Məhkəmə qərarları › İş №e-2-2(119)-1026/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1026/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Françayzinq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1026/2025 25.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35995 (otuz beş min doqquz yüz doxsan beş) manat məbləğində borc və 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 36193 (otuz altı min yüz doxsan üç) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 13 avqust 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 13 avqust 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:

1. İddiaçı 35995 (otuz beş min doqquz yüz doxsan beş) manat məbləğində borcdan Cavabdeh2 5000 (beş min) manat məbləğində güzəşt edərək Cavabdeh2 yekun 30995 (otuz min doqquz yüz doxsan beş) manat məbləğində borc öhdəliyinin olmasını təsdiq edir.

2. Tərəflər razılaşaraq qəbul edirlər ki, Cavabdeh2 30995 (otuz min doqquz yüz doxsan beş) manat məbləğində borcu 18 (on səkkiz) ay ərzində, ayda 1721 (bir min yeddi yüz iyirmi bir) manat olmaqla ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 13 avqust 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 13 avqust 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1026/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı 35995 (otuz beş min doqquz yüz doxsan beş) manat məbləğində borcdan Cavabdeh2 5000 (beş min) manat məbləğində güzəşt edərək Cavabdeh2 yekun 30995 (otuz min doqquz yüz doxsan beş) manat məbləğində borc öhdəliyinin olmasını təsdiq edir.

2. Tərəflər razılaşaraq qəbul edirlər ki, Cavabdeh2 30995 (otuz min doqquz yüz doxsan beş) manat məbləğində borcu 18 (on səkkiz) ay ərzində, ayda 1721 (bir min yeddi yüz iyirmi bir) manat olmaqla ödəyəcəkdir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1026/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar