Məhkəmə qərarları › İş №e-2-2(119)-100/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-100/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-100/2023 09.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə Mödhəd oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X13 İdarəsinin Şabran rayon X12 12 noyabr 2021-ci il tarixli MS29/1640-02244-41 saylı Aktı və Xaçmaz X13 İdarəsinin 22 noyabr 2021-ci il il tarixli tələbnaməsi ilə əsassız hesablanmış 1620 manat borcun silinməsi və mediasiya xərci olaraq xidmət haqqı kimi ödənilən 60 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz" İB-nin Xaçmaz X13 İdarəsinin Şabran Qaz Sahəsinin 22 noyabr 2021-ci il tarixli bildirişi ilə iddiaçıya məlumat verilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar Şabran rayonu Dəvəçikənd ərazisinin yaxınlığında yerləşən işlətdiyi "Bulaq" kafesi üçün quraşdırılmış G-6 markalı 28254723 saylı qaz sayğacı texniki baxış keçirilməsi məqsədi ilə çıxarılaraq müvafiq laboratoriyaya aparılmış və dövlət yoxlaması nəticəsində 12 noyabr 2021-ci il tarixli 29/1640-02244-41 nömrəli akta görə həmin qaz sayğacı istismara yararsız hesab edilmişdir. Bildirişə qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MS-29/1640- 02244-41 saylı Akt da əlavə edilmişdir. Sonradan iddiaçıya "Azəriqaz" İB-nin etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmış "mediasiya prosessinin tətbiqi barədə təklif" göndərilmişdir, həmin təklifdə qeyd olunmuşdur ki, guya iddiaçı tərəfindən 1620 manat ziyan vurulmuşdur. İddiaçı bununla razılaşmayaraq bu barədə 10 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialına şikayət məktubu göndərmişdi. Həmin qurumun 17 fevral 2022-ci il tarixli AERA-25-198/22 saylı cavab məktubunda bildirilmişdi ki, "Azəriqaz" İB-nin Xaçmaz X13 İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "X6 "4.8 və 4.9-cu bəndlərinin və həmin qaydalara 2-nömrəli Əlavədə verilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin 2.2.4-cü yarımbəndlərinin tələbləri pozulmuşdur. 02 mart 2022-ci il tarixində o, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X4 filialının 17 fevral 2022-ci il tarixli AERA-25-198/22 saylı cavab məktubunun surətini əlavə etməklə "Azəriqaz" İB-nin Xaçmaz X13 İdarəsinə ərizə ilə müraciət edərək, 1620 manat məbləğində ödənişə cəlb edilmə tələblərindən imtina etmələrini xahiş etmişdi. Lakin, o, bu məktubuna heç bir cavab almadığına görə məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət edərək, 60 manat məbləğində mediasiya xərcini də ödəmişdi. Lakin, "Azəriqaz" İB-nin nümayəndəsi mediasiya sessiyasına da gəlməmiş və bu səbəbdən 20 may 2022-ci il tarixində MŞİH 17625 saylı "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" Arayış tərtib olunmuşdu. Eyni zamanda, o, "Bulaq" kafesinin qaz xəttində olan G-6 markalı 28254723 saylı qaz sayğacının laboratoriyada yoxlanması zamanı “qaz sayğacına müdaxilə edildiyinə görə, 6480 kub.m qaz itirilməsi və buna görə iddiaçının 1620 manat ödənişə cəlb edilməsi” tələblərindən imtina edilməsi barədə pretenziya göndərmişdi. Lakin, həmin pretenziya 02 iyun 2022-ci il tarixində alınmasına baxmayaraq, bununla bağlı ona hər hansı bir cavab verilməmişdir. Qeyd edir ki, onun və Şabran rayonu Dəvəçi kənd yaxınlığında yerləşən işlətdiyi "Bulaq" kafesində işləyən digər işçilərin qaz sayğacında yaranmış nasazlıqda təqsirləri yoxdur. X12 işçilərinə bildirilmişdir ki, qaz sayğacı iddiaçının ərazisindən kənarda yerləşir, sayğaca onlar müdaxilə etməmişlər və bundan onların məlumatları yoxdur. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X5 RQİİ-nin Şabran Xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Bulaq” içtimai-iaşə obyektinin sahibi İddiaçı Şabran rayonunun Dəvəçikənd kəndində yerləşən qeyri-yaşayış sahəsini işlədir və həmin obyektdə əhaliyə ictimai-iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq iddiaçı müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, 14 iyun 2021-ci ildə “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və Təbii X7 riayət olunması ilə əlaqədar baxış keçirilən zaman iddiaçının istifadəsüində olan restoranda quraşdırılmış “Elestr” tipli G-6 markalı 28254723 №-li qaz sayğacının keçən qaz sərfiyyatının qeydə almadığını müəyyən etmişlər. Bu barədə 14 iyun 2021-ci il tarixdə ******* №-li akt tərtib edilmiş və “Sayğac sərfiyyatı qeyd etmir” yazılmış həmin akt sayğacın çıxarılması zamanı iştirak etmiş abonent İddiaçı işçisi Elburus Qasımov tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Dövlət yoxlamasına göndərilmiş sayğaca müdaxilə olunduğu aşkar edildiyinə görə abonent barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında Akt tərtib edilməklə, itirilmiş qazın bərpası üçün qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun 6480 m3 və ya 1620 manat ziyan hesablanaraq abonentin koduna işlənilmişdir. “Qazdan istifadə Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı “Bulaq” restoranının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün sayğacdan keçən qazın qeydə almaması səbəbindən abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı iddiasının əsası kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Şabran rayon qaz istismarı sahəsinin 12 noyabr 2021-ci il tarixli MS-29/1640-02244-41 saylı aktı mübahisələndirilir. Həmin akt Azərbaycan Metrologiya institutu tərəfindən, abonentin qaz xəttinin üzərində quraşdırrılmış “Elestr” tipli “G-6” markalı 28254723 №-li qaz sayğacının yoxlamasının nəticələrinə görə verilmiş Rəy üçün tərtib olunan aktdır. Bu akta əsasən hər hansı ziyan məbləği hesablanmamışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və Cavabdeh Xaçmaz X13 İdarəsinin Şabran rayon X12 12 noyabr 2021-ci il tarixli MS29/1640-02244-41 saylı Aktı və Xaçmaz X13 İdarəsinin 22 noyabr 2021-ci il il tarixli tələbnaməsi ilə əsassız hesablanmış 1620 manat borcun silinməsi və mediasiya xərci olaraq xidmət haqqı kimi ödənilən 60 manat məbləğində pulun Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – İddiaçı barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akda qeyd olunmuş nöqsanların həqiqətən də mövcud olması, Aktın düzgün tərtib edilməsi və Akt əsasında borcun mövcud X7 uyğun olaraq hesablanması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00050 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-6” markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş 14 iyun 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus kafedə quraşdırılmış 28254723 nömrəli “G-6” markalı qaz sayğacı "sayğac sərfiyyatı qeyd etmir" qüsuruna görə Dövlət yoxlamasına göndərilməsi üçün 14 iyun 2022ci ildə çıxarılaraq aparılmışdır (Aktda məlum yoxlamanın X11 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh X2 Departamenti tərəfindən 12 noyabr 2021-ci ildə təsdiq edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS-29/1640-02244-41 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 30 sentyabr 2021-ci il tarixli SOCAR**********31791640X02244 saylı məktubuna əsasən 07 oktyabr 2021-ci ildə Xaçmaz X13ı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş “G-6” markalı mexanika tipli qaz sayğacına 12 noyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “plastmas qapağın yan tərəfində daxili qulaqcıqlarında əzik cızıq izləri var” (Aktda istehlakçının yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 22 noyabr 2021-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Şabran rayonu, Dəvəçi kəndi”, “Fəaliyyət növü: "q/əhali, yeməkxana”, “abonent kodu: **********00050” qeydləri yazılmış “Təbii X6 pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 22 noyabr 2021ci ildə saat 1145-də abonent kodu **********00050 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii X7 riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS-29/1640- 02244-41 saylı rəyinə əsasən 28254723 nömrəli sayğacın “plastmas qapağının yan tərəfində daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeydi aparılmışdır. Eyni zamanda, həmin Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları tərəfindən imzalanmış olsa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “İddiaçı” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır (Aktda məlum yoxlamanın X11 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 22 noyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı, Bulaq yeməkxanası”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Şabran rayonu, Təzəkənd, ev 0, mənzil 5”, “abonent kodu: **********00050” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 12 noyabr 2021-ci il tarixli MSK-29/1640-02244-41 №-li Aktına əsasən G-6 markalı 28254723 №-li sayğacın “plastmas qapağının yan tərəfində daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qüsuruna görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir (əsas: - 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00050) ilə müəyyən olunur ki, 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına 2021-ci ilin noyabr ayında bir dəfəyə 1620 (min altı yüz iyirmi) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2010-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, istehlak edilən təbii qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialı tərəfindən istehlakçı İddiaçı ünvanlanmış 17 fevral 2022-ci il tarixli AERA-25-198/22 nömrəli məktubu ilə müəyyən olunur ki, 14 iyun 2021-ci il tarixdə Şabran Xidmət Sahəsi tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 28254723 zavod nömrəli qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün ******* nömrəli akta əsasən çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və ona Metrologiya Departamentinin qeyri-əhali qaz sayğaclarının yoxlanması labaratoriyasında baxış keçirilmişdir. Baxış zamanı sayğacın “plastmas qapağın yan tərəfində, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması” barədə rəy verilmiş və bununla bağlı 12 noyabr 2021-cu il tarixli MS-29/1640-02244-41 nömrəli Akt tərtib olunmuşdur. “Azəriqaz İB-nin Xaçmaz X13 İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli ******* nömrəli qüsur aktına və həmin rəyə əsasən 1620 manat məbləğində itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq qeyri-yaşayış sahəsinin abonent hesabına işlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00050) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış və 14 iyun 2021-ci ildə növbəti dövlət yoxlmasına aparılması üçün götürülmüş qaz sayğacına baxış keçirilməsi ilə əlaqədar tərtib edilərək 12 noyabr 2021-ci ildə təsdiq olunmuş MS-29/1640-02244-41 nömrəli Aktdan görünür ki, 07 oktyabr 2021-ci il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G-6 markalı mexanika tipli qaz sayğacına 12 noyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi “plastmas qapağının yan tərəfində daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qüsuru aşkar edilmişdir. Bundan sonra isə 12 noyabr 2021-ci ildə təsdiq olunmuş MS-29/1640-02244-41 №-li Aktda qeyd olunan qüsur üzrə 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 22 noyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə məlum qüsurlara görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilərək, 1620 (min altı yüz iyirmi) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı paylayıcı (cavabdeh) Cavabdeh 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmiin mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora müraciət edilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X11 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X11 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X11 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X11 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X11 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00050) təbii qazla təmin olunması ilə əlaqədar “paylayıcı” Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii X6 pozulması haqqında” Akt əsasında itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilərək, 1620 (min altı yüz iyirmi) manat məbləğində birdəfəlik borc hesablanmışdır. İstehlakçı (iddiaçı) İddiaçı qaz paylayıcısı (cavabdeh) Cavabdeh 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akt əsasında hesablamış olduğu həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1620 (min altı yüz iyirmi) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 22 noyabr 2021-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00050) quraşdırılmış qaz sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X11 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmış və eyni zamanda, 12 noyabr 2021-ci ildə təsdiq olunmuş MS - 29/1640-02244-41 №-li Aktın tərtib edilməsi ilə nəticələnən məlum qaz sayğacına 12 noyabr 2021-ci ildə keçirilən baxışda istehlakçı və yaxud, onun nümayəndəsi iştirak etməmişdir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X11 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X11 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Beləliklə də, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 22 noyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii X6 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00050) itirilmiş qaz sərfiyyatına görə 1620 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və 22 noyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii X6 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Şabran rayonunda yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00050) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1620 manat məbləğində borc silinməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün mediasiya ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 36,2 (otuz altı manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22 noyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii X6 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00050) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. Cavabdehndən dövlət nəfinə 36,2 (otuz altı manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar