Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1092/2024 12.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi Əliyeva- X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37935,64 (otuz yeddi min doqquz yüz otuz beş manat 64 qəpik) (ƏDV daxil) manat məbləğində borcun və 204 (iki yüz dörd manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 21 sentyabr 2021-ci il tarixli 01 nömrəli Razılaşma Protokoluna əsasən Cavabdeh ümumi dəyəri 98000 manat (ƏDV xaric) olan 100 ton armatur məhsulu satılması nəzərdə tutulmuşdur. Həmin Müqavilə və Razılaşma protokolu əsasında satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh 49098 (qırx doqquz min doxsan səkkiz) manat dəyərində (ƏDV xaric) müxtəlif ölçülü armatur məhsulları satılmışdır. Cavabdeh isə həmin məhsulları qəbul etmişdir. Armatur məhsullarını alqı-satqı faktı iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdə də öz əksini tapmışdır. 23 sentyabr 2021-ci il tarixli EBBJ610723 nömrəli qaiməyə əsasən 23887,5 manat dəyərində (ƏDV xaric) 24,375 ton armatur məhsulu cavabdehə satılmışdır. 23 sentyabr 2021-ci il tarixli EBBJ628196 nömrəli elektron qaiməyə əsasən isə 25210,5 manat dəyərində (ƏDV xaric) 25,725 ton armatur məhsulu cavabdehə satılmışdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında armatur məhsulların alqı-satqısı elektron qaimə əsasında həyata keçirilmişdir. İddia ərizəsinə əlavə olunan bank çıxarışından görünür ki, Cavabdeh EBBJ628196 nömrəli elektron qaimə üzrə əsas borcdan 20000 manat ödəniş etmişdir. Lakin, Cavabdeh müqavilə üzrə öhdəlikərini vaxtında və tam icra etməmişdir. Nəticədə, Cavabdeh 21 sentyabr 2021-ci il tarixli MA/AH- 2109 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə əsas vəsaitdən 29098 (iyirmi doqquz min doxsan səkkiz) manat, ƏDV üzrə isə 8837,64 (səkkiz min səkkiz yüz otuz yeddi manat 64 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə və danışıqlar aparılmasına baxmayaraq, cavabdeh tərəfindən 37935,64 manat (ƏDV daxil) məbləğində borc bu günədək ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ƏDV daxil cəmi 37935,64 manat məbləğində borcun və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul ediyini bildirərək, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar alıcı qismində satıcı İddiaçı ilə bağlanan 21 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona satılmış armatura görə ödənilməmiş 37935,64 manat məbləğində borcu 6 ay ərzində hissə-hissə ödəyəcəyini və İddiaçı ona qarşı verilmiş 37935,64 manat məbləğində borcun tutulması barədə iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə “Alıcı” – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən X1 göstərilmiş malları (bundan sonra “Mallar” adlandırılacaq) Alıcıya satmağa, Alıcı isə həmin Malları Qoşmalarda göstərilən qiymətə Satıcıdan satın almağa razılığını bildirmişdir (1.1-ci bənd). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri Müqaviləyə Qoşmalarda müəyyən edilmiş məbləğlərin cəmindən ibarətdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər Müqaviləyə Qoşmalarda nəzərdə tutulmuş qaydada Satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. İş materiallarında olan, 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərtib edilərək satıcı İddiaçı və alıcı Cavabdeh tərəfindən imzalanaraq təsdiq olunmuş 21 sentyabr 2021-ci il tarixli 01 nömrəli "Razılaşdırma” Protokolundan görünür ki, həmin 01 nömrəli Protokola əsasən 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV xaric ümumilikdə cəmi 98000 manat dəyərində 100 ton miqdarında Armaturun satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh (VÖEN **********) armatur malları satılmış və həmin Müqavilə əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 23 sentyabr 2021-ci il tarixli EBBJ 628196 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 28187,25 manat dəyərində və 23 sentyabr 2021-ci il tarixli EBBJ 610723 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 29748,39 manat dəyərində olmaqla, ümumilikdə cəmi 57935,64 (əlli yeddi min doqquz yüz otuz beş manat 64 qəpik) manat dəyərində F-12 armaturlarının satılması ilə əlaqədar müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş Elektron Qaimələr təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 iyun 2024-cü ildə təsdiq edilərək verilmiş İddiaçınə aid X3 görünür ki, 06 oktyabr 2021-ci ildə İddiaçınə aid AZ71PAHA40040AZNHC********** nömrəli bank hesabına Cavabdeh tərəfindən cəmi 20000 (iyirmi min) manat miqdarında pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli 028 nömrəli Maliyyə Arayışında göstərilir ki, alıcı Cavabdeh satıcı İddiaçınə ƏDV daxil cəmi 37935,64 (otuz yeddi min doqquz yüz otuz beş manat 64 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, iş materialları və işin konkret halları ilə müəyyən olunur ki, 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə ƏDV daxil cəmi 37935,64 (otuz yeddi min doqquz yüz otuz beş manat 64 qəpik) manat məbləğində əsas borc cavabdeh (alıcı) Cavabdeh tərəfindən iddiaçı (satıcı) İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iş üzrə iddiaçı tərəfindən verilən iddia ərizəsində 21 sentyabr 2021-ci il tarixli MA/AH-2109 nömrəli Alqı-satqı Müqaviləsi üzrə 37935,64 manat məbləğində əsas borcun və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 21 sentyabr 2021ci il tarixli MA/AH-2109 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş 37935,64 (otuz yeddi min doqquz yüz otuz beş manat 64 qəpik) manat məbləğində əsas borcun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 37935,64 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq, İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 37935,64 (otuz yeddi min doqquz yüz otuz beş manat 64 qəpik) manat məbləğində əsas borc və 204 (iki yüz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 38139,64 (otuz səkkiz min yüz otuz doqquz manat 64 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1092/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1092/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver