Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-992/2023 17.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin X2 qarşı “3084 manat borcun və ödənilmiş 60 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : İddiaçı MMC ilə X3 arasında avtomobil ehtiyyat hissələri və yağların nisyə alqıatqısına dair şifahi müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə nisyə olaraq 3084 manat dəyərində avtomobil ehtiyyat hissələri və yağları təhvil verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixdə cavabdehlə “borcun etirafı, ödəniş qaydaları haqqında və son haqq-hesaba dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu kreditora xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən müqavilə bağlandığı günə, yəni xx.xx.2021-ci il tarixə iddiaçıya 3084 manat borcu olduğunu etiraf etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə uyğun olaraq cavabdeh hər ayı 1542 manat olmaqla 3084 manat borcu xx.xx.2021-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Borclu tərəfindən ardıcıl 2 ay üçün ödəniş edilmədiyi təqdirdə kreditor məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, 3084 manat məbləğində ehtiyyat hissələri cavabdehə təhvil verilmiş və cavabdeh bu halı etiraf etmişdir. Buna baxmayaraq sonuncu müqavilə üzrə nisyə olaraq satılmış malların dəyərini ödəməmiş və nəticədə ödənilməmiş 3084 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə ünvanı üzrə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC ilə X3 arasında avtomobil ehtiyyat hissələri və yağların nisyə alqı-atqısına dair şifahi müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə nisyə olaraq 3084 manat dəyərində avtomobil ehtiyyat hissələri və yağları təhvil verilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixdə cavabdehlə “borcun etirafı, ödəniş qaydaları haqqında və son haqq-hesaba dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu kreditora xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən müqavilə bağlandığı günə, yəni xx.xx.2021-ci il tarixə iddiaçıya 3084 manat borcu olduğunu etiraf etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə uyğun olaraq cavabdeh hər ayı 1542 manat olmaqla 3084 manat borcu xx.xx.2021-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Borclu tərəfindən ardıcıl 2 ay üçün ödəniş edilmədiyi təqdirdə kreditor məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, 3084 manat məbləğində mal cavabdehə təhvil verilmiş və cavabdeh bu halı etiraf etmişdir. Buna baxmayaraq sonuncu müqavilə üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməmiş, nisyə satılmış malların dəyərini iddiaçının hesabına ödəməmiş və nəticədə ödənilməmiş 3084 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması sonuncunun müqavilədə olan etirafı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 3480 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 54,8 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 3480 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMCyə ödənilsin. Ödənilməmiş 54,8 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-992/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-992/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver