Məhkəmə qərarları › İş №e-2-2(119)-115/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-115/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-115/2025 10.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyekti olan üç ədəd inkubatorun saz və işlək vəziyyətdə geri qaytarılması, 01 noyabr 2022-ci il tarixə 2324,63 (iki min üç yüz iyirmi dörd manat altmış üç qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 3961,33 manat (üç min doqquz yüz altmış bir manat otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6285,96 manat (altı min iki yüz səksən beş manat doxsan altı qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin və 22,86 (iyirmi iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli GL 179 saylı lizinq müaviləsinə əsasən ödəniş tapşırığına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 2471,20 (iki min dörd yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində kənd təsərrüfatı avadanlığı 3 ədəd inkubator lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi dəyəri 6425,12 (altı min dörd yüz iyirmi beş manat on iki qəpik) manat təşkil etmişdir. Həmin məbləğin 2471,20 (iki min dörd yüz yetmiş bir manat iyirmi qəpik) manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən 1482,72 (min dörd yüz səksən iki manat yetmiş iki qəpik) manat məbləğində ilkin ödəniş və 24,71 (iyirmi dörd manat yetmiş bir qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası cəmiyyətinin xeyrinə ödənilmişdir. Eyni zamanda Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında lazımi qaydada icra etməmişdir. Nəticədə 01 noyabr 2022-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 2324,63 manat (iki min üç yüz iyirmi dörd manat altmış üç qəpik) manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1-i faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 01 noyabr 2022-ci il tarixə 3961,33 (üç min doqquz yüz altmış bir manat otuz üç qəpik) manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə 17 noyabr 2022-ci il tarixdə xs-250/22 nömrəli pretenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa 31 oktyabr 2022-ci il tarixə təyin olunmuş mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənilmişdir. Eyni zamanda cavabdeh lizinq müqaviləsinin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış, məhkəmə iddianı qismən təmin edərək lizinq müqaviləsini ləğv etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “lizinq verən” İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə təqdim edir. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsinə 1 saylı Əlavə olan lizinq obyektinin təsvirindən görünür ki, ümumi məbləği 6425,12 (altı min dörd yüz iyirmi beş manat on iki qəpik) manat dəyərində qiymətləndirilmiş 3 ədəd inkubatorun (AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 0081/2 nömrəli) təsviri lizinq alan tərəfindən lizinq verənə təqdim edilmiş müraciətdə göstərilən təsvirə uyğundur. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh hər ay 205,93 (iki yüz beş manat doxsan üç qəpik) manat olmaqla 12 ayadək, yəni 23 yanvar 2021-ci il tarixinədək cəmi 2471,20 manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsinə 3 saylı Əlavə olan təhvil-təslim protokolundan görünür ki, üç ədəd AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 0081/2 nömrəli inkubatorlar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 01 noyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli müqavilə üzrə lizinq obyektinin ümumi qiyməti 6425,12 manat təşkil etmiş, həmin lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 1483,29 manat məbləğində ilkin ödəniş və 24,71 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Cavabdeh 2324,63 manat məbləğində ödənilməmiş əsas borcu və 3961,33 manat məbləğində cərimə borcu vardır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 01 aprel 2022-ci il tarixli e-2- 2(113)-155/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsi ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamənin məzmunundan görünür ki, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, 27 oktyabr 2021-ci il tarixli 10/4085 saylı ekspert rəyində göstərilmişdir ki, AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 0081/2 nömrəli lizinq obyektləri olan inkubatorlarda rəflərin dönmə bucağı 16 dərəcə olmaqla yumurta inkubatorlarına aid texniki sənədlərdə tələb olunan göstəriciyə (ən azı 39) uyğun deyil. İnkubatorların rəflərinin dönmə bucağının mexanizmi nəzərə alındıqda qeyd olunan uyğunsuzluğun (qüsurun) istehsal xarakterli olduğu müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2022-ci il tarixli 2-2(103)-604/2022 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli e-2-2(113)-155/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üç ədəd inkubator (AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 0081/2 nömrəli) cavabdehə təhvil verilmişdir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 01 aprel 2022-ci il tarixli e-2-2(113)-155/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsi ləğv edilmişdir. Həmin qətnamədə istinad edilən 27 oktyabr 201-ci il tarixli 10/4085 saylı ekspert rəyində qeyd olunmuşdur ki, AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 seriya 0081/2 nömrəli lizinq obyektləri olan inkubatorlarda rəflərin dönmə bucağı 16 dərəcə olmaqla yumurta inkubatorlarına aid texniki sənədlərdə tələb olunan göstəriciyə (ən azı 39) uyğun deyil. İnkubatorların rəflərinin dönmə bucağının mexanizmi nəzərə alındıqda qeyd olunan uyğunsuzluğun (qüsurun) istehsal xarakterli olduğu müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli GL 179 nömrəli lizinq müqaviləsi Bakı Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli e-2-2(113)-155/2022 nömrəli qətnaməsi ilə ləğv edildiyindən, eyni zamanda həmin məhkəmədə işə baxılarkən verilmiş məhkəmə mühəndis-texniki ekpsertizasının rəyində inkubatorların qüsurunun istehsal xarakterli olduğu göstərildiyindən iddia tələbi “lizinq müqaviləsinə xitam verilməsi və 01 noyabr 2022-ci il tarixə 2324,63 (iki min üç yüz iyirmi dörd manat altmış üç qəpik) manat məbləğində gecikdirilmiş əsas borc, 3961,33 manat (üç min doqquz yüz altmış bir manat otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6285,96 manat (altı min iki yüz səksən beş manat doxsan altı qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, lizinq obyekti olan üç ədəd inkubator istehsal xarakterli qüsurla cavabdehə verildiyindən iddia tələbi “lizinq obyekti olan üç ədəd inkubatorun saz və işlək vəziyyətdə geri qaytarılması” hissəsində qismən təmin edilməli, cavabdеh Cavabdeh istehsal xarakterli qüsurla təhvil verilmiş üç ədəd inkubator həmin vəziyyətdə iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 31 oktyabr 2022-ci il tarixli MŞB/6-6640 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “22,86 (iyirmi iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh istehsal xarakterli qüsurla təhvil verilmiş üç ədəd inkubator (AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 0081/2 nömrəli) həmin vəziyyətdə iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalı və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinə uyğun hesablanan 82,86 (səksən iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməmiş hissəsi olan 60 (altmış) manat məbləğində (82,86 manat – 22,86 manat = 60 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh istehsal xarakterli qüsurla təhvil verilmiş üç ədəd inkubator (AS768 seriya 0081 nömrəli, AS768 seriya 0081/1 nömrəli, AS512 0081/2 nömrəli) həmin vəziyyətdə iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq iddiaçı "Global Leasing” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar