Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-985/2024 19.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “115,86 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alğı-satqısına dair xx.xx.2021-ci il tarixli, 160 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən 1 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 114,60 manat məbləğində şum, 68,00 manat məbləğində mala, 28,00 manat məbləğində çiyid səpini, 24,00 manat məbləğində kultivasiya, 85,00 manat məbləğində gübrə kultivasiya, 24.00 manat məbləğində boroza, 58,50 manat məbləğində dərman səpini, 225,00 manat məbləğində pambığın yığımına görə ödənilən vəsait, 345,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1297,00 manat məbləğində gübrə və dərman, 256,00 manat məbləğində toxumluq çiyid, ümumilikdə 2525,10 manat manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Bu hal iş və xidmətlərin görülməsi barədə akt, təhvil-qəbul aktları və aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarla təsdiq edilir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 1986,24 manat məbləğində 2491,69 kq xam-pambıq təhvil vermiş, iş və xidmətlərin yerinə yetirilməsi aktı ilə 538.86 manat borc qaldığı göstərilsə də, sonradan cavabdeh tərəfindən 423 manat nağd ödəmə nəzərə alındıqda çəkilmiş xərclərdən hazırkı dövrə kimi 115,86 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 115,86 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə şəxsən təqdim edilmiş, buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, İş və xidmətlərin yerinə yetirilməsi aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alğı-satqısına dair xx.xx.2021-ci il tarixli, 160 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Zərdab rayonunun Şahhüseynli kəndində yerləşən 1 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 114,60 manat məbləğində şum, 68,00 manat məbləğində mala, 28,00 manat məbləğində çiyid səpini, 24,00 manat məbləğində kultivasiya, 85,00 manat məbləğində gübrə kultivasiya, 24.00 manat məbləğində boroza, 58,50 manat məbləğində dərman səpini, 225,00 manat məbləğində pambığın yığımına görə ödənilən vəsait, 345,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1297,00 manat məbləğində gübrə və dərman, 256,00 manat məbləğində toxumluq çiyid, ümumilikdə 2525,10 manat manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Bu hal iş və xidmətlərin görülməsi barədə akt, təhvil-qəbul aktları və aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarla təsdiq edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqdim edilmiş xx.xx.2021-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktda 1-ci şumun 1.5 hektarının qiyməti 40 manat göstərilsə də, iddiaçı üzləşmə aktında 1-ci şum üçün qeyd edilmiş 38 manat qiyməti əsas götürüb cavabdehə borc hesablamışdır ki, adi qaydada hesablama apardıqda 1.5 ha * 38 (1-ci şum) + 1.60 ha * 36 (2-ci şum) = 114.60 manat edir. İddiaçı da ərizəsində 114.60 manat şum yerinə yetirildiyini iddia edir ki, göründüyü kimi bunda da haqlıdır. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitini və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçı almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 1986,24 manat məbləğində 2491,69 kq xam-pambıq təhvil vermiş, iş və xidmətlərin yerinə yetirilməsi aktı ilə 538.86 manat borc qaldığı göstərilsə də, sonradan cavabdeh tərəfindən 423 manat ödəniş edildiyindən çəkilmiş xərclərdən hazırkı dövrə kimi 115,86 manat (538.86 – 423 = 115,86) məbləğində borcu qalmışdır. Bu səbəbdən də 115,86 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (115,86 manat) ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir ki, iddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 115,86 manat borc, 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-985/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-985/2024
19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver