Məhkəmə qərarları › İş №e-2-2(119)-1039/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1039/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1039/2023 18.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 3242 (27 manat ƏDV daxil) manat məbləğində əsas borcun, 6160,85 manat məbləğində cərimənin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 84,40 manat məbləğində pulun və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 356/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı sifarişçi Cavabdeh sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 3242 (27 azn ƏDV daxil) manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 051666, 050245, 047508, 049001 nömrəli təhvil-təslim aktları ilə təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində 3242 (27 manat ƏDV daxil) manat borc məbləğinin tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Pretenziya məktubuna hər hansı bir reaksiya verilmədiyindən xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən Cavabdehnə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış tərtib edilmişdir. Həmçinin qeyd olunur ki, müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün qalıq borcun dəyərinin 1%-i əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 6160,85 manat cərimə hesablanmışdır. İddiaçı 29 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək Cavabdehndən xx.xx.2019-cu il tarixli, 248/19 saylı müqavilə üzrə 27 manat məbləğində ƏDV borcunun və xx.xx.2022-ci il tarixli, 356/22 saylı müqavilə üzrə isə 3242 manat məbləğində əsas borcun, 6160,85 manat məbləğində cərimənin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 84,40 manat məbləğində pulun, mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 67 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, cavabdehin 27 manat məbləğində ƏDV borcu İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə, qalan borc isə xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin məzmununa uyğun izahat vermiş, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə texniki səhv olduğunu, iki müqavilə üzrə cavabdehin ümümilikdə 3242 manat borcunun qaldığını bildirərək Cavabdehndən xx.xx.2019-cu il tarixli, 248/19 saylı müqavilə üzrə 27 manat məbləğində ƏDV borcunun və xx.xx.2022-ci il tarixli, 356/22 saylı müqavilə üzrə isə 3215 manat məbləğində əsas borcun, 6160,85 manat məbləğində cərimənin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 84,40 manat məbləğində pulun, mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və 67 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 248/19 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı İddiaçı arasında bağlanmış 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə görə, daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərancamında olan yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1 (bir) %-i miqdarında dəbbə pulu hesablanacaq. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 02 dekabr 2022-ci il tarixli 047508 nömrəli akta əsasən müəyyən olunur ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 970 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 05 yanvar 2023-cü il tarixli 049001 nömrəli akta əsasən müəyyən olunur ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 1115 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 01 fevral 2023-cü il tarixli 050245 nömrəli akta əsasən müəyyən olunur ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 500 manat təşkil edir. İş materiallarında olan “Göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 02 mart 2023-cü il tarixli 051666 nömrəli akta əsasən müəyyən olunur ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh sifarişi əsasında daşınmış mallara görə xidmət haqqı 630 manat təşkil edir. İş materiallarından görünür ki, 03 sentyabr 2019-cu il tarixli 248/19 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 2020-ci ilin iyul ayında 377 (350 manat + 27 manat ƏDV) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2020-cİ il tarixli EBAN seriyalı 172520 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 2022-ci ilin noyabr ayında 970 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 408037 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 2022-ci ilin dekabr ayında 1115 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCM seriyalı 423246 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 2023-cü ilin yanvar ayında 500 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCO seriyalı 040718 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə 2023-cü ilin fevral ayında 630 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDA seriyalı 930780 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 12 sentyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh İddiaçı ilə bağladığı 03 sentyabr 2019-cu il tarixli 248/19 nömrəli müqavilə üzrə 27 manat məbləğində ƏDV və 01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə 28 iyul 2023cü il tarixə əsas borcu 3242 manat, cərimə borcu 6160,85 manat və gecikdirilmiş vaxt üçün illik 5 % məbləğində hesablanmaqla faiz borcu 84,40 manat təşkil edir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci və məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən dövlət büdəsinə 55 manat (42 manat və 13 manat məbləğində olmaqla) məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 248/19 nömrəli və xx.xx.2022-ci il tarixli 356/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ona yükdaşıma xidmətləri göstərilmişdir. Lakin Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməyərək xx.xx.2019-cu il tarixli, 248/19 saylı müqavilə üzrə 27 manat məbləğində əlavə dəyər vergisini və xx.xx.2022-ci il tarixli, 356/22 saylı müqavilə üzrə isə daşıma xidmətlərinin dəyəri olan 3215 (üç min iki yüz on beş) manat məbləğində borcunu ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, xx.xx.2019cu il tarixli 248/19 nömrəli müqavilə üzrə 27 (iyirmi yeddi) manat məbləğində ƏDV borcu və xx.xx.2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə 3215 (üç min iki yüz on beş) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “01 avqust 2022-ci il tarixli 356/22 nömrəli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 6160,85 (altı min yüz altmış manat səksən beş qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə hesab edir ki, “cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 84,40 manat məbləğində pulun tutulması” ilə bağlı hissədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmadığı üçün iddia həmin hissədə təmin olunmamalıdır. İddia tələbinin “67 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 53,92 (əlli üç manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx.xx.2019-cu il tarixli 248/19 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 27 (iyirmi yeddi) manat məbləğində ƏDV borcu, xx.xx.2022-ci il tarixli 356/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 3215 (üç min iki yüz on beş) manat məbləğində əsas borc və 150 (yüz əlli) manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və və məhkəməyə iddia ərizəsi ilə müraciət olunarkən dövlət büdəsinə ödənilmiş 53,92 (əlli üç manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2019-cu il tarixli 248/19 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 27 (iyirmi yeddi) manat məbləğində ƏDV borcu, xx.xx.2022-ci il tarixli 356/22 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 3215 (üç min iki yüz on beş) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 53,92 (əlli üç manat doxsan iki qəpik) dövlət rüsumu olmaqla, cəmi 3505,92 (üç min beş yüz beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar