Məhkəmə qərarları › İş №e-2-2(119)-114/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-114/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-114/2025 08.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində faiz borcu və 160 (yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 21984 (iyirmi bir min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2024-cü il tarixli 156/CLAS/AGR nömrəli müqaviləyə əsasən İddiaçınə məxsus 176 ədəd Nərgiz döşək malının Cavabdehnə satışı həyata keçirilərək həmin müqavilə üzrə müəyyən edilmiş öhdəliklər iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmiş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da, Agro Prof” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borcu, gecikən günlər üçün 2000 (iki min) manat məbləğində faiz borcu yaranmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 05 dekabr 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək Cavabdehndən 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində dəbbə pulu və 160 (yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 21984 (iyirmi bir min doqquz yüz səksən dörd) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni müdafiə edib, həmin ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 15 iyun 2024-cü il tarixli, 156/CLS/AGR saylı alqı-satqı müqaviləsinə əsasən satıcı miqdarı, məbləği və digər xüsusiyyətləri bu müqavilənin şərtləri çərçivəsində müəyyən edilmiş 30 ədəd (90*190 ölçülərində) Nərgiz döşək, 30 ədəd (180*200 ölçülərində) Nərgiz məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini bu müqavilənin şərtləri çərçivəsində satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə satılan malların ümumi dəyəri 30 ədəd 90*190 ölçülərində və 30 ədəd 180*200 ölçülərində Nərgiz döşək olmaqla, cəmi 9204 (doqquz min iki yüz dörd) manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satılan malların dəyəri satıcı tərəfindən müvafiq elektron faktura təqdim edildikdən sonra 5 (beş) təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə əlavə malların alqısatqısı müvafiq qiymət razılaşdırma protokollarının ikitərəfli sürətdə imzalanması ilə həyata keçirilə bilər. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən alıcı malların dəyərini vaxtında ödəmədikdə, o hər ötən gün üçün müvafiq qaimə-fakturada qeyd edilmiş məbləğin 0,1%-i həcmində, lakin müvafiq qaimə-fakturada qeyd edilmiş məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli, 001/24 saylı təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 30 ədəd 90*190 ölçülərində və 30 ədəd 180*200 ölçülərində, ümumilikdə dəyəri 9204 (doqquz iki yüz dörd) manat olan Nərgiz döşək təhvil verilmişdir. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli, 001/24 saylı təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 30 ədəd 160*200 ölçülərində və 30 ədəd ölçüsü 90*200 ölçülərində, ümumilikdə dəyəri 8496 (səkkiz dörd yüz doxsan altı) manat olan Nərgiz döşək təhvil verilmişdir. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli, 001/24 saylı təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 20 ədəd 90*200 ölçülərində dəyəri 2124 (iki min yüz iyirmi dörd) manat olan Nərgiz döşək təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 9204 (doqquz iki yüz dörd) manat dəyərində malların satılması ilə əlaqədar 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11003608 nömrəli, 8496 (səkkiz dörd yüz doxsan altı) manat dəyərində malların satılması ilə əlaqədar 25 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11379649 nömrəli, 2124 (iki min yüz iyirmi dörd) manat dəyərində malların satılması ilə əlaqədar 27 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11466067 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 15 iyun 2024-cü il tarixli, 156/CLS/AGR nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat dəyərində Nərgiz döşək malları cavabdehə satılmışdır. Lakin cavabdeh həmin malların dəyərini ödəmədiyindən İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında 15 iyun 2024-cü il tarixli, 156/CLS/AGR nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın “cavabdehdən iddiaçının xeyrinə 2000 (iki min) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1000 (min) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “160 (yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 152,47 (yüz əlli iki manat qırx yeddi qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdehndən 152,47 (yüz əlli iki manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində dəbbə pulu və 152,47 (yüz əlli iki manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20976,47 (iyirmi min doqquz yüz yetmiş altı manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 19824 (on doqquz min səkkiz yüz iyirmi dörd) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində dəbbə pulu və 152,47 (yüz əlli iki manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20976,47 (iyirmi min doqquz yüz yetmiş altı manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar