Məhkəmə qərarları › İş №e-2-2(119)-1083/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1083/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1083/2024 02.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1083/2024 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 10 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə və Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 fevral 2020-ci il tarixli 03 nömrəli, 21 fevral 2021-ci il tarixli 03 nömrəli müqavilələr üzrə 14937,05 manat məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1729,2 manat gecikdirmə faizi, ümumilikdə 16666,25 (on altı min altı yüz altmış altı manat 25 qəpik) manat yekun borc məbləğinin, eləcə də iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 140 (yüz qırx) manat, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat məbləğin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)-1083/2024 nömrəli kommersiya işi). Həmin iddia ərizəsinə dair e-2-2(119)-1083/2024 nömrəli kommersiya işi üzrə 02 dekabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq e-2-2(119)-1083/2024 nömrəli kommersiya işi üzrə tərəflərin barışıq sazişi bağladığını, həmin iş üzrə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş 26 noyabr 2024-cü il tarixli Barışıq Sazişinin və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizələrin məzmunu ilə müəyyən olunur ki, 26 noyabr 2024-cü ildə İddiaçı ilə cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Eyni zamanda, tərəflər əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri ilə tanış olmuşlar və barışıq sazişinin məhkəmə qaydasında təsdiqinin hüquqi nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 26 noyabr 2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2nə və Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 26 noyabr 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-1083/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı (VÖEN: **********, Xaçmaz rayonu, Köhnə Xaçmaz) ilə cavabdeh Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi (VÖEN: **********, Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 1) arasında bağlanmış 26 noyabr 2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “ Maddə 1. Mübahisənin qısa təsviri İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixində pul tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək “VAHİD” LTD firması (Satıcı) (xx.xx.2023-cü il tarixində çevrilmə yolu ilə yenidən təşkil edilərək İddiaçı adlandırılmışdır) ilə Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat idarəsi (Alıcı) arasında bağlanmış neft məhsullarının və ehtiyat hissələrinin satışına dair 1 fevral 2020-ci il tarixli 03 nömrəli, 5 fevral 2022-ci il tarixli 03 nömrəli Müqavilələr üzrə 14937,05 manat məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1729,2 manat gecikdirmə faizi, ümumilikdə 16666,25 (on altı min altı yüz altmış manat 25 qəpik) manat yekun borc məbləğinin, eləcə də iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 140 (yüz qırx) manat, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat məbləğinin Alıcıdan tutularaq Satıcıya ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflər Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan 2-22(119)-1083/2024 işin barışıq sazişi ilə tamamlanmasını məqsədəmüvafiq hesab edirlər. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər aşağıdakı öhdəliklər barədə razılığa gəlirlər: 2.1.1. Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat idarəsi, 1 fevral 2020-ci il tarixli və 21 fevral 2021-ci il tarixli 03 nömrəli müqavilələr üzrə yaranmış 14,937.05 manat əsas borcu xx.xx.2024- xx.xx.2025-ci il tarixləri arasında hər ay 1,244.75 manat olmaqla İddiaçı MMCnin bank hesabına ödəməyi öhdəsinə götürür. 2.1.2. 1 fevral 2020-ci il tarixli 03 nömrəli, 21 fevral 2021-ci il tarixli 03 nömrəli müqavilələr üzrə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1729,2 manat gecikdirmə faizi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 140 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğin ödənilməsi İddiaçı MMC tərəfindən tələb edilməyəcəkdir. 2.1.3. Tərəflər razılaşır ki, öhdəliklərini hal-hazırda və gələcəkdə yerinə yetirmədiyi təqdirdə bu saziş məhkəmə və sair orqanlarda mötəbər sübut olaraq istifadə ediləcəkdir. 2.1.4. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün Sazişin şərtləri etibarlı olur. 2.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri öhdəliklər icra edildiyi təqdirdə digərinin nüfuzuna xələl gətirməyəcək, biri digərinə qarşı sazişdə qeyd edilən məsələ ilə bağlı hər hansı tələb irəli sürməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, qeyd edilmiş məsələyə dair müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişi onların tam razılığı əsasında və hər bir müddəası üzrə könüllü razılaşma yolu ilə bağlanmışdır. Bu Saziş tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir və bütün şərtlər mütləq icra edilməlidir. 3.4. Tərəflər 2.1.4-cü maddənin tələbləri istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.5. Tərəflər arasında digər razılaşma yoxdursa, öhdəliklər icra edildikdən sonra “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.6. Bu Saziş imzalandığı andan qüvvəyə minir. 3.7. Bu Sazişə əsasən bütün ödənişlər Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi tərəfindən aşağıdakı bank rekvizitləri əsasında İddiaçı MMC-yə məxsus bank hesabına ödəniləcəkdir: İddiaçı MMC, VÖEN: **********, Bank: ABB, Xaçmaz filialı, VÖEN (bank): **********, Kod:805528, H/n: AZ48İBAZ********************, M/h: AZ03NABZ**********0000002944, SWİFT: İBAZAZ2X” Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı cavabdehlər Cavabdeh2nə və Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1083/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar