Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1088/2025 05.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanılmış 16 yanvar 2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 24.4-cü bəndinə əsasən tərəflər Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən müəyyən edilir ki, tərəflər arasında bu müqavilənin icrası ilə bağlı olan mübahisələrə lizinq verənin yerləşdiyi yer üzrə xüsusi məhkəmədə baxılacaqdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, ünvan 1əflər arasında bağlanmış 16 yanvar 2025-ci il tarixli CLM-160-3/23 nömrəli daxili maliyyə lizinqi müqaviləsində tərəflər arasında bu müqavilənin icrası ilə bağlı olan mübahisələrə lizinq verənin yerləşdiyi yer üzrə məhkəmədə baxılacağı müəyyən edilmişdir. Buna görə də hazırkı ərizə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 40-cı maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 iyun 2025-ci il tarixli **********87 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 04 iyun 2025-ci il, saat 21:01; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40, 149-152, 114, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 04 iyun 2025-ci il tarixli **********87 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 04 iyun 2025-ci il, saat 21:01; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1088/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1088/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver