Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1064/2022 20.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 2022-ci il tarixə hesablanmış “Şabran” Mənzil İstismar Sahəsinin 13002,10 (on üç min iki manat 10 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 0,33 (33 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 14,33 (on dörd manat 33 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 10,08 (on manat 08 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxxx 1984-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə razı olmadığını bildirərək göstərdi ki, o, vergi ödəyicisi kimi hüquqi şəxs yaratmadan fərdi sahiblik fəaliyyəti ilə məşğul olur və eyni zamanda, hüquqi şəxs “Şabran” Mənzil İstismar Sahəsinin direktorudur. O, vergi orqanının bildirişini alan kimi vergi ödəyicisi kimi onun özünə hesablanmış ərizədə qeyd olunan 33 qəpik məbləğində vergi borcunu Dövlət Büdcəsinə, 14,33 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 10,08 manat məbləğində borcu isə İşsizlikdən Sığorta Fonduna ödəmiş və buna görə də, halhazırda onun özünün vergi ödəyicisi olaraq heç bir borcu qalmamışdır. Lakin, hazırkı ərizədə ödənilmədiyi qeyd olunan “Şabran” Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fonduna 13002,10 manat məbləğində borcun ödənilməsi ilə əlaqədar həmin hüquqi şəxsin hesabına Vergi Orqanı tərəfindən sərəncam qoyulmuş və həmin sərəncam əsasında da hüquqi şəxsin hesabına daxil olan pul vəsaitləri “Şabran” Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fonduna olan borcun ödənilməsinə yönəldilir. Bununla yanaşı, onun özü də bu borc üzrə hissə-hissə ödənişlər edir ki, yaranmış borc məbləği tez bir müddətdə ödənilmiş olsun. Buna görə də, ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxx 1984-cü il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1üquqi şəxs “Şabran” Mənzil İstismar Sahəsinin (VÖEN **********) 20 aprel 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 13002,10 manat məbləğində borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs özünün də (VÖEN **********) 20 aprel 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 0,33 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 14,33 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 10,08 manat məbləğində borcu olmuş və həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 18 aprel 2022-ci il tarixli ********* nömrəli, 18 aprel 2022-ci il tarixli ********* nömrəli və 18 aprel 2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzləri ilə müəyyən olunur ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin hesabına həmin qəbzlərdə qeyd olunan 18 aprel 2022-ci il tarixlərində müvafiq olaraq 14,33 manat, 0,33 manat və 12,42 manat məbləğlərində ödənişlər etmişdir. Belə olan halda, vergi ödəyicisi olan Maraqlı şəxs özünün Dövlət Büdcəsinə olan 0,33 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 14,33 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna olan 10,08 manat məbləğində borcu tam ödənilmişdir. Eləcə də, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 23 fevral 2022-ci il tarixli ********* nömrəli və 11 may 2022-ci il tarixli ********* nömrəli ödəniş qəbzləri ilə müəyyən olunur ki, vergi ödəyicisi olan “Şabran” Mənzil İstismar Sahəsi (VÖEN **********) tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına həmin qəbzlərdə qeyd olunan 23 fevral 2022-ci və 11 may 2022-ci il tarixlərində müvafiq olaraq 320 manat və 414 manat məbləğlərində ödənişlər edilmişdir. Həmçinin, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2017-ci il tarixli 2-1(85)-3009/2017 nömrəli Sərəncamından və Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş “Şabran” Mənzil İstismar Sahəsinə aid “01 aprel 2021-ci il – 01 iyun 2022-ci il” dövrü əhatə edən Hesabdan Çıxarışdan görünür ki, Dövlət Sosial Müdafiə Fonduna olan 14452,43 manat məbləğində borcun ödənilməsi ilə əlaqədar tətbiq edilmiş və məcburi xarakter daşıyan Sərəncama müvafiq olaraq “Şabran” Mənzil İstismar Sahəsinin hesabına müxtəlif məbləğlərdə mədaxil olunan pul vəsaitlərindən mütəmadi olaraq müəyyən məbləğlərdə pul vəsaitləri Dövlət Sosial Müdafiə Fonduna olan borcum ödənilməsinə yönəldilmişdir. Hal-hazırda da həmin Sərəncam qüvvədədir və icra olunur. Yəni, vergi ödəyicisi tərəfindən 20 aprel 2022-ci il tarixə hesablanmış Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs “Şabran” Mənzil İstismar Sahəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 13002,10 manat məbləğində borcdan hesaba qoyulmuş Sərəncam əsasında vaxtaşırı ödənişlər həyata keçirilir və eyni zamanda, bu borc üzrə nağd qaydada ödənişlər aparılır. Ona görə də, hal-hazırda vergi ödəyicisi olaraq Maraqlı şəxs özünün hazırkı ərizədə ödənilməsi tələb olunan borclarının tam ödənilmiş olması və eyni zamanda, onun icra orqanın rəhbəri olduğu “Şabran” Mənzil İstismar Sahəsinin 20 aprel 2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 13002,10 manat məbləğində borcundan müəyyən məbləğlərdə ödənişlər edilməsi və eləcə də, həmin hüquqi şəxsin hesabına məlum borcun ödənilməsi ilə əlaqədar məcburi icra tədbiri kimi Sərəncam tətbiq olunması və həmin Sərəncam əsasında məlum borca görə hesabdan tutulmaların aparılması nəzərə alındığı halda, həmin vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X2 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, vergi ödəyicisi kimi Maraqlı şəxs özünün ödənilməsi tələb olunan borcları tam ödənildiyinə və eləcə də, digər vergi ödəyicisi “Şabran” Mənzil İstismar Sahəsinin isə Dövlət Sosial Müdafiə Fonduna olan 13002,10 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə həmin hüquqi şəxsin X3 tədbiri tətbiq edildiyinə və hal-hazırda da həmin Sərəncam əsasında vergi ödəyicisinin hesabından məlum borc üzrə tutulmalar aparıldığına görə - hazırkı ərizədə qeyd olunan borc məbləğlərinin ödənməməsi ilə əlaqədar vergi ödəyicisi və eyni zamanda, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1064/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1064/2022
20.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver