Məhkəmə qərarları › İş №e-2-2(119)-11/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-11/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-11/2024 07.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndələri Vəkil və Nümayəndə1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 may 2020-ci il tarixli 05-20 saylı müqavilə üzrə abadlıq işlərinin aparılması üçün artıq ödənilmiş 169875,79 (yüz altmış doqquz min səkkiz yüz yetmiş beş manat yetmiş doqquz qəpik) manat məbləğində, 18 may 2020-ci il tarixli 06-20 saylı müqavilə üzrə cari təmir işlərinin aparılması üçün artıq ödənilmiş 462743 (dörd yüz altmış iki min yeddi yüz qırx üç) manat məbləğində pul vəsaitinin, 3000 (üç min) manat ekspertiza xərcinin, 400 (dörd yüz) manat mediasiya xərcinin və 523 (beş yüz iyirmi üç) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 18 may 2020-ci il tarixli 05-20 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan abadlıq işlərinin təhvil verilməsini öhdəsinə götürür. Görüləcək işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 2.2-ci bəndində qeyd olunan siyahı dedikdə Qiymət razılaşma protokolu – abadlıq işlərinin satın alınması barədə 05-20 saylı 18 may 2020-ci il tarixli müqaviləyə 2 nömrəli Əlavə nəzərdə tutulur. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bəzi işləri isə yerinə yetirməkdən imtina etmişdir. Bununla bağlı olaraq cavabdehin nümayəndələri ilə bir neçə dəfə söhbət aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Cavabdeh tərəfindən yerinə yetirilmiş və yerinə yetirilməmiş işlərin həcminin, dəyərinin dəqiq hesablanaraq müəyyən edilməsi üçün iddiaçı tərəfindən “X2 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, mütəxəssislər tərəfindən tikinti-texniki və əmtəəşünaslıq ekspertizasın aparılmışdır. Tədqiqatın obyektləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 may 2020-ci il tarixli 05-20 saylı müqaviləyə əsasən iddaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binası, həyətyanı sahə və digər sənədlər olmuşdur. Tədqiqatın nəticəsində 105 nömrəli 30 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi təqdim olmuş və tədqiqatın nəticəsi ondan ibarətdir ki, a) 18 may 2020-ci il tarixli 05-20 saylı müqaviləyə uyğun olaraq aparılmış abadlıq işləri faktiki olaraq müqavilədə nəzərdə tutulan həcmdə yerinə yetirilməmişdir; b) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparılmış abadlıq işlərinin keyfiyyəti 18 may 2020-ci il tarixli 05-20 saylı müqaviləyə təsbit olunmuş şərtlərə qismən uyğundur; c) Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binası, həyətyanı sahəsində aparılmalı abadlıq işlərinin dəyəri müqavilə şərtlərinə əsasən 545019,20 (beş yüz qırx beş min on doqquz manat iyirmi qəpik) manat təşkil etməli olduğu halda, aparılmış abadlıq işlərinin dəyəri 230124,21 (iki yüz otuz min bir yüz iyirmi dörd manat iyirmi bir qəpik) manat təşkil edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş hesabfakturalara uyğun olaraq abadlıq işlərinin aparılması üçün iddiaçı tərəfindən cavabdehin bank hesabına 400000 (dörd yüz min) manat köçürülmüşdür. Göründüyü kimi, artıq ödənilmiş məbləğ 169875,79 (yüz altmış doqquz min səkkiz yüz yetmiş beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul təşkil edir. Bundan başqa, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 18 may 2020-ci il tarixli 06-20 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan cari təmir işlərinin təhvil verilməsini öhdəsinə götürür. Görüləcək işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 2.2-ci bəndində qeyd olunan siyahı dedikdə, Qiymət razılaşma protokolu – Cari təmir işlərinin satın alınması barədə 06-20 saylı 18 may 2020-ci il tarixli müqaviləyə 2 nömrəli Əlavə nəzərdə tutulur. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bəzi işləri isə yerinə yetirməkdən imtina etmişdir. Bununla bağlı olaraq cavabdehin nümayəndələri ilə bir neçə dəfə söhbət aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Cavabdeh tərəfindən yerinə yetirilmiş və yerinə yetirilməmiş işlərin həcminin, dəyərinin dəqiq hesablanaraq müəyyən edilməsi üçün iddiaçı tərəfindən “X2 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, mütəxəssislər tərəfindən tikinti-texniki və əmtəəşünaslıq ekspertizası aparılmışdır. Tədqiqatın obyektləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 may 2020-ci il tarixli 06-20 saylı müqaviləyə əsasən Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binası, həyətyanı sahə və digər sənədlər olmuşdur. Tədqiqatın nəticəsində 104 nömrəli 30 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi təqdim olmuş və tədqiqatın nəticəsi ondan ibarətdir ki, a) 18 may 2020-ci il tarixli 06-20 saylı müqaviləyə uyğun olaraq aparılmış cari təmir işləri faktiki olaraq müqavilədə nəzərdə tutulan həcmdə yerinə yetirilməmişdir; b) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparılmış cari təmir işlərinin keyfiyyəti 18 may 2020-ci il tarixli 06-20 saylı müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğundur; c) Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binası, həyətyanı sahəsində aparılmalı cari təmir işlərinin dəyəri müqavilə şərtlərinə əsasən 799999,99 (yeddi yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil etməli olduğu halda, aparılmış cari təmir işlərinin dəyəri 337257,02 (üç yüz otuz yeddimin iki yüzəli yeddi manat iki qəpik) manat təşkil edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş hesab-fakturalara uyğun olaraq cari təmir işlərinin aparılması üçün iddiaçı tərəfindən cavabdehin bank hesabına 799999,99 (yeddi yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat köçürülmüşdür. Göründüyü kimi, artıq ödənilmiş məbləğ 462743 (dörd yüz altmış ikimin yeddi yüz qırx üç) manat məbləğində pul təşkil edir. İddiaçı tərəfindən cavabdehə 2022-ci ilin mart və noyabr ayında bildirişlər və mütəxəssis rəyləri göndərilmişdir. Cavabdeh tərəfindən bu bildirişlərə cavab verilərək hər hansı yerinə yetirilməmiş öhdəliklərinin olmamasını vurğulanmış, işləri məhz bu formada qəbul etməyi təklif etmişdir. 17 fevral 2023-cü il tarixdə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək əsassız olduğuna görə iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən hər iki müqavilə üzrə iddiaçı öz iddia tələbində yalnız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 30 dekabr 2021-ci il tarixli, 105 və 106 saylı mütəxəssis rəylərinə əsaslanır, bu da iddiaçının tələblərinin yerinə yetirilməsi üçün əsas ola bilməz. Belə ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bütün münasibətlər sözügedən müqavilələr, həmin müqavilələrə 1 və 2 nömrəli əlavələr və digər hüqüq normaları ilə tənzimlənir. “Abadlıq işlərinin satın alınması” barədə 18 may 2020-ci il tarixli 05-20 saylı müqaviləyə və “Cari təmir işlərinin satın alınması” barədə 18 may 2020-ci il tarixli 06-20 saylı müqaviləyə 1 nömrəli əlavədə müqavilənin xüsusi şərtləri, 2 nömrəli əlavədə isə satın alınacaq abadlıq işlərinin miqdarı və dəyəri (siyahı) Qiymət razılaşma protokolunda öz əksini tapmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları müqavilə öhdəliyinin icrası zamanı bütün dünyanı bürümüş ”Covid-19” pamdemiyasının tüğyan etdiyi bir vaxtda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq universitet qarşısında öz üzərinə götürmüş olduğu müqavilə öhdəliyini yerinə yetirməyə ciddi səy göstərmiş, 18 may 2020-ci il tarixli, 05-2020 saylı müqavilə üzrə 400000 (dörd yüz min) manatlıq abadlıq işləri, 18 may 2020-ci il tarixli, 06-20 saylı müqavilə üzrə isə 779999,99 (yeddi yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz doxsan doqquz) manatlıq cari təmir işləri görülərək universitetə təhvil verilmişdir. Faktiki görülən işlər universitetə təhvil verilmiş elektron qaimələr, hesab-fakturalar və təhvil-təslim aktlarında öz əksini tapmışdır. Göstərilən səkkiz ədəd təhvil-təslim aktı iddiaçıya təqdim edildikdən sonra görülən işlərə birgə baxış keçirmək üçün universitetdən 23 fevral 2021-ci il tarixli, 05-174 saylı bildiriş alınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilə birlikdə obyektə baxış keçirilmiş, görülmüş işlərdə heç bir qüsür və nöqsan aşkar edilməmiş, heç bir akt tərtib edilməmiş və bildiriş verilməmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədə nəzərdə tutulmuş bütün şərtlərə əməl etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəmədə qaldırdığı iddia tələbində öz əksini tapmış bəzi hallar (cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi, bəzi hallarda isə yerinə yetirməkdən imtina etməsi) həqiqətə uyğun deyildir. Belə ki, 18 may 2020-ci il tarixli, 05-20 saylı müqaviləyə əsasən yerinə yetirilməmiş 145019,20 ( bir yüz qırx beş min on doqquz manat iyirmi qəpik) manatlıq abadlıq işlərinin, 18 may 2020-ci il tarixli, 06-20 saylı müqaviləyə əsasən 1715152,80 ( bir milyon yeddi yüz on beş min yüz əlli iki manat səksən qəpik) manatlıq cari təmir işlərinin yerinə yetirilməməsinin təqsiri universitet rəhbərliyindədir. Naməlum səbəblərdən universitet rəhbərliyinin birdən-birə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı münasibəti dəyişmiş və onların göstərişi ilə bütün işlər dayandırılmışdır. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına xx.xx.2022-ci və xx.xx.2022ci il tarixlərdə məktub (bildiriş) göndərilmişdir. Təqribən eyni məzmunda olan hər iki məktuba (bildirişə) xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində dərhal dəqiq və ətraflı şəkildə cavab verilmişdir. İddia ərizəsində göstərilən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçındə faktik olaraq görülmüş abadlıq və cari təmir işlərinin dəyərinin aşağı olması tələbi ağlabatan deyildir. Çünkü bu məsələlərin tənzimlənməsi hər iki müqaviləyə 2 nömrəli əlavələrdə (qiymətlərin razılaşması protokolu) öz əksini tapmışdır. Müqavilələrin 2.4-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilənin məbləği dəyişilməz qalır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 07 iyun 2024-cü il tarixli məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiqi barədə qərar çıxarılmasını xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, müqavilələrin 19.1-ci bəndinə əsasən icraçı müqavilə üzrə gətirilmiş mallara, yerinə yetirilmiş işlərə və göstərilmiş xidmətlərə 12 ay texniki təminat verir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri Vəkil və Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin əsassız olduğunu, mülki qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilələrdə qarantiya müddətinin 1 il təşkil etdiyini, qüsurlar barədə iddiaçının cavabdehə yazılı bildiriş təqdim etmədiyini, cavabdeh tərəfindən artıq işlər görüldüyünü bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunması xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “sifarişçi” İddiaçı ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanunun 40.11-ci maddəsinə uyğun olaraq 18 may 2020-ci il tarixli, 05- 20 və 06-20 nömrəli müqavilələr bağlanmışdır. İş materiallarında olan 18 may 2020-ci il tarixli, 05-20 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi abadlıq işlərinin satın alınması üçün icraçının 545019,2 (beş yüz qırx beş min on doqquz manat iyirmi qəpik) manat məbləğində təklifini qəbul etmişdir. İş materiallarında olan 18 may 2020-ci il tarixli, 06-20 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi cari təmir işlərinin satın alınması üçün icraçının 2515152,79 (iki milyon beş yüz on beş min yüz əlli iki manat yetmiş doqquz qəpik) manat məbləğində təklifini qəbul etmişdir. İş materiallarında olan abadlıq işlərinin satın alınması barədə 18 may 2020-ci il tarixli 05-20 saylı müqaviləyə 2 saylı əlavə olan “Qiymət razılaşma protokolu”nda işlərin qiyməti ƏDV daxil 545019,2 (beş yüz qırx beş min on doqquz manat iyirmi qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan cari təmir işlərinin satın alınması barədə 18 may 2020-ci il tarixli 06-20 saylı müqaviləyə 2 saylı əlavə olan “Qiymət razılaşma protokolu”nda işlərin qiyməti ƏDV daxil 2515152,79 (iki milyon beş yüz on beş min yüz əlli iki manat yetmiş doqquz qəpik) manat müəyyən edilmişdir. Həmin müqavilələrin: - 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan işlərin (siyahı əlavə olunur) təhvil verilməsini öhdəsinə götürür. Görüləcək işlər icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. -2.3-cü bəndinə əsasən sifarişçi həmin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 18-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırılmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. - 19-cu bəndinə əsasən müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, icraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 12 ay müddətinə texniki təminat verir. Təminat müddətində sifarişçi tərəfindən aşkar olunmuş qüsurlar icraçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır. İcraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər. - 1 nömrəli Əlavənin (Müqavilənin Xüsusi Şərtləri) 19-cu maddəsinə əsasən müqavilənin qüvvədə olma müddəti bu müqavilə qüvvəyə mindiyi gündən 12 ay müddətinə qüvvədədir. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə 18 may 2020-ci il tarixli, 05-20 nömrəli müqavilə üzrə 300000 manat dəyərində yerinə yetirilmiş abadlıq işləri ilə əlaqədar 21 may 2020-ci il tarixli EBAK seriyalı 186568 nömrəli və 100000 manat dəyərində yerinə yetirilmiş abadlıq işləri ilə əlaqədar 18 dekabr 2020-ci il tarixli EBAV seriyalı 062449 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə 18 may 2020-ci il tarixli, 06-20 nömrəli müqavilə üzrə 199999,99 manat dəyərində yerinə yetirilmiş cair təmir işləri ilə əlaqədar 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 751190 nömrəli, 150000 manat dəyərində yerinə yetirilmiş cair təmir işləri ilə əlaqədar 10 iyul 2020-ci il tarixli EBAM seriyalı 192262 nömrəli, 150000 manat dəyərində yerinə yetirilmiş cair təmir işləri ilə əlaqədar 20 iyul 2020-ci il tarixli EBAM seriyalı 568057 nömrəli, 75000 manat dəyərində yerinə yetirilmiş cair təmir işləri ilə əlaqədar 27 iyul 2020ci il tarixli EBAM seriyalı 896696 nömrəli, 125000 manat dəyərində yerinə yetirilmiş cair təmir işləri ilə əlaqədar 07 avqust 2020-ci il tarixli EBAN seriyalı 364949 nömrəli, 100000 manat dəyərində yerinə yetirilmiş cair təmir işləri ilə əlaqədar 18 dekabr 2020-ci il tarixli EBAV seriyalı 062220 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə 300000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 21 may 2020-ci il tarixli 039 nömrəli, 199999,99 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 30 iyun 2020-ci il tarixli 044 nömrəli, 150000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 10 iyul 2020-ci il tarixli 045 nömrəli, 150000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 20 iyul 2020-ci il tarixli 047 nömrəli, 75000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 28 iyul 2020-ci il tarixli 050 nömrəli, 125000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 07 avqust 2020ci il tarixli 055 nömrəli, 100000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 18 dekabr 2020-ci il tarixli 105 nömrəli və 100000 manat dəyərində işlərin görülməsi ilə əlaqədar 18 dekabr 2020-ci il tarixli 106 nömrəli hesab-fakturalar təqdim olunmuş və həmin hesabfakturalara “ödənilsin” qeydi ilə iddiaçının rektoru tərəfindən dərkənar qoyulmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21 may 2020-ci il tarixdə ƏDV ilə birlikdə 300000 manat, 30 iyun 2020-ci il tarixdə ƏDV ilə birlikdə 199999,99 manat, 10 iyul 2020-ci il tarixdə ƏDV ilə birlikdə 150000 manat, 20 iyul 2020-ci il tarixdə ƏDV ilə birlikdə 150000 manat, 28 iyul 2020-ci il tarixdə ƏDV ilə birlikdə 75000 manat, 10 və 12 avqust 2020-ci il tarixlərdə ƏDV ilə birlikdə 125000 manat və 24 dekabr 2020-ci il tarixdə ƏDV ilə birlikdə 200000 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli 10/3319 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 05-20 nömrəli müqavilə və ona əlavələr üzrə abadlıq işlərinin dəyəri 461880,68 manat, faktiki olaraq görülmüş abadlıq işlərinin dəyəri isə 338980,06 manat təşkil etdiyini nəzərə alaraq, müqaviləyə olan əlavələr üzrə abadlıq işləri tam yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 05-20 nömrəli müqavilə və ona Əlavələr üzrə faktiki olaraq görülmüş abadlıq işlərindən uzun müddət keçdiyini nəzərə alaraq, görülmüş təmir-tikinti işlərinin keyfiyyətini müqavilədə və ona əlavələrdə göstərilmiş şərtlərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilə və ona Əlavələr üzrə abadlıq işlərinin dəyəri 2131485,42 manat, faktiki olaraq görülmüş abadlıq işlərinin dəyəri 576357,75 manat təşkil etdiyini nəzərə alaraq, müqaviləyə olan əlavələr üzrə abadlıq işləri tam yerinə yetirilmədiyi müəyyən olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilə və ona Əlavələr üzrə faktiki olaraq görülmüş abadlıq işlərindən uzun müddət keçdiyini nəzərə alaraq, görülmüş təmir-tikinti işlərinin keyfiyyəti müqavilədə və ona Əlavələrdə göstərilmiş şərtlərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Rəydə qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 05-20 və 06-20 nömrəli müqavillər üzrə quraşdırılmış avadanlıqların dəyərinin müəyyən olunması tikinti ekspertinin səlahiyətinə aid olmadığından, həmin avadanlıqların dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. İş materiallarında olan 03 may 2024-cü il tarixli 3-16-16/2-10/8825- 9/9271 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 05-20 nömrəli müqavilə və ona əlavələr üzrə abadlıq işlərinin dəyəri 461880,68 manat, faktiki olaraq görülmüş abadlıq işlərinin dəyəri isə 338980,06 (ƏDV-siz) manat təşkil etdiyini nəzərə alaraq, müqaviləyə olan əlavələr üzrə abadlıq işləri tam yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 05-20 nömrəli müqavilə və ona Əlavələr üzrə faktiki olaraq görülmüş abadlıq işlərindən uzun müddət keçdiyini nəzərə alaraq, görülmüş təmir-tikinti işlərinin keyfiyyətini müqavilədə və ona əlavələrdə göstərilmiş şərtlərə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilə və ona Əlavələr üzrə abadlıq işlərinin dəyəri 2131485,42 manat, faktiki olaraq görülmüş abadlıq işlərinin dəyəri 676666,62 manat (ƏDV-siz) təşkil etdiyini nəzərə alaraq, müqaviləyə olan əlavələr üzrə abadlıq işləri tam yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilə və ona Əlavələr üzrə faktiki olaraq görülmüş abadlıq işlərindən uzun müddət keçdiyini nəzərə alaraq, görülmüş təmirtikinti işlərinin keyfiyyəti müqavilədə və ona Əlavələrdə göstərilmiş şərtlərə uyğun olubolmamasını müəyyən etmək mümükün olmamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış sözügedən müqavilələr və ona Əlavələr üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən məhkəməyə təqdim olunmuş cədvəldə qeyd olunan smetada göstərilənlərdən işlərdən 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilə və ona Əlavələr üzrə xx.xx.2020ci il tarixdə yerinə yetirilmiş cari təmir işlər üzrə Divarda dekorativ kabancik ilə üzlənmə işlərinin əvəzinə qips-şpaklyovka ilə dekorativ bəzək ilə üzlənmiş, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixdə yerinə yetirilmiş cari təmir işlər üzrə alüminum çərçivəli pəncərələrin əvəzinə plastik istifadə olunmuş və xx.xx.2020-ci il tarixdə yerinə yetirilmiş cari təmir işlər üzrə PVC qapı-nəfəsliyini əvəzinə şüşə-dəmir qapı istifadə olunmuşdur. Həmin fərqli yerinə yetirilmiş cari təmir işlərinin dəyəri Forma 2 aktlar üzrə 6567 manat, faktiki isə 5266,8 manat təşkil etmişdir. “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun: - 1.1.21-ci maddəsinə görə satınalma müqaviləsi – qalib gələn və ya bir mənbədən satınalma metodu üzrə seçilən təchizatçı ilə satınalan təşkilat arasında bağlanan və satınalma predmetinin satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir. - 38.6-cı maddəsinə əsasən satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 763.1-c maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanunun 40.11-ci maddəsinə uyğun olaraq 18 may 2020-ci il tarixli, 05-20 və 06-20 nömrəli müqavilələr bağlanmış və onlar arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdıır. 18 may 2020-ci il tarixli, 05-20 nömrəli müqaviləyə əsasən əsasən sifarişçi abadlıq işlərinin satın alınması üçün icraçının 545019,2 (beş yüz qırx beş min on doqquz manat iyirmi qəpik) manat məbləğində, 18 may 2020-ci il tarixli, 06-20 nömrəli müqaviləyə əsasən isə sifarişçi cari təmir işlərinin satın alınması üçün icraçının 2515152,79 (iki milyon beş yüz on beş min yüz əlli iki manat yetmiş doqquz qəpik) manat məbləğində təklifini qəbul etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 may 2020-ci il tarixli, 05-20 nömrəli müqavilə üzrə 400000 manat dəyərində abadlıq işlərinin və 18 may 2020-ci il tarixli, 06-20 nömrəli müqavilə üzrə 799999,99 manat dəyərində cari təmir işlərinin görülməsi ilə əlaqədar iddiaçıya elektron qaimələr və hesab fakturalar təqdim edilmiş, hesab fakturalara “ödənilsin” qeydi ilə iddiaçının rektoru tərəfindən dərkənar qoyulduqdan sonra bank köçürməsi yolu ilə həmin məbləğlər cavabdehin hesabına ödənilmişdir. Sonradan iddiaçının sifarişi əsasında “X2 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Həmin MMC-nin tərtib etdiyi 30 dekabr 2021-ci il tarixli 104 nömrəli rəyində göstərilmişdir ki, 18 may 2020-ci il tarixli № 06-20 saylı müqaviləyə uyğun olaraq aparılmış cari təmir işləri faktiki olaraq müqavilədə nəzərdə tutulan həcmdə yerinə yetirilməmişdir, ADNSU-da aparılmış cari təmir işlərinin keyfiyyəti 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğundur, ADNSU-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 20 ünvanında yerləşən tədris binası, həyətyanı sahədə aparılmalı cari təmir işlərinin dəyəri müqavilə şərtlərinə əsasən 799999,99 (yeddi yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil etməli olduğu halda, aparılmış can təmir işlərinin dəyəri təqribən 337257,02 (üç yüz otuz yeddi min iki yüz əlli yeddi manat iki qəpik) manat təşkil edir. 30 dekabr 2021-ci il tarixli 105 nömrəli rəydə isə göstərilmişdir ki, 18 may 2020-ci il tarixli № 05-20 saylı müqaviləyə uyğun olaraq aparılmış cari təmir işləri faktiki olaraq müqavilədə nəzərdə tutulan həcmdə yerinə yetirilməmişdir, ADNSU-da aparılmış cari təmir işlərinin keyfiyyəti 18 may 2020-ci il tarixli 05-20 nömrəli müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğundur, ADNSU-nun Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 20 ünvanında yerləşən tədris binası, həyətyanı sahədə aparılmalı cari təmir işlərinin dəyəri müqavilə şərtlərinə əsasən 545019.2 (beş yüz qırx beş mln on doqquz manat iyirmi qəpik) manat təşkil etməli olduğu halda, aparılmış can təmir işlərinin dəyəri təqribən 230124,21 (iki yüz otuz min yüz iyirmi dörd manat, iyirmi bir qəpik) manat təşkil edir. Bundan sonra 11 mart və 02 noyabr 2022-ci il tarixlərdə iddiaçı tərəfindən cavabdehə məktublar göndərilərək 30 dekabr 2021-ci il tarixli 104 və 105 nömrəli mütəxəssis rəylərinin nəticələri barədə məlumat verilmiş, 18 may 2020-ci il tarixli 05-20 nömrəli müqavilə üzrə abadlıq işlərinin aparılması üçün artıq ödənilmiş 169875,79 (bir yüz altmış doqquz min səkkiz yüz yetmiş beş manat yetmiş doqquz qəpik) manat məbləğində və 18 may 2020-ci il tarixli 06-20 nömrəli müqavilə üzrə cari təmir işlərinin aparılması üçün artıq ödənilmiş 462743 (dörd yüz altmış iki min yeddi yüz qırx üç) manat məbləğində pul vəsaitinin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər keçirilmiş tenderin nəticəsinə əsasən satınalma müqaviləsi bağlamış, müqavilənin ümumi qiymətini, eyni zamanda Qiymətlərin razılaşma protokollarında yerinə yetirəcək işlərin ayr-ayrılıqda qiymətini müəyyən etmişlər. Cair təmir və abadlıq işlərinin dəyəri müqavilələrə 2 saylı Əlavə olan Qiymətlərin razılaşma protokolunda razılaşdırılmış qiymət üzrə ödənilməli olduğundan iddiaçının həmin işləri mütəxəssisin müəyyən etdiyi qiymətlər əsasında yenidən hesabladaraq ödədiyi vəsaitin bir hissəsinin qaytarılmasına dair iddiasının qanuni əsası yoxdur. Bundan əlavə müqavilələrin 18-ci bəndində müqavilənin icrası müddətində siifarişçinin aşkar olunmuş qüsurlar barədə icraçıya dərhal bildiriş verməsi və bildirişdə qüsurların aradan qaldırılması üçün müddət müəyyən etməsi, qüsurlar aradan qaldırılmadıqda sifarişçinin həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayıb və icraçıya ödəniləcək məbləğdən çıxması, habelə müqavilələrin 19-cu bəndində xüsusi şərtlərdə digər tələblər nəzərdə tutulmayıbsa, icraçının müqavilə çərçivəsində gətirilmiş mallara, yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə 12 ay texniki təminat verməsi, təminat müddətində aşkar olunmuş qüsurlar göstərilmiş müddətdə aradan qaldırmazsa, sifarişçinin cərimə sanksiyaları tətbiq edə bilməsi göstərilmişdir. Lakin iddiaçı həmin müqavilələrdə və Mülki Məcəllədə nəzərdə tutulmuş qüsurların aradan qaldırılması ilə bağlı hüquqlarından istifadə etməmişdir. Buna görə cavabdeh tərəfindən sonuncu dəfə 2020-ci ilin dekabr ayında elektron-qaimə və hesab faktura göndərilməsinə və İddiaçı tərəfindən ödəniş edilməsinə baxmayaraq iddaçı tərəfindən bir il üç ay və bir il on bir ay sonra məktub göndərilərək bu hallara istinad edilməklə ödədiyi vəsaiti geri tələb etməsi əsassızdır. Məhkəmə qeyd edir ki, işlərin görülməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş təhvil-təslim aktları İddiaçı tərəfindən imzalanmasa da, cavabdeh tərəfindən iddaçıya elektron qaimələr göndərilmiş, iddiaçı həmin qaimələr üzrə işlərin yerinə yetirilməsinə etiraz etməmiş və qaimələrə istinad etməklə ödənişlər həyata keçirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və 03 may 2024-cü il tarixli 3-16- 16/2-10/8825- 9/9271 nömrəli ekspert rəyində 18 may 2020-ci il tarixli, 05-20 nömrəli müqavilə üzrə faktiki olaraq görülmüş abadlıq işlərin dəyərinin ƏDV-siz 338980,06 manat, 18 may 2020-ci il tarixli, 06-20 nömrəli müqavilə üzrə faktiki olaraq görülmüş cari təmir işlərin dəyərinin ƏDV-siz 676666,62 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə də 18 may 2020-ci il tarixli, 05-20 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğdə abadlıq işlərinin görüldüyü, 18 may 2020-ci il tarixli, 06-20 nömrəli müqavilə üzrə isə təhvil-təslim aktlarında göstərilən cari təmir işlərinin isə cüzi fərq nəzərə alınmaqla yerinə yetirildiyi müəyyən edilmişdir. Bildirilir ki, araşdırılan mübahisə üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə təqdim edərək iddia müddətinin tətbiqi barədə qərar çıxarılmasını xahiş etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenum qərarında göstərilən hüquqi mövqeni nəzərə alaraq məhkəmə iddia tələbi əsassız olduğundan cavabdehin nümayəndəsinin təqdim etdiyi iddia müddətinin tətbiq olunması barədə ərizənin tərəflər arasında yaranmış mövcud mübahisəyə tətbiqini zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar