Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1139/2024 10.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı 20 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 4754,79 manat məbləğində əsas borcun, 3470 manat məbləğində cərimə borcunun, 120 manat məbləğində xidmət haqqının və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəl ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fiziki şəxs X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsinə uyğun olaraq satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcı X4 onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fiziki şəxs X4 malların Təhvil-Qəbul Aktları əsasında ƏDV xaric ümumilikdə 13911,49 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh borc məbləğindən 9156,70 manat ödəsədə 4754,79 manat əsas borc ödənilməmişdir. “Məhsulların alğı-satqı” müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-ci bəndinə görə alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, fiziki şəxs X5 və fiziki şəxs Cavabdeh arasında bağlanmış “X2 Əlavə Razılaşma”ya əsasən fiziki şəxs Cavabdeh həmin borcun ödənilməsini öz üzərinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə İddiaçı pozulmuş hüquqlarımızın bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının iddaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə Alıcı – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 (VÖEN **********) arasında 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğısatqı” müqaviləsi bağlanmışdır.
8. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.
9. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir.
10. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 (otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəməlidir.
11. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olma müddəti başa çatanadək ona xitam vermək və yaxud şərtlərinin dəyişdirilməsi barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə, bu müqavilə eyni şərtlərlə və eyni müddətə təkrar uzadılmış hesab olunur.
12. İş materiallarında olan öhdəlik götürən Cavabdeh və öhdəlik ötürən X5 tərəfindən öz imzaları ilə təsdiqlənmiş “X2” Əlavə Razılaşmayə əsasən, öhdəlik götürən Cavabdeh (VÖEN **********) satıcı İddiaçı (VÖEN **********) ilə öhdəlik ötürən X5 (VÖEN **********) arasında bağlanmış 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə (2.1 maddədə göstərilmiş) öhdəlikləri öz üzərinə götürür.
13. Həmin Razılaşmanın 2.1-ci bəndinə əsasən, əsas müqavilə üzrə öhdəlik götürənin ödəməli olduğu 4754,79 manat pul vəsaitinin öhdəlik götürən tərəfindən satıcıya ödənilməsi öhdəlik ötürən tərəfindən öhdəlik götürənə ötürülən öhdəlikdir.
14. Həmin Razılaşmanın 2.2-ci bəndinə əsasən, şirkət öz növbəsində bu razılaşmanın predmeti olan öhdəliklərin ötürülməsinə və digər tərəfin ödəlikləri qəbul etməsinə etiraz etmədiyini bəyan edir.
15. Həmin Razılaşmanın 3.2-ci bəndinə əsasən, öhdəlik götürən bu razılaşma ilə əsas müqavilənin tam mətnini oxuduğunu, o cümlədən öhdəlik və digər şərtlərlə tanış olduğunu qəbul edir.
16. İş materiallarında olan 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsinin icrası ilə əlaqədar 31 avqust 2022-ci il tarixli HBN/7 seriyalı 920772 nömrəli malların Təhvil-Qəbul Aktına əsasən, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı X4 cəmi 5454,79 (beş min dörd yüz əlli dörd manat 79 qəpik) manat dəyərində müxtəlif adda mallar təhvil verilmişdir (4622,70 manat malın dəyəri + 832,09 manat ƏDV).
17. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə cəmi 13911,49 manat məbləğində mallar alınmış və bunlardan 9156,70 manat məbləğində pul ödənilmiş və alıcı X1 İddiaçınə 13 iyun 2023-cü il tarixə cəmi 4754,79 (dörd min yeddi yüz əlli dörd manat, 79 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır.
18. İş materialları ilə müəyyən olunur ki, “X2” Əlavə Razılaşmayə əsasən X5 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə öhdəliklərini Cavabdeh ötürməsi nəticəsində Cavabdeh satıcı İddiaçınə cəmi 4754,79 (dörd min yeddi yüz əlli dörd manat, 79 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 20 Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə yaranmış 4754,79 (dörd min yeddi yüz əlli dörd manat, 79 qəpik) manat borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə 4754,79 manat məbləğində əsas borcun, 3470 manat məbləğində cərimə borcunun, 120 manat məbləğində xidmət haqqının və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur.
23. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
28. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
31. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).
33. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
35. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi əsasında bağlanmış “X2” Əlavə Razılaşma üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, 14 yanvar 2017-ci il tarixli “Məhsulların alğı-satqı” müqaviləsi üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 4754,79 (dörd min yeddi yüz əlli dörd manat, 79 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
36. Eləcə də, məhkəmə hesab edir ki, iddianın Cavabdeh iddiaçının xeyrinə 3740 manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, tələb edilən dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 237 (iki yüz otuz yeddi manat) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Eyni zamanda, cavabdehdən “120 manat məbləğində xidmət haqqının tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə pul vəsaitinin nümayəndəyə (vəkilə) ödənilmiş olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki- Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həqiqətən və zərurətlə xərcləndiyi müəyyən olunduğu halda, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” tutulmasına yol verilir. Ona görə də, əsaslılığı sübut olunmadığı üçün “120 manat məbləğində xidmət haqqının tutulması” hissəsində iddia tələbi təmin olunmamalıdır.
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
47. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 4754,79 manat məbləğində əsas borc və 237 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.
48. Eləcə də, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 103 (yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
49. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 4754,79 (dörd min yeddi yüz əlli dörd manat 79 qəpik) manat məbləğində əsas borc, 237 (iki yüz otuz yeddi) manat məbləğində cərimə və 103 (yüz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5094,79 (beş min doxsan dörd manat 79 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İslam Əliyev