Məhkəmə qərarları › İş №e-2-2(119)-1014/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1014/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1014/2021 16.12.2021 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - Cavabdeh (VÖEN: 4********) arasında 20 avqust 2018-ci il tarixdə Alkoqollu içkilərin satışına dair 76 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alkoqollu içkiləri alıcıya satır, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya tam ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan müqaviləyə əsasən, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə ona məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən iddiaçıya ödəmək şərti ilə almışdır. Həmin malların alınmasına dair müxtəlif qaimələr, o cümlədən 18.05.2019-cu il tarixli, Seriya: EAAU № 617730 (10.207,85 manat); 14.12.2019-cu il tarixli, Seriya: EBAD № 847863 (4.210,89 manat) və 30.12.2019-cu il tarixli, Seriya: EBAE № 647837 (25.888,79 manat) elektron qaimələr tərtib olunmuş, mallar cavabdehə təhvil verilmiş (təhvil alınmasına dair qaimələrdə müvafiq qeyd aparılmışdır) və qaimələrə uyğun olaraq müəyyən ödənişlər aparmışdır. Əvvəllər tərtib edilmiş qaimələr üzrə ödənişlər aparılsa da, Seriya: EAAU № 617730 (10.207,85 manat) qaimə üzrə qismən - 4.707,85 (dörd min yeddi yüz yeddi manat səksən beş qəpik) manat ödəniş edilmiş (qalıq 5.500 manat), Seriya: EBAD № 847863 (4.210,89 manat) və Seriya: EBAE № 647837 (25.888,79 manat) elektron qaimələr üzrə isə ümumiyyətlə ödəniş aparılmamışdır. Hazırda alıcının satıcıya elektron qaimələr üzrə ödənilməmiş cəmi 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcu qalmışdır. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin 09.04.2021-ci il tarixli, 26 saylı Pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdehin alınan və dəyəri ödənilməmiş mala görə yaranmış cəmi 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Tərəflər arasında bağlanmış 20 avqust 2018-ci il tarixli 76 saylı Alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə (lakin mal alındığı gündən 30 gün müddətindən gec olmayaraq) aparmazsa, o, hər gecikdirilən gün üçün satıcıya həmin qaimə-faktura (qaimə-fakturaları) və ya vergi hesab-faktura (vergi hesab fakturaları) üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində faiz ödəməlidir. Nəzərə alsaq ki, Müqaviləyə əsasən mala görə ödəniş təhvil veriləndən sonra ən geci 30 (otuz) gün müddətində həyata keçirilməlidir, habelə 18.05.2019-cu il tarixli, 14.12.2019-cu il tarixli və 30.12.2019-cu il tarixli elektron qaimələrə əsasən mallar həmin tarixlərdə təhvil verilmişdir, o halda gecikdirilən gün üçün faiz üzrə ödəniş aşağıdakı kimi hesablanmalıdır: Seriya: EAAU 617730 №-li, 18.05.2019-cu il tarixli (10.207,85 manat) müqavilə üzrə - gecikmə müddəti (18.06.2019 - 08.05.2021) nəzərə alınmaqla: 10.207,85 * 0,1/100=10.20 (1 gün üçün)* 689 (gecikmə gün) = 7.027,80 manat. Seriya: EBAD 847863 №-li, 14.12.2019-cu il tarixli (4.210,89 manat) müqavilə üzrə gecikmə müddəti (14.01.2020 - 08.05.2021) nəzərə alınmaqla: 4.210,89 *0,1/100 = 4.21 (1 gün üçün) * 479 (gecikmə gün) = 2.016,59 manat. Seriya: EBAE 647837 №-li, 30.12.2019-cu il tarixli (25.888,79 manat) müqavilə üzrə -gecikmə müddəti (30.01.2020 - 08.05.2021) nəzərə alınmaqla: 25.888,79 * 0,1/100=25.89 (1 gün üçün) * 463 (gecikmə gün) = 11.987,07 manat. Cəmi: 14.010,69 manat. Bundan əlavə, həmin müqavilənin 10.7ci maddəsinə əsasən, müqavilənin şərtləri alıcı tərəfindən pozularsa satıcı ondan 15.000 (on beş min) manat həcmində dəbbə pulu tələb etmək və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olacaqdır. Hazırda müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunu da tələb edirik. Eyni zamanda bildiririk ki, iddiaçı, yəni biz sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi bizi əldə etməli olduğumuz gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh şirkətə ödəməli olduğu 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat ödənişi hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. Hesab edirik ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə ödəməli olduğu faizlər aşağıdakı qaydada hesablanmalıdır: Seriya: EAAU 617730 №-li, 18.05.2019-cu il tarixli (10.207,85 manat) müqavilə üzrə - gecikmə müddəti (18.06.2019 - 08.05.2021) nəzərə alınmaqla: 10.207,85 * 6,25% AMB uçot dərəcəsi: 12*23 = 1.222,81 manat. Seriya: EBAD 847863 №-li, 14.12.2019-cu il tarixli (4.210,89 manat) müqavilə üzrə - gecikmə müddəti (14.01.2020 - 08.05.2021) nəzərə alınmaqla: 4.210,89 *6,25% AMB uçot dərəcəsi: 12*16 = 350,90 manat. Seriya: EBAE 647837 №-li, 30.12.2019-cu il tarixli (25.888,79 manat) müqavilə üzrə -gecikmə müddəti (30.01.2020 - 08.05.2021) nəzərə alınmaqla: 25.888,79 * 6,25% AMB uçot dərəcəsi: 12*15 = 2.022,56 manat. Cəmi: 3.595,37 manat. Beləliklə, yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh 05 dekabr 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair NS01/03872019 nömrəli müqaviləyə uyğun olaraq Cəmiyyətin istehsal etdiyi malları götürmüş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 14.010,69 (on dörd min on manat, altmış doqquz qəpik) manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 (on beş min) manat həcmində dəbbə pulunun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.595,37 (üç min beş yüz doxsan beş manat otuz yeddi qəpik) manatın, ümumilikdə, cəmi 68.204,85 (altmış səkkiz min iki yüz dörd manat, səksən beş qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, bildirmişdir ki, məhkəmədə iddiaçının maraqlarının müdafiə edilməsi, ona hüquqi yardım göstərilməsi məqsədilə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ilə iddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 160 manat vəsait Vəkil Bürosunun hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin bu redaksiyada qəbul edilməsi xahiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 14.010,69 (on dörd min on manat, altmış doqquz qəpik) manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15.000 (on beş min) manat həcmində dəbbə pulunun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.595,37 (üç min beş yüz doxsan beş manat otuz yeddi qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, ümumilikdə, cəmi 68.364,85 (altmış səkkiz min üç yüz altmış dörd manat, səksən beş qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, hazırda iş materiallarında olan və cavabdeh tərəfindən də qəbul edilən 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş cəmi 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcu qalmışdır. Eyni zamanda bildirilir ki, həmin müqavilədə cərimə və faiz nəzərdə tutulmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən: Seriya: EAAU 617730 №-li, 18.05.2019-cu il tarixli (10.207,85 manat (8650,72 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (18.05.2019 - 18.08.2021) nəzərə alınmaqla: 8650,72 * 5/100 = 432,54 (1 il üçün)/12 ay*27 ay = 973,20 manat. Seriya: EBAD 847863 №-li, 14.12.2019-cu il tarixli (4.210,89 manat (3568,55 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (14.12.2019 - 18.08.2021) nəzərə alınmaqla: 3568,55*5/100= 178,42 (1 il üçün)12 ay*20 ay = 297,38 manat. Seriya: EBAE 647837 №-li, 30.12.2019-cu il tarixli (25.888,79 manat(21.939,66 manat əsas) müqavilə üzrə -gecikmə müddəti (30.12.2019 - 18.08.2021) nəzərə alınmaqla: 21.939,66 * 5/100=1.096,98 (1 il üçün) 12 ay *20 ay = 1.828,30 manat. Cəmi: 3.098,88 manat. Eyni zamanda bildirilir ki, iddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi iddiaçını əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.), həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, onun belə fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə MM-nin 449-cu maddəsi üzrə məsuliyyəti istisna edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunmuşdur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olar ki, Cavabdeh şirkətə ödəməli olduğu 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat ödənişi hazırkı günədək qanunsuz saxlamış, ondan faydalanmışdır. İddiaçı hesab edir ki, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən cavabdehin malların satışından əldə edilən vəsaitdən faydalanmağa görə ödəməli olduğu faizlər aşağıdakı qaydada hesablanmalıdır: Seriya: EAAU 617730 №-li, 18.05.2019-cu il tarixli (10.207,85 manat (8650,72 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (18.05.2019 - 18.08.2021) nəzərə alınmaqla: 8650,72 * 6,25% AMB uçot dərəcəsi: 12*27 = 1.216,50 manat. Seriya: EBAD 847863 №-li, 14.12.2019-cu il tarixli (4.210,89 manat (3568,55 manat əsas) müqavilə üzrə - gecikmə müddəti (14.12.2019 - 18.08.2021) nəzərə alınmaqla: 3568,55*6,25% AMB uçot dərəcəsi: 12*20 = 371,72 manat. Seriya: EBAE 647837 №-li, 30.12.2019-cu il tarixli (25.888,79 manat, (21.939,66 manat əsas) müqavilə üzrə -gecikmə müddəti (30.12.2019 - 18.08.2021) nəzərə alınmaqla: 21.939,66 * 6,25% AMB uçot dərəcəsi: 12*20 = 2.285,38 manat. Cəmi: 3.873,60 manat. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi xəhiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, ümumilikdə, cəmi 42.731,27 (qırx iki min yeddi yüz otuz bir manat, iyirmi yeddi qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, məhkəmə prosesi gedişində cavabdeh elektron qaimələr üzrə verilmiş mallardan əlavə iddiaçı tərəfindən digər qaimələr üzrə də malların verildiyini bildirmiş və bununla əlaqədar ödənişlər də apardığını bildirmişdir. Eyni zamanda, cavabdeh bu ödənişləri iddiaçının istəyi ilə X5 adına göndərdiyini qeyd etmişdir. Həmin ödənişlərin ümumilikdə 55.304 (əlli beş min üç yüz dörd) manat olduğuna dair müvafiq bank qəbzləri təqdim etmişdir. Qeyd edilən sənədlər əsasında müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, cavabdehə ödəniş etdiyindən artıq, yəni 103.769,22 (yüz üç min yeddi yüz altmış doqquz manat iyirmi iki qəpik) manat məbləğində mallar verilmiş, lakin yalnız qeyd edilən məbləğdə ödənişlər aparılmış, malların dəyərindən 48.465,22 (qırx səkkiz min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi xəhiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, habelə digər qaimələr üzrə ödənilməmiş 48.465,22 (qırx səkkiz min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat ümumilikdə, cəmi 91.196,49 (doxsan bir min yüz doxsan altı manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Bundan da sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, ötən məhkəmə proseslərindən birində iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və ərizədə cavabdehin elektron qaimələrdən başqa digər qaimələr üzrə malları qəbul etməsi və həmin mallara dair ödənişləri X5 adına göndərdiyini qeyd etmişdir. Eyni zamanda, həmin ödənişlərə dair ümumilikdə 55.304 (əlli beş min üç yüz dörd) manat dəyərində müvafiq bank qəbzlərini məhkəməyə təqdim etdiyini bildirmişdir. Daha sonra cavabdehə həmin qaydada verilmiş malların dəyərindən, yəni 103.769,22 (yüz üç min yeddi yüz altmış doqquz manat iyirmi iki qəpik) manatdan 55.304 (əlli beş min üç yüz dörd) manatın çıxılmaqla yerdə qalan 48.465,22 (qırx səkkiz min dörd yüz altmış beş manat iyirmi iki qəpik) manat vəsaitin cavabdeh tərəfindən ödənilmədiyini göstərmiş və buna uyğun olaraq iddia ərizəsinin “xahiş edirəm” hissəsinin nəzərə alınmasını xahiş etmişdir. Lakin sonradan təqdim edilən ödənişlərə iddiaçı tərəfindən baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzləri arasında onun adından deyil, kənar şəxslər tərəfindən edilmiş ödənişlər də mövcuddur. Belə ki, 03.06.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X4 adından 530 (beş yüz otuz) manat və 27.09.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X2 tərəfindən 2311 (iki min üç yüz on bir) manat köçürmə olmuşdur. İddiaçı hesab edir ki, bu ödənişlər cavabdeh tərəfindən ödənilmiş vəsait kimi nəzərə alına bilməz. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsi xahiş olunmuşdur: “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, habelə digər qaimələr üzrə ödənilməmiş 51.306,22 (əlli bir min üç yüz altı manat iyirmi iki qəpik) manat ümumilikdə, cəmi 94.037,49 (doxsan dörd min otuz yeddi manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.” Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, tərəflər arasında 20 avqust 2018-ci il tarixli alkoqollu içkilərin alqı-satqsına dair 76 saylı müqavilə bağlanıb. Həmin müqaviləyə uyğun olaraq müxtəlif vaxtlarda, müxtəlif çeşiddə mallar alıcıya təqdim edilib. Mallar həm elektron, həm də qeyri-elektron qaimələr üzrə verilib. Göndərilən malların müəyyən bir hissəsinin dəyəri ödənilib. 18.05.2019-cu il tarixli, 617730 №-li elektron qaimə üzrə 10.207,85 manatlıq mal verilib və həmin qaimə üzrə qismən, yəni 4707,85 manat məbləğində ödəniş edilib. 14.12.2019-cu il tarixli, 847863 №-li elektron qaimə üzrə 4210,89 manatlıq mal verilib və ödəniş olunmayıb. Həmçinin, 30.12.2019-cu il tarixli, 647837 №-li elektron qaimə üzrə 25.888,79 manatlıq mal verilib və ödəniş olunmayıb. Ümumilikdə, cavabdehin elektron qaimələr üzrə iddiaçıya 35.598,79 manat məbləğində borcu var. Bu borcun ödənilməsi ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməyib. Məhkəmə prosesi gedişində cavabdeh bildirdi ki, elektron qaimələr üzrə verilmiş mallardan əlavə iddiaçı tərəfindən ona digər qaimələr üzrə də mallar verilib və bununla əlaqədar ödənişlər aparıb, bu ödənişləri iddiaçının istəyi ilə X5 adına göndərib. Həmin ödənişlərin ümumilikdə 55.304 manat olduğuna dair müvafiq bank qəbzləri təqdim edib. Lakin sonradan təqdim edilən ödənişlərə iddiaçı tərəfindən baxış keçirilən zaman məlum oldu ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzləri arasında onun adından deyil, kənar şəxslər tərəfindən edilmiş ödənişlər də mövcuddur. Belə ki, 03.06.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X4 adından 530 manat və 27.09.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X2 tərəfindən 2311 manat köçürmə olub. İddiaçı hesab edir ki, bu ödənişlər cavabdeh tərəfindən ödənilmiş vəsait kimi nəzərə alına bilməz. Qeyd edilən sənədlər əsasında müvafiq araşdırma aparılıb və məlum olub ki, cavabdehə digər qaimələr üzrə cəmi 103.769,22 manat məbləğində mallar verilib, lakin həmin malların dəyərindən 51.306,22 manat ödənilməyib. Bundan başqa, məhkəməyə təqdim olunmuş digər qaimələr arasında 4 ədəd qaimə var ki, onların üzərində mal verən şəxs kimi İddiaçı MMCnin yox, Adil Əliyevin adı yazılıb. Cavabdeh tərəf iddia edir ki, həmin mallar İddiaçı MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilib. Bildirirəm ki, "xxxx" MMC-nin həmin mallara və ümumilikdə bu məsələyə aidiyyəti yoxdur. Həmin 4 qaimədə göstərlən mallar İddiaçı MMC tərəfindən verilib və məhkəmədə X13 özü də bunu təsdiqlədi. Ona görə də iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən iddia tələbinin onun dəqiqləşdirilməsinə dair verilmiş sonuncu ərizəyə uyğun olaraq tam şəkildə təmin olunaraq, 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manat, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manat, habelə digər qaimələr üzrə ödənilməmiş 51.306,22 (əlli bir min üç yüz altı manat iyirmi iki qəpik) manatın ümumilikdə, cəmi 94.037,49 (doxsan dörd min otuz yeddi manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh əvvəlcə bildirmişdir ki, onun iddiaçıya borcu var, amma iddia tələbində göstərilən məbləğdə deyil. O, aldığı malların dəyərini həm İddiaçı MMC-nin hesablaşma hesabına, həm də Adilin göstərişi ilə Adilin adına banklar vasitəsilə ödəyib. Bundan əlavə malları gətirən sürücüyə də, əlbəəl pul ödəyib. Lakin bunu təsdiq edəcək sənədləri yoxdur. Ona görə də 55304 manat məbləğində ödəniş etdiyinə dair müvafiq qəbzləri təqdim edib. "xxxx" QSC-dən alıb məhkəməyə təqdim etdiyi arayışa əsasən 60.163 manat, "xxxx" ASC vasitəsilə isə 13.300 manat ödəyib. Müxtəlif məbləğlərdə pulu malı gətirən sürücü vasitəsilə ödəyib. Bundan başqa, "xxxx" vasitəsilə X3 adından 530 manat və "xxxx" vasitəsilə X1 adından 2311 manat köçürməni o özü, yəni Cavabdeh edib. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-elektron qaimələr arasında 4 ədəd qaimə var ki, onların üzərində mal verən şəxs kimi İddiaçı MMC-nin yox, Adil Əliyevin adı yazılıb. Həmin mallar İddiaçı MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilib. Hər iki şirkət eyni şəxsə məxsusdur. Qaldı ki, elektron qaimələr üzrə mallar verilməsi məsləsinə, həmin 3 elektron qaimədə göstərilən mallar ona verilməyib, malları qəbul etməyib. Həmin qaimələrdəki imzalar ona məxsus olsa da, qaimələri bilmədən imzalayıb. Öz hesablamalarına görə İddiaçı MMC-yə 18.500 manat borcu qalıb. Ümumi hesablayanda onun İddiaçı MMC-yə borcu yoxdur. Sadəcə "xxxx" MMC-yə qismən borcu var. Səhvi onda olub ki A.Əliyevlə hesabat aparmayıb. Sonra iddiaçı tərəfin vergi ilə bağlı problemi olduğuna görə hesab-faktura çıxarıblar, lakin ona həmin mallar ümumiyyətlə verilməyib. Borcu ilə bağlı dəqiqləşmə aparmadan hesab-faktura çıxarılıb. O da öz sistemi ilə yoxlamadan imzalayıb. Onun iddiaçıya tələb etdikləri qədər borcu yoxdur. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, cavabdehin iddiaçıya borcu yoxdur. 20 avqust 2018-ci ildə müqavilə bağlandıqdan sonra mallar verilib. Mallar verildikdən sonra ödəniş də həyata keçirilib. Konkret olaraq hər bir qaimə üzrə ayrıca ödəniş aparılmayıb. Yəni tutalım ki, 10000, 100000 manatlıq mal buraxılıb, cavabdeh də malları satıb həmin puldan 10000, 30000 və.s ödəniş edib, məbləğ ümumi borcdan silinib. Çünki hər iki tərəf arasında olan ticarət münasibətləri o şəkildə aparılıb ki, müəyyən dövrlərdə Cavabdeh İddiaçı MMC-yə borcu, müəyyən dövrlərdə artıq ödənişləri olub. Ödənişləri edərkən Cavabdeh arxayın olub ki, həmin məbləğlər ümumi borcdan silinir. Lakin o, pretenziya məktubunu aldıqdan sonra bilib ki, Adilin adına olan ödənişlərin heç biri malların dəyərinin ödənilməsi kimi ümumi borcdan silinməyib. Adil ödənişləri bank vasitəsilə İddiaçı MMC-nin hesabına ödəməyi və ya nağd formada ona ödəməyi Cavabdeh deyib, ödənişlər də o şəkildə həyata keçirilib. Bank vasitəsilə edilən ödənişlər "xxxx" QSC ilə 60.163 manat, "xxxx" ASC ilə 13.300 manat olmaqla həyata keçirilib. Bundan əlavə bir neçə dəfə malların dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən İddiaçı MMC-nin sürücüsünə nağd şəkildə ödənilib. Sürücü də həmin məbləğləri aparıb Əliyev Adilə çatdırıb. Gətirilən malların dəyəri kimi 22.01.2019-cu il tarixdə 20.073,43 manat, 02.03.2019-cu il tarixdə 16.599,65 manat, 09.03.2019-cu il tarixdə 16.153,23 manat olmaqla 3 dəfə sürücüyə pul ödənilib. İddiaçı tərəfin təqdim etdiyi qeyri-rəsmi qaimələrin içində Adil Əliyvin adı yazılmış 4 qaimə var ki, onlar ümumiyyətlə İddiaçı MMC-yə yox, "xxxx" MMC-yə aiddir. Həmin şirkətə olan borcla bağlı da məhkəmə qərarı çıxıb. Lakin iddiaçı tərəf bu qaimələr üzrə məbləğləri də tələb etdikləri 103.000 manatın içində hesablayıb. A.Əliyev Cavabdeh İddiaçı MMC ilə yanaşı, 2 şirkətin malları üzrə qaimələr verib ki, həmin şirkətlərdən biri də "xxxx" MMC-dir. Hansı ki, hər 3 şirkət eyni adama məxsusdur. İddia əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 20 avqust 2018-ci il tarixli alkoqollu içkilərin alqı-satqısına dair 76 saylı müqavilədən görünür ki, “Mal satan” istehsal etdiyi alkoqollu içkilərin satışını mərkəzləşdirilmiş qaydada realizə edir və “Mal alan” malın dəyərini bank və ya posterminal vasitəsilə ödəməlidir. İş materiallarından görünür ki, məhkəməyə alkoqollu içkilərin alqı-satqısına dair eyni tarixli və eyni nömrəli, lakin fərqli məzmunlu iki müqavilə təqdim edilmiş, tərəflər hazırkı mübahisənin həlli üçün cavabdehin təqdim etdiyi qısa məzmunlu sonuncu müqavləni əsas götürmüşlər. İş materiallarında olan 18.05.2019-cu il tarixli, Seriya: EAAU № 617730 №-li elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 10.207,85 manat dəyərində, 14.12.2019-cu il tarixli, Seriya: EBAD 847863 №-li elektron qaiməyə əsasən 4.210,89 manat dəyərində və 30.12.2019-cu il tarixli, Seriya: EBAE 647837 №-li elektron qaiməyə əsasən 25.888,79 manat dəyərində alkoqollu içkilər verilmişdir. Həmin elektron qaimələrdə malların təhvil alınmasına dair qrafalarda Cavabdeh imzası var. İş materiallarında olan "xxxx" ASC-yə məxsus hesabdan çıxarıçlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 18.05.2019-cu il tarixli, Seriya: EAAU № 617730 №li elektron qaimə üzrə 4.707,85 manat ödəniş edilmişdir. İş materiallarında olan kağız formada tərtib olunmuş 2019-cu ilə aid müxtəlif tarixli 8 ədəd qaimədən görünür ki, Azəri” MMC tərəfindən Cavabdeh 87.869 manat dəyərində alkoqollu içki məhsulları təhvil verilmişdir. İş materiallarında olan kağız formada tərtib olunmuş 2019-cu ilə aid müxtəlif tarixli 4 ədəd qaimədən görünür ki, X9 tərəfindən Cavabdeh 15.900 manat dəyərində alkoqollu içki məhsulları təhvil verilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh tərəfindən X5 adına 60.163 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx"ın ödəniş qəbzlərindən görünür ki, İmam Sərxan oğlu tərəfindən X5 adına 13.300 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin 03.06.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, X3 adından X5 adına 530 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin 27.09.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, X1 adından X5 adına 2311 manat pul köçürülmüşdür. Məhkəmədə şahid X9 izahatında bildirmişdir ki, o, İddiaçı MMC-də satış meneceri işləyib. İddiaçı MMC hal-hazırda fəaliyyət göstərmir. Cavabdehlə o iş qurmuşdu. Əvvəllər verilən malların müqabilində Cavabdeh ödənişləri vaxtı-vaxtında edirdi, ticarət də yaxşı gedirdi. Sonradan arada problemlər oldu, ödənişlər edilmədi, borc yarandı. "xxxx" QSC-ilə 42004 manat, "xxxx" ASC ilə 13300 manat olmaqla cəmi 55304 manat məbləğində ödəniş onun adına edilib, həmin ödənişləri qəbul edir. Qeyri-elektron qaimələr üzrə Cavabdeh 103.769,22 manat məbləğində mal verilib, o qaimələrdəki malları sürücüsü təhvil verib. Hətta borc qeyd edilən məbləğdən çoxdur. Mallar həm elektron qaimə üzrə, həm də qeyrirəsmi qaimələr üzrə verilirdi. Mallar təhvil verildikdən sonra Cavabdeh məndən soruşurdu ki, ödənişi hansı qaimə üzrə bağlayım. 55304 manat məbləğində ödəniş qeyri-rəsmi qaimələr üzrə həyata keçirilib. X13 həmçinin bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-elektron qaimələr arasında onun adından verilmiş 4 ədəd qaimə üzrə Cavabdeh verilən mallar İddiaçı MMC-yə məxsus olub. Qaimələrdə onun, yəni Adil Əliyevin adı yazılsa da, həmin mallar İddiaçı MMC-nin malları olub. Məhkəmədə şahid X7 izahatında bildirmişdir ki, o, İddiaçı MMC-də bir il sürücü işləyib. 2019-cu ilə işdən çıxıb. Malları aparıb müştərilərə verirmiş, ödəniş ya onlara edilirdi, ya da bank vasitəsi ilə. Cavabdeh ona bir-iki dəfə ödəniş edib. Amma ödənişlərin məbləği və tarixləri yadında qalmayıb. İş üzrə keçirilmiş məhkəmə - xətşünaslıq ekspertizasının 21.10.2021-ci il tarixli, 4/1396 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 24-29-cu vərəqəsində “Azəri MMC ilə Cavabdeh” qrafalarındakı imzalar adından olan 20 avqust 2018-ci il tarixli alkoqollu içkilərin alqı-satqısına dair 76 saylı müqavilənin hər vərəqinin aşağı sağ tərəfində “Alıcı” və sonuncu vərəqində “Alıcı fiziki şəxs: Cavabdeh” qrafalarındakı imzalar, 30-cu vərəqində 30.12.2019-cu il tarixli 647837 nömrəli elektron qaimədə “Təhvil aldım” qrafasındakı “Cavabdeh” yazıları və imza, 31-32-ci vərəqlərində cu il tarixli 847863 nömrəli, 18.05.2019-cu il tarixli 617730 nömrəli, 57-ci vərəqində ci il tarixli 913679 nömrəli, 61-ci vərəqində 29.10.2018-ci il tarixli 170108 nömrəli, 66-cı vərəqində 22.11.2018-ci il tarixli 792270 nömrəli elektron qaimələrdəki “Təhvil aldım” qrafalarındakı imzalar, 177-180ci vərəqlərindəki 22.01.2019-cu il tarixli 386 nömrəli, 02.03.2019- cu il tarixli 1173 nömrəli, 09.03.2019-cu il tarixli 1363 nömrəli, 03.05.2019-cu il tarixli 3097 nömrəli qaimələrdə “Qəbul edilib” qrafalarındakı və “on bir min altı yüz doxsan səkkiz manat əlli beş qəpik” yazıları qarşısındakı “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imzalar, 182-ci vərəqindəki 22.07.2019-cu il tarixli 6387 nömrəli, 184-cü vərəqindəki 30.07.2019-cu il tarixli 6741 nömrəli, 186-cı vərəqindəki 06.09.2019-cu il tarixli 8725 nömrəli, 188-ci vərəqindəki cu il tarixli 13125 nömrəli qaimələrdə “Qəbul edilib” qrafalarındakı “Cavabdeh”, “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imzalar, 181 -ci vərəqindəki 22 iyul 2019-cu il tarixli, 183-cü vərəqindəki 30 iyul 2019-cu il tarixli və 185-ci vərəqində 06 sentyabr 2019-cu il qaimə-fakturalardakı “Təhvil aldı”, “Təhil verdi” qrafalarındakı “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 31-32-ci vərəqlərində 14.12.2019-cu il tarixli 847863 nömrəli, cu il tarixli 617730 nömrəli, 57-ci vərəqində 18.10.2018-ci il tarixli 913679 nömrəli, 61-ci vərəqində 29.10.2018-ci il tarixli, 170108 nömrəli, 66-cı vərəqində 22.11.2018-ci il tarixli, 792270 nömrəli elektron qaimələrdəki ”Təhvil aldım” qrafalarındakı “Cavabdeh” yazıları Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, Vəkil2 çalışdığı Bakı şəhəri 26 saylı Vəkil Bürosu ilə İddiaçı MMC arasında hüquqi yardım göstərilməsi haqqında 06.07.2021-ci il tarixli, 368 nömrəli müqavilə bağlanıb və bunun üçün 160 manat pul ödənilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs - Cavabdeh (VÖEN: 4********) arasında 20 avqust 2018-ci il tarixdə Alkoqollu içkilərin satışına dair 76 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 18.05.2019-cu il tarixli, Seriya: EAAU № 617730 (10.207,85 manat); 14.12.2019-cu il tarixli, Seriya: EBAD № 847863 (4.210,89 manat) və 30.12.2019-cu il tarixli, Seriya: EBAE № 647837 (25.888,79 manat) elektron qaimələr tərtib olunmuş, qaimələrdə göstərlən mallar cavabdehə təhvil verilmiş (təhvil alınmasına dair qaimələrdə müvafiq qeyd aparılmışdır) və birinci qaimə üzrə 4.707,85 manat ödəniş edilmiş, 5.500 manat ödənilməmiş qalmışdır. Digər elektron qaimələr üzrə isə ümumiyyətlə ödəniş aparılmamışdır. Bütövlükdə, alıcının satıcıya elektron qaimələr üzrə ödənilməmiş cəmi 35.598,79 manat borcu qalmışdır. Bundan başqa, qeyri-elektron, yəni kağız formada tərtib olunmuş qaimələr əsasında iddiaçı tərəfindən cavabdehə 103.769,22 manat məbləğində mal verilmiş, Cavabdeh həmin malların müqabilində iddiaçıya "xxxx" QSC vasitəsilə 60.163 manat, "xxxx" ASC vasitəsilə 13.300 manat, cəmi 73.463 manat pul ödəmişdir. İddiaçı həmin pulları cavabdehdən məhkəmə qaydasında almaq üçün iddia ərizəsi ilə müraciət etmiş, iddia tələblərinin dəqiqləşdirilməsinə dair bir neçə dəfə ərizə verdikdən sonra 20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borcun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat səksən səkkiz qəpik) manatın, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 (üç min səkkiz yüz yetmiş üç manat altmış qəpik) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manatın, habelə digər qaimələr üzrə ödənilməmiş 51.306,22 (əlli bir min üç yüz altı manat iyirmi iki qəpik) manat ümumilikdə, cəmi 94.037,49 (doxsan dörd min otuz yeddi manat, qırx doqquz qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “20 avqust 2018-ci il tarixli Alkoqollu içkilərin satışına dair 76 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə yaranmış 35.598,79 manat borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin borc məbləğinin yaranmasına səbəb olmuş 3 ədəd elektron qaimələrdə malların təhvil alınmasını təsdiq edən iş üzrə Cavabdeh imzası vardır. Bu, cavabdehin məhkəmədə etirafı və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq olunur. Bu məsələ ilə bağlı Cavabdeh məhkəmədə ziddiyyətli izahatlar vermiş, əvvəlcə həmin qaimələrlə bağlı aldığı bütün mallar üzrə ödənişləri tam yerinə yetirdiyini, sonradan isə həmin elektron qaimələr üzrə mal almadığını, qaimələrə bilmədən imza etdiyini vurğulamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı cavabdeh istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etmədiyinə görə iddia tələbi həmin hissədə əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 manatın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin maddədə qeyd olunduğu kimi borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı iş üzrə Cavabdeh iddiaçıya borclu olduğu pul məbləğinin ödənilməsini kecikdirməsi faktı təsdiq olunur. Ona görə də, qanunun tələbinə uyğun şəkildə irəli sürülmüş iddia tələbi bu hissədə də əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 3.873,60 manatın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, bu iddia tələbinin təmin edilməsi üçün MM-nin 449.1-ci maddəsində mübahisələndirilən pul vəsaitindən qarşı tərəfin göstərilən üsullarla (özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla) faydalanması sübuta yetirilməlidir. İddiaçı isə bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Ona görə iddia tələbi bu hissədə əsassız sayılaraq təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “digər qaimələr üzrə ödənilməmiş 51.306,22 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyri-elektron qaydada tərtib edilmiş qaimələr üzrə Cavabdeh ümumilikdə 103.769,22 manat dəyərində mal verildiyini, həmin mallara görə cavabdeh tərəfindən 55.304 manat məbləğində ödənişlərə dair müvafiq bank qəbzləri təqdim edilsə də, onlardan 51.306,22 manat məbləğində ödənişləri qəbul etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə bu mövqeyini onunla izah etmişdir ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzləri arasında onun adından deyil, kənar şəxslər tərəfindən edilmiş ödənişlər də mövcuddur. Belə ki, 03.06.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X4 adından 530 manat və 27.09.2019-cu il tarixdə "xxxx" QSC vasitəsilə X2 tərəfindən 2311 manat köçürmə olub. İddiaçı hesab edir ki, bu ödənişlər cavabdeh tərəfindən ödənilmiş vəsait kimi nəzərə alına bilməz. Ona görə də cavabdehə digər qaimələr üzrə verdiyi 103.769,22 manatlıq malların dəyərindən 51.306,22 manat ödənildiyini qəbul etmişdir. Cavabdeh tərəf isə iddianı bu hissədə də qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan qeyri-elektron qaydada aldığı malların müqabilində "xxxx" QSC vasitəsilə 60.163 manat, "xxxx" ASC vasitəsilə 13.300 manat ödəyib. Qalan müxtəlif məbləğlərdə pulları malı gətirən sürücü vasitəsilə ödəyib. "xxxx" QSC vasitəsilə X3 adından 530 manat və "xxxx" QSC vasitəsilə X1 adından 2311 manat köçürməni o özü, yəni Cavabdeh edib. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyrielektron qaimələr arasında 4 ədəd qaimə var ki, onların üzərində mal verən şəxs kimi İddiaçı MMC-nin yox, Adil Əliyevin adı yazılıb. Həmin mallar İddiaçı MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilib. Hər iki şirkət eyni şəxsə məxsusdur. Cavabdeh həmin qaimələrin nəzərə alınmamasını xahiş etmişdir. Göstərilən xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, Cavabdeh adından İddiaçı MMC-yə "xxxx" QSC vasitəsilə 60.163 manat, "xxxx" ASC vasitəsilə 13.300 manat, cəmi 73.463 manat pul ödənilib. Cavabdehin iddia etdiyi kimi qalan pulların sürücü vasitəsilə ödənilməsinə dair məhkəməyə zəruri mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, cavabdeh qalan pulların iddiaçıya İddiaçı MMC-də sürücü işləmiş X7 vasitəsilə göndərildiyini bildirsə də, məhkəmədə şahid kimi izahat vermiş X7 bildirmişdir ki, Cavabdeh ona bir-iki dəfə ödəniş edib. Amma ödənişlərin məbləği və tarixləri yadında qalmayıb. Beləliklə, şahid R.Əliyev Cavabdeh İddiaçı MMC-yə çatdırmaq üçün ona hansı tarixlərdə və hansı məbləğlərdə pul verdiyini deyə bilmədiyi üçün bu xüsusatla bağlı cavabdeh tərəfin istinad etdiyi hal məhkəmədə sübut edilmiş kimi sayıla bilməz. Bundan başqa, qeyd edildiyi kimi, cavabdeh məhkəmədə bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeyri-elektron qaimələr arasında 4-nün üzərində mal verən şəxs kimi İddiaçı MMC-nin yox, Adil Əliyevin adı yazılıb. Həmin mallar İddiaçı MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən verilib. Cavabdeh həmin qaimələrin nəzərə alınmamasını xahiş etmişdir. Bununla bağlı, X13 yenidən məhkəməyə dəvət edilərək izahat vermiş və həmin malların İddiaçı MMC-yə məxsus olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmədə İddiaçı MMC tərəfindən Cavabdeh 103.769,22 manat dəyərində malların verilməsi, həmin malların müqabilində Cavabdeh tərəfindən cəmi 73.463 manat pul ödənildiyi təsdiqini tapmışdır. Bununla da, müəyyən olunmuşdur ki, qeyri-elektron qaydada tərtib edilmiş qaimələr üzrə verilmiş mallara görə Cavabdeh İddiaçı MMC-yə 30.306,22 (otuz min üç yüz altı manat iyirmi iki qəpik) manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, tərəflər arasında bağlanılmış “Alkoqollu içkilərin satışına dair” 20 avqust 2018-ci il tarixli, 76 nömrəli müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə elektron qaimələr üzrə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat, səksən səkkiz qəpik) manat, digər qaimələr üzrə ödənilməmiş 30.306,22 (otuz min üç yüzaltı manat iyirmi iki qəpik) manat cəmi, 65.905 (altmış beş min doqquz yüz beş manat) manat pul Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış “Alkoqollu içkilərin satışına dair” 20 avqust 2018-ci il tarixli, 76 nömrəli müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə elektron qaimələr üzrə yaranmış 35.598,79 (otuz beş min beş yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 (üç min doxsan səkkiz manat, səksən səkkiz qəpik) manat, digər qaimələr üzrə ödənilməmiş 30.306,22 (otuz min üç yüzaltı manat iyirmi iki qəpik) manat cəmi, 65.905 (altmış beş min doqquz yüz beş manat) manat pul Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərclərinin 30 faizi iddiaçıya, 70 faizi cavabdehə aid edilsin. Hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 160 manatın 30 faizi, yəni 48 manatı iddiaçıya, 70 faizi, yəni 112 manatı cavabdehə aid edilsin. Cavabdehdən 112 manat alınaraq iddiaçıya verilsin. İş üzrə 126 manat məbləğində ekspertiza xərcinin 30 faizi iddiaçıya, 70 faizi cavabdehə aid edilsin, iddiaçıdan 38 manat, cavabdehdən 88 manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizi iddiaçıya, 70 faizi cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 21 manat alınaraq iddiaçıya verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar