Məhkəmə qərarları › İş №e-2-2(119)-1045/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1045/2022

07.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1045/2022 07.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 may 2022-ci il tarixə hesablanmış vergi ödəyiciləri – Maraqlı şəxs, ”Kini Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə Dövlət Büdcəsinə olan 30113,35 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 513,75 manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 20,48 manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 35,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və eyni zamanda, vergi ödəyicisi - xx xxxxxx 1996cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxx 1996-cı il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1 rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 24 may 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 6844,18 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 93,06 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 3,72 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 7,44 manat məbləğində borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 24 may 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 7501,54 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 208,44 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 8,35 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 10,81 manat məbləğində borcu, "xxxx" Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 24 may 2022ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 3975,85 manat məbləğində vergi borcu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə 4538,67 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 140,69 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 5,64 manat məbləğində borcu və İcbari Sığorta Fonduna 11,24 manat məbləğində borcu və "xxxx" Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 24 may 2022-ci il tarixinə hesablanmış Dövlət Büdcəsinə 4707,17 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 71,56 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 2,77 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 5,54 manat məbləğində borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxxxxx 1996-cı il təvəllüdlü Maraqlı şəxs özünün də (VÖEN **********) 24 may 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 2545,94 manat məbləğində vergi borcu vardır və həmin vergi ödəyicilərinə həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər ”Kini Group” MMC, ”Bollt Group” MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC və həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 may 2022-ci il tarixə hesablanmış ”Kini Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6844,18 (altı min səkkiz yüz qırx dörd manat 18 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 93,06 (doxsan üç manat 06 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 3,72 (üç manat 72 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna və 7,44 (yeddi manat 44 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, ”Bollt Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7501,54 (yeddi min beş yüz bir manat 54 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 208,44 (iki yüz səkkiz manat 44 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 8,35 (səkkiz manat 35 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna və 10,81 (on manat 81 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3975,85 (üç min doqquz yüz yetmiş beş manat 85 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4538,67 (dörd min beş yüz otuz səkkiz manat 67 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 140,69 (yüz qırx manat 69 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 5,64 (beş manat 64 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna və 11,24 (on bir manat 24 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 4707,17 (dörd min yeddi yüz yeddi manat 17 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 71,56 (yetmiş bir manat 56 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 2,77 (iki manat 77 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna və 5,54 (beş manat 54 qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 2545,94 (iki min beş yüz qırx beş manat 94 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və vergi ödəyicisi – xx xxxxxx 1996-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar