Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1024/2025 10.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, cavabdeh "Brand Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə3 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 6987,96 (altı min doqquz yüz səksən yeddi manat doxsan altı qəpik) manat məbləğində əsas borcun, 1397,59 (min üç yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat məbləğində dəbbə pulunun və 104 (yüz dörd) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı) İddiaçı ilə cavabdeh (alıcı) Cavabdeh arasında malların alqı-satqısına dair 19 aprel 2024-cü il tarixli 5038/24M nömrəli müqavilə bağlanmışdır. İddiaçı müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və malların təhvil-qəbul aktından aydın olur ki, 19 aprel 2024cü il tarixində satıcı tərəfindən 9819,96 maanat (ƏDV daxil) məbləğində mallar alıcıya satılmışdır. Alıcı tərəfindən ƏDV daxil 2832 manat ödəniş həyata keçirilmiş, 6987,96 manat borc qalmışdır. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 6987,96 manat təşkil edir, həmin məbləğin 20 faizi 1397,59 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablandıqda, ümumilikdə 6987,96 + 1397,59 = 8385,55 manat tələb məbləği yaranmışdır. Cavabdehə 04 fevral 2025-ci il tarixində borcun ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış, məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki məktuba bir cavab verilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 10 iyul 2025-ci il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdehndən 2739,96 (iki min yeddi yüz otuz doqquz manat doxsan altı qəpik) manat məbləğində əsas borcun, 1397,59 (min üç yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat məbləğində dəbbə pulunun və 104 (yüz dörd) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "Brand Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə3 izahatında əsas borcu ödəməyə hazır olduğunu bildirmiş və məhkəmədən dəbbə pulunun məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı "Brand Company” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 aprel 2024-cü il tarixli 5038/24M nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bədinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, alıcı isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 9,1%-i miqdarında (lakin malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli İ042325 nömrəli malların təhvil-qəbul aktına əsasən Met-Ak” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil 9819,96 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 9819,96 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEC seriyalı 087670 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarına əsasən "Brand Company” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 26 dekabr 2024-cü il tarixdə 1000 manat, 28 fevral 2025-ci il tarixdə 1400 manat, 05 iyun 2025-ci il tarixdə 1800 manat və 02 iyul 2025-ci il tarixdə 1800 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan köçürmənin aparılması haqqında bildirişlərə əsasən Cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyətinə Cəmiyyətinə 26 dekabr 2024-cü il tarixdə 180 manat, 28 fevral 2025-ci il tarixdə 252 manat, 05 iyun 2025-ci il tarixdə 324 manat və 02 iyul 2025-ci il tarixdə 324 manat ƏDV ödənilmişdir. İş materiallarında olan 10 iyul 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, 19 aprel 2024-cü il tarixli 5038/24M nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə 9819,96 manat məbləğində mal verilmiş, cavabdehin 10 iyul 2025-ci il tarixinə 2739,96 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 19 aprel 2024-cü il tarixli 5038/24M nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 9819,96 manat dəyərində mallar satılmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “2739,96 (iki min yeddi yüz otuz doqquz manat doxsan altı qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğundan təmin edilməli və 19 aprel 2024-cü il tarixli 5038/24M nömrəli müqavilə üzrə ödənilməmiş 2739,96 (iki min yeddi yüz otuz doqquz manat doxsan altı qəpik) manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “1397,59 (min üç yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 130 (yüz otuz) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “104 (yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 48,7 (qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 2739,96 (iki min yeddi yüz otuz doqquz manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 130 (yüz otuz) manat məbləğində dəbbə pulu və 48,7 (qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2918,66 (iki min doqquz yüz on səkkiz manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Brand Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2739,96 (iki min yeddi yüz otuz doqquz manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 130 (yüz otuz) manat məbləğində dəbbə pulu və 48,7 (qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2918,66 (iki min doqquz yüz on səkkiz manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1024/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1024/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver