiş mediasiya xərcinin tutulub onlara verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən qanunverciliyin iddia ərizəsi və əlavə sənədlərin çatdırılması ilə bağlı tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdehə təqdim edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcud olmasa belə, VÖEN-i mövcuddur. İddiaçı iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırmalı olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4 kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin və ona əlavə sənədlərin cavabdehə çatdırılması ilə bağlı qanunverciliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Sonda məhkəmə, iş materiallarına əsasən onuda qeyd etməyi zəruri hesab edir ki, müqavilə İddiaçı1 MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış və hüquq münasibətləri həmin hüquqi şəxslər arasında yaranmışdır. Hazırki iddia ərizəsində isə iddiaçı qismində həm “İddiaçı1 MMC-nin özü, həm də onun rəhbəri qeyd olunmuş, iddia tələbi isə müqavilə tərəfi olan hüquqi şəxs "xxxx" MMC-yə qarşı deyil sonuncunun rəhbərinə qarşı yönəlmişdir. Bundan başqa iddiaçıların tələbi “şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ünvan 1 ünvanında quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın, ödənilmiş mediasiya xərcinin tutulub onlara verilməsi”ndən ibarətdir. İki iddiaçı olduğu halda hansı iddiaçıya hansı məbləğdə pulun alınıb verilməsi dəqiq deyildir ki, bu da ərizənin formasına və məzmununa dair tələblərə uyğun deyildir. Bundan başqa Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Hazırki iddia ərizəsinin məzmununda qeyd olunan məlumatların bir qismi gstərilsə də elektron imzalanmış iddia ərizəsinin tərəflərə aid məlumatar bölməsində qeyd olunan məlumatlar göstərilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə riayət etməklə ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 MMC-nin cavabdeh X3 qarşı “İddiaçı1 MMC ilə cavabdeh "xxxx" MMC arasında 17 aprel 2023-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-nin direktrou X2 şüşə balkon işləri üçün ödənilmiş 30000 manat pulun, ünvan 1 ünvanında quraşdırılmış qüsurlu şüşə balkonun sökülərək çıxarılması üçün tələb olunan 500 manatın, ödənilmiş mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar