Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1145/2023 18.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən İddiaçı xeyrinə təhvil verilmiş (satılmış) mallara görə yaranmış ƏDV daxil 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat əsas borcun, ƏDV xaric 3000 (üç min) manat cərimə və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 064-21 S saylı alqı-satqı müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı malları təchiz edir, Cavabdeh isə həmin malları alır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən Cavabdeh təchiz edilmiş malların dəyərini təqdim edilmiş hesab əsasında 20 (iyirmi) gün müddətində İddiaçınə ödəməlidir. Müqavilə üzrə İddiaçı üzərinə düşən öhdəlikləri icra edərək müvafiq qaydada təsdiqlənmiş təhvil-təslim aktları əsasında müxtəlif tarixlərdə malları təhvil verməsinə baxmayaraq Cavabdeh müqavilənin 2.3.1-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir. İddiaçı tərəfindən telefon vasitəsi ilə əlaqə saxlanılıb borcun ödənilməsi tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və Cavabdeh tərəfindən borcun ödənilməsinin vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Cavabdeh hal-hazırda İddiaçınə olan borcu ƏDV daxil 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat təşkil edir. İddiaçı tərəfindən hazırkı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə həm rəsmi poçt vasitəsi, həm də elektron kabinet vasitəsi ilə pretenziya məktubu göndərilmiş lakin, cavabdeh müəssisə hər hansı münasibət bildirməmişdir. Eyni zamanda iddiaçı tərəfindən hazırkı mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsi ilə həll edilməsi təklif edilsə də, cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və mediasiya sessiyasında iştirak edilməmişdir. Mediasiya prosesi üçün İddiaçı tərəfindən 200 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, S.İ.G.N LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə ümumilikdə 78401,56 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimələr göndərildiyini, 212,40 manat dəyərində malın satılması ilə əlaqədar 08 iyun 2022-ci il tarixdə göndərilmiş elekton qaimə üzrə təhvil-təslim aktı olmadığından həmin məbləğin cavabdehdən tələb edilmədiyini və cavabdeh tərəfindən ƏDV daxil cəmi 56905,50 manat ödəniş edildiyini bildirmişdir. İddia ərizəsində tələb olunan məbləğin xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli elektron qaimələr ilə bağlı olduğunu qeyd etmişdir. Bundan başqa o, iddia ərizəsində 200 manat məbləğində dövlət rüsumunun tutulması yazılarkən mediasiya xərcinin nəzərdə tutulduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə gəlmiş tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 14 iyun 2021-ci il tarixli 064-21 S nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə malı alıcının mülkiyyətinə verməyi, alıcı isə təqdim edilmiş malların hazırkı müqavilə ilə müəyyən olunmuş dəyərini alıcıya ödəməyi öhdəyə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Əlavədə göstərilən malların dəyərini müqavilə bağlandıqdan və Satıcı tərəfindən hesab-faktura və ya elektron qaimə-faktura (invoys) təqdim edildikdən sonra 20 gün müddətində ödəmək və hazırkı müqavilənin 2.3.1-ci bəndində göstərilən müddətdə təqdim edilmiş malların dəyəri “alıcı” tərəfindən ödənilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həddində cərimə ödəmək alıcının vəzifəsidir. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə ümumilikdə 78401,56 manat dəyərində malların satılması ilə əlaqədar 10 avqust 2021-ci il tarixindən 11 avqust 2022-ci il tarixinədək 28 ədəd elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 2390,68 manat dəyərində malların satılması ilə əlaqədar 26 aprel 2022-ci il tarixli EBBV seriyalı, 206726 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 403,56 manat dəyərində malların satılması ilə əlaqədar 04 may 2022-ci il tarixli EBBV seriyalı, 644635 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 2803,68 manat dəyərində malların satılması ilə əlaqədar 20 may 2022-ci il tarixli EBBW seriyalı, 587191 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 3433,80 manat dəyərində malların satılması ilə əlaqədar 29 iyun 2022-ci il tarixli EBBZ seriyalı, 084860 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 7858,80 manat dəyərində malların satılması ilə əlaqədar 22 iyul 2022-ci il tarixli EBBV seriyalı, 246393 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 2876,84 manat dəyərində malların satılması ilə əlaqədar 05 avqust 2022-ci il tarixli EBCB seriyalı, 282243 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə 1575,30 manat dəyərində malların satılması ilə əlaqədar 11 avqust 2022-ci il tarixli EBCB seriyalı, 294400 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 07 iyul 2021-ci il tarixdə 3618 manat, 16 avqust 2021-ci il tarixdə 4200 manat, 31 avqust 2021-ci il tarixdə 4401,20 manat, 01 oktyabr 2021-ci il tarixdə 1079 manat, 29 dekabr 2021-ci il tarixdə 12423 manat və 7077,50 manat, 07 aprel 2022-ci il tarixdə 4013 manat, 13 iyul 2022-ci il tarixdə 11413,50 manat olmaqla, ümumilikdə 48225,2 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 06 iyul 2021-ci il tarixdə 651 manat, 16 avqust 2021-ci il tarixdə 756 manat, 31 avqust 2021-ci il tarixdə 792,22 manat, 30 sentyabr 2021-ci il tarixdə 194,22 manat, 28 dekabr 2021-ci il tarixdə 2236,14 manat, 29 dekabr 2021-ci il tarixdə 1273,95 manat, 07 aprel 2022-ci il tarixdə 722,34 manat, 13 iyul 2021-ci il tarixdə 2054,43 manat olmaqla, cəmi 8680,30 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim 30 noyabr 2023-cü il tarixli 45 nömrəli maliyyə arayışından görünür ki, 01 avqust 2021-ci il tarixindən 31 avqust 2022-ci il tarixinədək olan dövr ərzində İddiaçı tərəfindən Cavabdehnə ƏDV daxil 78401,56 manat dəyərində mal təqdim olunmuş və həmin dövr ərzində Cavabdeh tərəfindən ƏDV daxil 56905,50 manat dəyərində ödəniş edilmişdir. 30 noyabr 2023-cü il tarixinə olan borc 21283,66 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 14 iyun 2021-ci il tarixli 064-21 S nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə müxtəlif tarixlərdə müxtəlif dəyərdə mallar verilmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına 48225,20 manat məbləğində, ƏDV sub-uçot hesabına isə 8680,30 manat məbləğində ödəniş edilməsinə baxmayaraq satılan malların dəyəri tam ödənilməmişdir. Buna görə də, İddiaçı hazırkı iddia ərizəsi məhkəməyə müraciət edərək Cavabdehndən ödənilməmiş ƏDV daxil 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borcun və 3000 (üç min) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək malları cavabdehə versə də, cavabdeh həmin malların dəyərin tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən iddiaçının xeyrinə 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat əsas borcun tutulması” hissəsində təmin edilməli, cavabdehdən 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 3000 (üç min) manat cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc və 500 (beş yüz) manat məbləğində cərimə tutularaq İddiaçınə ödənilməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdehndən dövlət nəfinə 155,35 (yüz əlli beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 21283,66 (iyirmi bir min iki yüz səksən üç manat altmış altı qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqlq, cəmi 21983,66 (iyirmi bir min doqquz yüz səksən üç manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 155,35 (yüz əlli beş manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1145/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1145/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver