Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1133/2025 17.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2293,21 (iki min iki yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 429,82 (dörd yüz iyirmi doqquz manat səksən iki qəpik) manat məbləğində cərimə və 47,25 (qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2770,28 (iki min yeddi yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “MKT-Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 24 284 381 saylı 2024-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 3643,17 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq son nəticədə cavabdehin təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 2293,21 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləriqeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin məbləği 429,82 manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. İddiaçı 17 iyul 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2293,21 (iki min iki yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 429,82 (dörd yüz iyirmi doqquz manat səksən iki qəpik) manat məbləğində cərimə və 47,25 (qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2770,28 (iki min yeddi yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı adını dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətinin davam etdirilməsi barədə qərar qəbul etmiş və yeni ad 09 iyul 2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. İddiaçı 17 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 02 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, 2293,21 (iki min iki yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində əsas borcu qəbul etdiyini, lakin cərimə borcu ilə razılaşmadığını bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə satıcı Cavabdeh arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli 24 284 381 nömrəli xampambığın alqı-satqı müqaviləsinin 1.1-ci bədinə əsasən müqavilənin predmeti 2024-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödəniləməsindən ibarətdir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən təhvil verilmiş xam pambığın növü və nəmlik göstəricisindən asılı olaraq alıcı tərəfindən xam pambığın qurudulmasına çəkilən xərclər hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən “Qiymətlərin razılaşdırma protokolunda” müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşmalar aparılan zaman stıcı tərəfindən alıcıya ödəniləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xampambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1% həcmdə alıcıya cərimə ödəyir. Əsas borc dedikdə bu müqavilə ilə bağlı satıcı tərəfindən alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli 24 284 381 nömrəli xam-pambığın alqı-satqı müqaviləsinə Əlavə olan 21 dekabr 2023-cü il tarixli Qiymətlərin razılaşdırılma protokoluna əsasən satıcı tərəfindən alıcıya təhvil verilən 1 (bir) ton (kondisiya çəkidə) xam pambığın satınalma qiyməti, eyni zamanda alıcı tərəfindən satıcıya göstərilən aqrotexniki xidmətlərin qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli 80 007 601 nömrəli xidmət təhvil aktına əsasən 71,40 manat, 31 may 2024-cü il tarixli 80 008 681 nömrəli xidmət təhvil aktına əsasən 76,14 manat, 19 iyun 2024-cü il tarixli 80 009 526 nömrəli xidmət təhvil aktına əsasən 147,90 manat, 27 iyun 2024-cü il tarixli 80 010 093 nömrəli xidmət təhvil aktına əsasən 69,60 manat, 29 iyun 2024-cü il tarixli 80 010 663 nömrəli xidmət təhvil aktına əsasən 67,68 manat, 17 iyul 2024-cü il tarixli 80 011 446 nömrəli xidmət təhvil aktına əsasən 69,60 manat, 31 iyul 2024-cü il tarixli 80 012 257 nömrəli xidmət təhvil aktına əsasən 69,60 manat, 17 avqust 2024-cü il tarixli 80 012 915 nömrəli xidmət təhvil aktına əsasən 217,50 manat, 25 noyabr 2024-cü il tarixli 80 010 710 nömrəli xidmət təhvil aktına əsasən 69,60 manat və 15 dekabr 2024-cü il tarixli 8 572 904 nömrəli iş aktına əsasən 630 manat dəyərində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh avans şərt əsasında xidmət göstərilmişdir. İş materiallarında olan 15 ədəd qaimədən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdeh 2148,10 manat dəyərində mal təhvil verilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli 545230 nömrəli pambıq qəbul qəbzinə əsasən Cavabdeh 1349,96 manat dəyərində xam pambığı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə təhvil vermişdir. İş materiallarında olan iddia tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, 21 dekabr 2023-cü il tarixli 24 284 381 nömrəli xampambığın alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 12 may 2025-ci il tarixinə 2293,21 manat əsas, 429,82 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 21 dekabr 2023-cü il tarixli 24 284 381 nömrəli xam-pambığın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xam pambığın istehsalı üçün 3643,17 manat dəyərində mal və xidmətlər təqdim edilmiş, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin mal və xidmətlərin dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 21 dekabr 2023-cü il tarixli 24 284 381 nömrəli xam-pambığın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2293,21 (iki min iki yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən cərimə (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə hərəkətin edildiyi andan tutulmalıdır. Cərimənun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimənu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 429,82 (dörd yüz iyirmi doqquz manat səksən iki qəpik) manat məbləğində cərimənun tutulması” hissəsi isə qismən təmin olunmalı və cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi, işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “47,25 (qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 43,93 (qırx üç manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2293,21 (iki min iki yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə və 43,93 (qırx üç manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2437,14 (iki min dörd yüz otuz yeddi manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2293,21 (iki min iki yüz doxsan üç manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə və 43,93 (qırx üç manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2437,14 (iki min dörd yüz otuz yeddi manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1133/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1133/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver