Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-105/2024 01.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 8570,34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində əsas borcun, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli mal alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı əlavələrdə göstərilən malların alıcıya satmağı, alıcı isə malın əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən hesab-faktura alıcı tərəfindən qəbul edildiyi gündən etibarən 10 (on) bank günü ərzində satıcının müvafiq bank hesabında koçürmə qaydasında ödəniləcəkdir. Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh tərəfindən 04 mart 2022-ci il tarixli 03/2022 saylı mal alqı-satqı müqaviləsi üzrə 8570,34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) manat borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı 27 oktyabr 2023-cü il tarixli təklif göndərərək hazırkı mübahisə ilə bağlı mediasiyanın 18 saylı Mediasiya Təşkilatında keçirilməsini təklif etmiş, lakin cavabdeh həmin təklifə münasibət bildirmədiyi üçün iddiaçı 13 noyabr 2023-cü il tarixdə cavabdehin qeydiyyatı üzrə Sumqayıt 1 saylı Mediasiya Təşkilatına mediasiya üçün müraciət etmişdir. Cavabdeh nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyi üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən MŞS/MT030/2023-02506 saylı, 27 noyabr 2023-cü il tarixli arayış verilmişdir. Göründüyü kimi, iddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan əlavə iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə etmək məqsədi ilə “Faiq Nağıyev və Partnyorları” vəkil bürosu ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamış və həmin müqaviləyə əsasən büroya 1000 (min) manat xidmət haqqı ödəmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehndən 04 mart 2022-ci il tarixli 03/2022 saylı mal alqı-satqısı barədə müqavilə üzrə 8570,34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) manat borc, vəkilə ödənilmiş 1000 (min) manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə gəlmiş tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli mal alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əlavələrdə göstərilən malları alıcıya satmağı, alıcı isə malın əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcı mala dair hesab-faktura tərtib edib tərəflər arasında imzalanmış “Qiymətlərin razılaşdırma protokolu” ilə birgə alıcıya təqdim etməlidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən hesab-faktura alıcı tərəfindən qəbul edildiyi gündən etibarən 10 (on) bank günü ərzində alıcı tərəfindən satıcının müvafiq bank hesabına köçürmə qaydasında ödəniləcəkdir. Həmin müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə uyğun olaraq ödənişi həyata keçirməyi və müqavilə şərtlərinə uyğun malları qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli müqaviləyə 1 nömrəli əlavə olan 14 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 4212,60 manat olan malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli 01 nömrəli təhvil-qəbul aktından və 15 fevral 2023-cü il tarixli 01 nömrəli hesab-fakturadan görünür ki, 4212,60 manat məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 4212,60 manat dəyərində malların satılmasına dair 15 fevral 2023-cü il tarixli EBCO seriyalı 964724 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli müqaviləyə 2 nömrəli əlavə olan 13 may 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 2852,06 manat olan malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 15 may 2023-cü il tarixli 02 nömrəli təhvil-qəbul aktından və 15 may 2023-cü il tarixli 02 nömrəli hesab-fakturadan görünür ki, 2852,06 manat məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 2852,06 manat dəyərində malların satılmasına dair 15 may 2023-cü il tarixli EBDF seriyalı 643361 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli müqaviləyə 3 nömrəli əlavə olan 25 may 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 283,20 manat olan malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 26 may 2023-cü il tarixli 03 nömrəli təhvil-qəbul aktından və 26 may 2023-cü il tarixli 03 nömrəli hesab-fakturadan görünür ki, 283,20 manat məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 283,60 manat dəyərində malların satılmasına dair 26 may 2023-cü il tarixli EBDG seriyalı 499845 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli müqaviləyə 04 nömrəli əlavə olan 05 iyun 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 532,18 manat olan malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli 04 nömrəli təhvil-qəbul aktından və eyni zamanda 08 may 2023-cü il tarixli 04 nömrəli hesab-fakturadan görünür ki, 532,18 manat məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 532,18 manat dəyərində malların satılmasına dair 08 iyun 2023-cü il tarixli EBDH seriyalı 434628 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli müqaviləyə 05 nömrəli əlavə olan 02 iyul 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 152,22 manat olan malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli 05 nömrəli təhvil-qəbul aktından və eyni zamanda 03 iyul 2023-cü il tarixli 05 nömrəli hesab-fakturadan görünür ki, 152,22 manat məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 152,22 manat dəyərində malların satılmasına dair 03 iyul 2023-cü il tarixli EBDJ seriyalı 054862 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli müqaviləyə 06 nömrəli əlavə olan 03 iyul 2023-cü il tarixli qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 538,08 manat olan malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi razılaşdırılmışdır. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli 06 nömrəli təhvil-qəbul aktından və 10 iyul 2023-cü il tarixli 06 nömrəli hesab-fakturadan görünür ki, 538,08 manat məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 538,08 manat dəyərində malların satılmasına dair 10 iyul 2023-cü il tarixli EBDJ seriyalı 519479 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 7080 manat dəyərində malların satılmasına dair 14 mart 2022-ci il tarixli EBBS seriyalı 854720 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 7245,20 manat dəyərində malların satılmasına dair 04 aprel 2022-ci il tarixli EBBT seriyalı 853442 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 14950,60 manat dəyərində malların satılmasına dair 23 avqust 2022-ci il tarixli EBCC seriyalı 357606 nömrəli elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 16 mart 2022-ci il tarixdə 14 mart 2022-ci il tarixli EBBS seriyalı 854720 nömrəli elektron qaimə üzrə 6000 manat məbləğində, 06 aprel 2022-ci il tarixdə 04 aprel 2022-ci il tarixli EBBT seriyalı 853442 nömrəli elektron qaimə üzə 6140 manat məbləğində və 31 avqust 2022-ci il tarixdə 23 avqust 2022-ci il tarixli EBCC seriyalı 357606 nömrəli elektron qaimə 12670 manat məbləğində ödəniş olunnmuşdur. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 17 mart 2022-ci il tarixdə 14 mart 2022-ci il tarixli 854720 nömrəli qaimə üzrə 1080 manat, 07 aprel 2022-ci il tarixdə 04 aprel 2022-ci il tarixli 853442 nömrəli qaimə üzə 1105,2 manat və 31 avqust 2022-ci il tarixdə 23 avqust 2022-ci il tarixli 357606 nömrəli qaimə üzrə 2280,6 manat olmaqla ümumilikdə 4465,80 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 04 mart 2022-ci il tarixli 03/2022 nömrəli mal alqı-satqısı barədə müqavilə bağlanmış, İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında 37846,14 manat dəyərində malları Cavabdehnə vermişdir. Cavabdeh isə verilmiş malların dəyərini tam şəkildə ödəməmiş, ƏDV daxil 29275,80 manat ödəniş etmiş, 8570,34 manat məbləğində borcu qalmışdır. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 8570,34 manat məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək malları cavabdehə versə də, cavabdeh həmin malların dəyərin tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 8570,34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) manat məbləğində əsas borcun tutularaq İddiaçınə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 27 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02506 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və 110 (yüz on) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının” tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 1000 (min) manat həcminə görə ağlabatan və əsaslı olmadığından cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 8570,34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 9180,34 (doqquz min yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdehndən dövlət nəfinə 105,70 (yüz beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8570,34 (səkkiz min beş yüz yetmiş manat otuz dörd qəpik) məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 110 (yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 9180,34 (doqquz min yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 105,70 (yüz beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-105/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-105/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver