Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1117/2022 12.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Allahverdiyev Ramin Hüseyn oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 03 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 14383,50 (on dörd min üç yüz səksən üç manat 50 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133,15 (yüz otuz üç manat 15 qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış 12 avqust 2020-ci il tarixli 065/2020 saylı “Alqı-satqı” Müqaviləsinin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh ümumi dəyəri 14383,50 (on dörd min üç yüz səksən üç manat 50 qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, alıcı Cavabdeh isə Müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən o, malların dəyərini pul şəklində 5 (beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra alıcı Cavabdeh satıcı İddiaçı MMC-nin rəhbərliyinə yazdığı 12 avqust 2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və beş ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan 14383,50 (on dörd min üç yüz səksən üç manat 50 qəpik) manat məbləğində borcunu bu günədək ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsi və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışdır. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin də təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və müqavilə üzrə ödənilməmiş 14383,50 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133,15 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli “Məhsulların nisyə alqısatqısı” Müqaviləsinin şərtlərinə görə, "Satıcı" "Alıcı"ya nisyə (borc) olaraq ümumi dəyəri 14383,50 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır (1-ci bənd). Həmin Müqavilənin 2-ci bəndinə əsasən, "Alıcı" "Satıcı"dan ümumi dəyəri 14383,50 məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “Alıcı” “Satıcı”ya 14383,50 manat məbləğində olan borcunu 5 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 12 avqust 2020-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, alıcı Cavabdeh 12 avqust 2020-ci ildə satıcı İddiaçındən 12189,52 (on iki min yüz səksən doqquz manat 52 qəpik) manat məbləğində malların dəyəri və 2193,98 (iki min yüz doxsan üç manat 98 qəpik) manat məbləğində X1maqla, yəni ƏDV daxil cəmi 14383,50 (on dörd min üç yüz səksən üç manat 50 qəpik) manat məbləğində müxtəlif adda və çeşiddə məhsulları (içkiləri) təhvil almışdır (12189,52 manat malın dəyəri + 2193,98 manat ƏDV = 14383,50 manat). İş materiallarında olan kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 12 avqust 2020-ci il tarixli “Borcun etirafı haqqında mücərrəd Müqavilə”də Kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullara görə Borclunun Kreditora ümumilikdə 14383,50 manat məbləğində borcu yarandığı qeyd olunmuşdur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Borclu borc məbləğini bu Müqavilə bağlandıqdan sonra hər ay 2876,70 manat olmaqla, 12 yanvar 2021-ci il tarixinədək tam olaraq Kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli 0215 nömrəli Maliyyə Arayışından görünür ki, 05 avqust 2022-ci il tarixinə alıcı Cavabdeh 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 14383,50 (beş min beş yüz doxsan iki) manat məbləğində borcu vardır. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediasiya sessiyası təşkil edilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən 133,15 (yüz otuz üç manat 15 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında müxtəlif çeşidli məhsulların nisyə alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçındən 12189,52 (on iki min yüz səksən doqquz manat 52 qəpik) manat dəyərində müxtəlif içki məhsullarını nisyə almışdır və həmin 12189,52 (on iki min yüz səksən doqquz manat 52 qəpik) manat dəyərində satılan məhsullara görə 2193,98 (iki min yüz doxsan üç manat 98 qəpik) manat məbləğində X3 (ƏDV) hesablanmışdır (12 avqust 2020-ci il tarixli Təhvil- Təslim Aktı). Buna görə də, tərəflər arasında baş tutmuş həmin alqı-satqı üzrə Alıcının (cavabdehin) borcu 12189,52 manat məbləğində malların dəyəri və 2193,98 manat məbləğində ƏDV olmaqla, ümumilikdə cəmi 14383,50 manat miqdarında müəyyən edilərək, hazırkı iddia ərizəsində ödənilməmiş cəmi 14383,50 manat məbləğində borcun Cavabdeh tutulması xahiş olunmuşdur. Lakin, iş materiallarında olan 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı” müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 12 avqust 2020-ci il tarixli Təhvil-Təslim Aktında alıcı Cavabdeh 12 avqust 2020-ci ildə satıcı İddiaçındən 12189,52 manat məbləğində malların dəyəri və 2193,98 manat məbləğində hesablanmış ƏDV olmaqla, ümumilikdə ƏDV daxil cəmi 14383,50 manat miqdarında müxtəlif adda məhsulları təhvil aldığı qeyd olunsa da, iddiaçının izahatı, iddia ərizəsinin məzmunu və iş materiallarında olan digər sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı MMC tərəfindən müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli Müqavilə əsasında baş tutmuş alqı-satqı üzrə ƏDV daxil cəmi 14383,50 manat miqdarında borcunun ödənilməsi ilə əlaqədar mövcud Qanunvericiliyin müəyyən etdiyi qaydada Elektron Qaimə təqdim olunmamış və həmin alqı-satqı üzrə maliyyə-mahasibatlıq əməliyyatı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmi qeydiyyata (uçota) alınmayaraq, ƏDV hesablaşması və ödənilməsi aparılmamışdır. Yəni, 12 avqust 2020-ci tarixli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi ilə əlaqədar Satıcı (iddiaçı) tərəfindən müvafiq qaydada Elektron Qaimə tərtib edilərək Alıcı (cavabdeh) tərəfə təqdim edilmədiyindən, həmin alqı-satqı üzrə Elektron Qaimə verildiyi halda hesablanaraq tutulmalı olan 2193,98 (iki min yüz doxsan üç manat 98 qəpik) manat miqdarında ƏDV məbləği Satıcı tərəfindən müvafiq qaydada ƏDV hesabına ödənilməmişdir. Belə olan halda, yəni baş tutmuş alqı-satqı üzrə Elektron Qaimə vermədiyinə görə Satıcı (iddiaçı) tərəfindən ƏDV hesablanmamış və müvafiq qaydada ödənməmişdir. Halbuki, məlum alqısatqı üzrə müvafiq qaydada elektron qaimənin də tərtib edilərək təqdim olunması Satıcının (iddiaçının) vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi üzrə malların satışı ilə əlaqədar Alıcının (cavabdehin) alınmış malların dəyəri olan cəmi 12189,52 manat məbləğində ödənilməmiş borcu vardır. Çünki, malların alqı-satqısı ilə əlaqədar alıcı Cavabdeh müvafiq qaydada elektron qaimənin təqdim edilməsi iş materialları ilə sübuta yetirilməmişdir və cavabdehə təqdim olunmuş “elektron qaimə” olmadığından, həmin nisyə satılmış mallara görə ödənilməli olan 12189,52 manat əsas borc üzrə “X3” (ƏDV) kimi nəzərdə tutulan 2193,98 (iki min yüz doxsan üç manat 98 qəpik) manat məbləğində pulun əvəzinin cavabdehdən tələb olunmasının əsaslılığı - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, xidmət göstərmiş (mal satmış) tərəf xidmətinə (alqı-satqıya) görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDV-ni Dövlət Büdcəsinə ödəmiş olduğu halda (qanunvericiliyin tələb etdiyi qaydada “elektron-qaimə” təqdim etməklə), onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (alıcıdan cavabdehdən) tələb etmək hüququ yaranmış olardı. Yəni, satdığı mala (göstərdiyi xidmətə) görə xidmət haqqı kimi yaranmış borcunu tələb edən iddiaçı tərəfin (Satıcının) həmin xidmətlər üzrə “elektron-qaimə” təqdim etmədiyinə görə, müvafiq qaydada hesablanaraq Dövlət Büdcəsinə ödənilməmiş “2193,98 manat məbləğində ƏDV-nin” əvəzinin də hazırkı iddia tələbində malların dəyəri olan əsas borc məbləğinə daxil edilməklə, cavabdehdən “iddiaçının xeyrinə tutulmasını” tələb etməsi - tamamilə əsassızdır. Çünki, məlum alqı-satqı üzrə müvafiq qaydada elektron qaimənin tərtib edilərək hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Alıcıya təqdim olunması Satıcının (iddiaçının) vəzifəsi olmuşdur. Belə olan halda isə, 12 avqust 2020-ci il tarixli 065/2020 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi üzrə ödənilməmiş borc ümumilikdə 12189,52 (on iki min yüz səksən doqquz manat 52 qəpik) manat təşkil edəcəkdir (14383,50 əsas borc – 2193,98 ƏDV məbləği = cəmi 12189,52 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 12189,52 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,57 (yüz iyirmi altı manat 57 qəpik) manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 12189,52 (on iki min yüz səksən doqquz manat 52 qəpik) manat məbləğində əsas borc və 126,57 (yüz iyirmi altı manat 57 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12316,09 (on iki min üç yüz on altı manat 09 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1117/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1117/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver