Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-105/2025 31.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20081,06 (iyirmi min səksən bir manat altı qəpik) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faiz hesablanmaqla 261,82 (iki yüz altmış bir manat səksən iki qəpik) manat və 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20494,88 (iyirmi min dörd yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (icraçı) Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh “Caspia Azerbaijan 24" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli, 1676C saylı müqaviləsinin 1-ci bəndinə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hər ayın birinci iş günü icraçı tərəfindən sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesabfaktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi hesab-faktura, elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. İddiaçı tərəfindən xidmətlər tam yerinə yetirildiyinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə “Caspia Azerbaijan 24" Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini 5 aydan artıqdır ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən məsləhətləşmələr, danışıqlar yolu ilə razılaşdıra bilmədiyi təqdirdə mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 30 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək 20081,06 (iyirmi min səksən bir manat altı qəpik) manat məbləğində əsas borc və 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20233,06 (iyirmi min iki yüz otuz üç manat altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 04 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edərək iddia ərizəsində qeyd edilən borc məbləği reallığı əks etdirmədiyindən, məhkəməyə təqdim edilən sübutlara əsasən borc məbləğinin böyük bir hissəsi üçüncü şəxsə məxsus olduğundan iddia ərizəsinə etiraz etdiklərini, iddiaçı ilə üzləşmənin edilməsinə, qalıq borc məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirmişdir. Dəfələrlə iddiaçıya müraciət edilsə də hər hansı nəticə əldə edilməyib, borc məbləği dəqiqləşdirilmədiyi və dürüstləşdirilmədiyi üçün cavabdeh tərəfindən hər hansı ödənişin edilməsi mümkünsüz olmuşdur. Cavabdeh nümayəndəsi Nümayəndə2 29 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edərək, Elcan Şükürovun məhkəmə prosesi gedişində təqdim etdiyi iltizamdan və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə aparılan şəxsi yazışmalarından görünür ki, 11574 (on bir min beş yüz yetmiş dörd) manat məbləğində olan sifarişlər Elcan Şükürov tərəfindən həyata keçirilmiş, onun şəxsi nömrəsinin Cavabdeh ilə olan müqavilə üzrə sifarişçi qismində daxil edilməsi heç bir rəsmi mail üzərindən olmamışdır. Bununla yanaşı yazışmalardan açıq-aşkar görünür ki, şəxs onun nömrəsindən daxil edilən sifarişlərin açıqlaması barədə sifarişçiyə (yəni Cavabdehnə) bildirilməməsini qeyd edir və bunun qarşılığında icraçı təsdiq verib nömrəni sifarişçi qismində daxil edir. İddiaçı həmin anda öz müqavilə öhdəliklərini pozmuşdur, müqaviləni fiziki şəxslə deyil, MMC ilə bağladığını, onun qarşısında öhdəlik daşıdığını nəzərə almamaqla müqavilə üzrə fiziki şəxsin edəcəyi sifarişlərin məlumatlarını gizlətməyi qəbul etmişdir. Bütün bunlar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin öhdəliklərini düzgün icra etməməsini, açıq şübhə olduğu halda tam qanunsuz və müqavilə şərtlərinə uyğunsuz tələbləri icra etdiyini, nəticədə haqsız və tam əsassız olaraq cavabdehə əlavə öhdəlik yaratdığını göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, sifarişlərin edilməsi üçün hüquqi şəxsin rəhbərinə kod təqdim edilir, sifarişlər edildikdə həmin kod soruşulur və kod deyildikdən sonra sifariş qeydə alınır. Təhvil-təslim aklarında olan telefon nömrələrinin hamısı cavabdeh tərəfindən “WhatsApp” mobil tətbiqi vasitəsilə və ya iddiaçının elektron poçt ünvanına göndərilməklə təqdim edilməyə bilər, çünki sifarişlərin qəbul olunması üçün əsas olan koddur. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni, cavabdehin nümayəndəsinin etirazlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə sifarişçi Cavabdeh arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli 1676 nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin müqavilənin: -2.2.3-cü bəndinə əsasən göstərilmiş xidmətlər haqqında icraçı tərəfindən təqdim olunan gediş haqqının açıqlamasının təqdim olunan gündən etibarən 3 (üç) iş günü ərzində imzalamaq və bir nüsxəsini kuryer vasitəsilə icraçıya geri qaytarmaq və yaxud yazılı formada əsaslandırılmış etirazı bildirmək icraçının hüququdur. - 2.2.4-cü bəndinə əsasən gediş açıqlamasının təqdim edildiyi gündən etibarən 3 (üç) iş günü ərzində etirazın daxil olmaması halında xidmətlərin göstərilməsi haqqında təqdim edilmiş açıqlama sifarişçi tərəfindən qəbul edilmiş, xidmətlər isə icra edilmiş hesab olunur. - 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyəri hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavə № 1-də göstərilir. sifarişçi qəbul edir və razılaşır ki, xidmətlərin dəyərinə ƏDV daxil deyil və xidmətin dəyərinin ƏDV-yə cəlb olunan hissəsinə, yəni xidmətin dəyərinin 20% miqdarına əlavə olaraq hesablanacaqdır. Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesab-fakturanm minimal dəyəri 70 (yetmiş) manat təşkil edəcək. - 4.2-ci bəndinə əsasən hər ayın birinci iş günü icraçı tərəfindən sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir. - 4.3-cü bəndinə əsasən sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənişləri həyata keçirir. İş materiallarında olan avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında 30 yanvar 2024cü il tarixində 1676C il tarixli müqaviləyə 1 saylı əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 1906,4054 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 06 mart 2024-cü il tarixli MT 2403 seriyalı 00113873 nömrəli, 2224,4374 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 05 aprel 2024-cü il tarixli MT 2404 seriyalı 00188279 nömrəli, 2249,0324 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 10 may 2024-cü il tarixli MT 2405 seriyalı 10405005 nömrəli, 3534,9674 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 07 iyun 2024-cü il tarixli MT 2406 seriyalı 10401127 nömrəli, 16447,16 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 01 iyul 2024-cü il tarixli MT 2407 seriyalı 10018420 nömrəli, 98,948 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 07 avqust 2024-cü il tarixli MT 2408 seriyalı 10445373 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 1906,41 manat dəyərində daşıma xidmətinin göstərilməsi ilə əlaqədar 06 mart 2024-cü il tarixli **********6 nömrəli, 2224,44 manat dəyərində daşıma xidmətinin göstərilməsi ilə əlaqədar 02 aprel 2024-cü il tarixli **********9 nömrəli 2249,03 manat dəyərində daşıma xidmətinin göstərilməsi ilə əlaqədar 07 may 2024-cü il tarixli **********5 nömrəli, 3534,97 manat dəyərində daşıma xidmətinin göstərilməsi ilə əlaqədar 04 iyun 2024-cü il tarixli **********7 nömrəli, 16447,14 manat dəyərində daşıma xidmətinin göstərilməsi ilə əlaqədar 01 iyul 2024-cü il tarixli **********0 nömrəli, 98,95 manat dəyərində daşıma xidmətinin göstərilməsi ilə əlaqədar 03 avqust 2024-cü il tarixli **********6 nömrəli hesab faktura göndərilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 11 mart 2024-cü il tarixdə MT 2403 seriyalı 00113873 nömrəli qaimə üzrə 1840,16 manat, 09 aprel 2024-cü il tarixdə MT 2404 seriyalı 00188279 nömrəli qaimə üzrə 2147,14 manat, 16 may 2024-cü il tarixdə MT 2405 seriyalı 10405005 nömrəli qaimə üzrə 2170,88 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 16 sentyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək 20081,06 (iyirmi min səksən bir manat altı qəpik) manat məbləğində əsas borcun, əsas borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faiz hesablanmaqla 261,82 (iki yüz altmış bir manat səksən iki qəpik) manat pul məbləğinin 1 gün ərzində ödənilməsi xahiş olunmuş, əks halda tələb olunan məbləğin məcburi qaydada alınması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Şükürov Elcan Hicran oğlu tərəfindən Cavabdehnə ünvanlanan iltizamda qeyd olunmuşdur ki, Şükürov Elcan Hicran oğlu Cavabdehndə işlədiyi müddət ərzində ona edilən etibardan sui-istifadə etməklə Cavabdeh ilə müqaviləsi olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə olduğundan xəbərdar olduğu üçün Cavabdeh rəhbərliyinin və digər işçilərinin xəbəri olmadan taksi xidmətindən tam qanunsuz şəkildə şəxsi xidmətləri üçün istifadə etmişdir. Bunun nəticəsində İddiaçı QSC-yə şəxsi məqsədləri üçün istifadə etdiyi taksi xidmətlərinə görə Cavabdeh 11574 (on bir min beş yüz yetmiş dörd) manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğini şəxsən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə hissə-hissə, 6 aydan gec olmayaraq ödəyəcəyini bəyan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında 30 yanvar 2024-cü il tarixli 1676C nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 2024-cü ilin fevral-iyul aylarında taksi xidmətləri göstərmiş, lakin cavabdeh tərəfindən göstərilən xidmətlərin dəyəri tam ödənilməmişdir. Buna görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Cavabdeh əməkdaşlarına avtonəqliyyat xidmətləri göstərsə də, cavabdeh həmin xidmətlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ümumilikdə 26460,95 manat dəyərində taksi xidmətinin göstərilməsi ilə əlaqədar 6 ədəd elektron qaimə-faktura göndərilmiş, onlardan üçü üzrə cavabdehlər tərəfindən ödənişlər tam həyata keçirilmişdir. Cavabdeh tərəfindən digər üç qaimə-faktura üzrə taksi xidmətlərinin göstərilməsinə etiraz olunmamış, hər hər hansı dəqiqləşmə aparılmamış və ödəniş edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3cü və 3.4-cü bəndlərinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 yanvar 2024-cü il tarixli 1676 nömrəli avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ödənilməmiş 20081,06 (iyirmi min səksən bir manat altı qəpik) manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin “152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 150,24 (yüz əlli manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 20081,06 (iyirmi min səksən bir manat altı qəpik) manat məbləğində borc və 150,24 (yüz əlli manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20231,30 (iyirmi min iki yüz otuz bir manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 20081,06 (iyirmi min səksən bir manat altı qəpik) manat məbləğində borc və 150,24 (yüz əlli manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20231,30 (iyirmi min iki yüz otuz bir manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-105/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-105/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver