Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-98/2024 11.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli, GL 172 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə əsasən 3040,6 manat əsas borc, 943,85 cərimə borcu və 60 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli, GL 172 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə əsasən 3040,6 manat əsas borc, 943,85 cərimə borcu və 60 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Hazırki iş üzrə iddiaçının nümayəndəsinin iddiaçını təmsil etmək və iddia ərizəsinin imzalanması səlahiyyətlərini göstərən etibarnamə iş materiallarına əlavə edilsə də, iddia ərizəsini imzalayan nümayəndənin (Nümayəndə) iddiaçının əsas iş yeri üzrə işçisi olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi qismində işdə iştiraka cəlb olunmuş Nümayəndə 2 iş yeri – İddiaçı ASC və "xxxx" MMC mövcuddur. Həmin iş yerlərindən hansının əsas və əlavə iş yeri olmasını isə müəyyən etmək mümkün deyildir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir, hüquqi şəxsin əsas iş yeri üzrə əməkdaşı olmayan işçisinin hüquqi şəxsin adından iddia ərizəsini imzalaması iddianın səlahiyyətsiz şəxs tərəfindən irəli sürülməsi anlamına gəlir. Bu səbəbdən də iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli, GL 172 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X1 Müqaviləsinə əsasən 3040,6 manat əsas borc, 943,85 cərimə borcu və 60 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-98/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-98/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver